4 sonuçtan 1 ile 4 arası

Əhdə vəfasızlıq

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Əhdə vəfasızlıq


    Hz. Ömər yoldaşlarıyla söhbət edərkən hüzuruna üç gənc gəlir və deyirlər:

    -Ey xəlifə, bu aramızdakı yoldaş bizim atamızı öldürdü nə lazımdırsa xahiş edirəm yerinə yetirin.

    Bu sözdən sonra Hz. Ömər günahlandırılan gəncə dönərək:

    -Söylədikləri doğrudurmu deyə soruşar.

    Günahlandırılan gənc deyir ki, bəli doğrudur - bu sözdən sonra Hz Ömər:

    -İzah et görək - necə oldu deyə soruşar.

    Bundan sonra gənc izah etməyə başlayıb deyir:

    -Mən ailəmlə birlikdə gəzməyə çıxdıq, tale bizi yoldaşların olduğu yerə gətirdi. Heyvanlarımın arasında bir gözəl atım var ki, heyvana nə etdimsə bu yoldaşların bağçasından meyvə qoparmasına maneə ola bilmədim. Yoldaşların atası içəridən hirslə çıxdı, atıma bir daş atdı, ordaca öldü, nəfsimə bu vəziyyət ağır gəldi mən də bir daş atdım atası öldü qaçmaq istədim, lakin yoldaşlar məni tutdu bütün vəziyyət bundan ibaretdir" - dedi.

    Bu sözdən sonra Hz Ömər söyləyəcək bir şey yoxdu, cinayətin cəzası edamdır, madam ki, cinayətini də qəbul etdin...

    Bu sözdən sonra cavan söz alaraq:

    -Hz. Ömər, bir üzrüm var mən məmləkətində zəngin bir insanam, atam rəhmətlik olmadan mənə çox bir qızıl miras qoydu. Gələrkən qardaşım kiçik olduğu üçün gizlətmək məcburiyyətində qaldım, indi siz bu cəzanı həyata keçirsəniz yetimin haqqını məhv etdiyiniz üçün Allah yanında məsul olarsınız. Mənə üç gün icazə verərdiniz, mən əmanəti qardaşıma təslim edib, gələrim bu üç gün içində yerimə birini taparam deyər.

    Hz Ömər dözə bilməyərək deyir:

    -Burada səni tanıyan yoxdur, sənin yerinə kim qalar ki? deyər

    Sözün burasında gənc adam ətrafa bir nəzər salıb deyir:

    -Bu şəxs mənim yerimə qalar - o şəxs Əmr ibn As idi. Hz Ömər Əmr ibn Asa dönərək:

    -Ey Əmr cavanı eşitdin - deyər.

    O deyir:

    -Bəli mən zaminəm deyər və gənc adam sərbəst buraxılar.

    Üçüncü günün sonunda vaxt yetişmək üzrədir, amma gəncdən bir xəbər yoxdur. Mədinənin sakinləri Hz. Ömərə gəncin gəlməyəcəyi səbəbindən Əmr ibn Asın edamı yerinə, elə həmin gəncin cəzasının verilməsini təklif edərlər, lakin gənclər razı olmaz və atamızın qanı yerdə qalsın istəmirik deyərlər.

    Hz. Ömər özündən gözlənilən cavabı verir:

    -Bu zamin atam da olsa fərq etməz cəzasını verər - edam edərəm.

    Əmr tam bir təslimiyyət içərisində deyir:

    -Biz də sözümüzün arxasındayıq.

    Bu vaxt izdihamda bir dalğalanma olar və insanların arasından gənc görünər.

    Hz. Ömər gəncə dönərək deyir:

    -Övladım, gəlməmə kimi əhəmiyyətli bir fürsətin vardı niyə gəldin?

    Gənc ağırla başını qaldırır və:

    -Əhdə vəfasızlıq etdi deməyəsiniz deyə, gəldim deyər.

    Hz Ömər başını bu dəfə çevirər və Əmrə deyər:

    -Ey əmr sən bu cavanı tanımırsan, necə oldu ki, onun yerinə zamin oldun?

    Əmr :

    -Bu qədər insanın içərisindən məni seçdi insanlıq öldü dedirtməmək üçün qəbul etdim deyir.

    Sıra gənclərə gələndə deyirlər:

    -Biz bu iddiadan imtina edirik, bu sözdən sonra Hz Ömər :

    -Nə oldu? Bir az əvvəl atamızın qanı yerdə qalmasın deyirdiniz, nə oldu ki, imtina edirsiniz?

    Gənclərin cavabı dəhşətlidir:

    - Mərhəmətli insan qalmadı deməyəsiniz deyə.


    Heç verdiyiniz sözü yerinə yetirmədiyiniz olubmu? Sizə qarşı verdiyi sözü yerinə yetirməyən olubmu?
    [

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Əhdə vəfasızlıq

    Sizə qarşı verdiyi sözü yerinə yetirməyən olubmu?

    beli olub,amma coxdan.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Əhdə vəfasızlıq


  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Əhdə vəfasızlıq

    ...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.