Quran — Qurani Kərim, (Ərəbcə: القُرآن əl-quran) İslam dinin müqəddəs və ən əsas kitabı. İslam dinində Quran Allahın buyurduğu sözlərdir, mələyi vasitəsi ilə onları Hz.Məhəmmədə vəhy eyləyib.

Quranın 114 surəsi və 6236 ayəsi vardir. Hər surənin özünə məxsus adı vardır.

Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə).

Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.

Quranı digər səmavi kitablardan ayıran əsas cəhət onun uzun zaman müddətində-23 il müddətində hissə-hissə vəhy olunmasıdır. Quran Allah tərəfindən birbaşa deyil mələk-Cəbrayıl vasitəsi ilə nəql olunmuşdur. Bəzilərinə görə Bəqərə surəsinin sonuncu 2 ayəsi Allah tərəfindən birbaşa Peyğəmbərə (s) vəhy edilmişdir.

Quran kəliməsinin mənası oxumaq qiraət etmək deməkdir. Quran ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (ə) vasitəsiylə son peyğəmbər Hz.Məhəmmədə (s) endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə Surəsi ilə başlayıb Nas Surəsi ilə bitən ən son səmavi kitabdır.---------------------------------
Quranın adları

Qur'anın yenə Qur'anda gələn bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qur'andır. Bunların bir qismini misal olaraq qeyd edək: Əl-Kitab - Qur'anda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir. Ümmül-Kitab - Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə Surəsi üçün də işlənmişdir.

-Əl-Furqan - Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.
-Əl-Huda - Hidayət edici deməkdir.
-Əz-Zikr - Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.
Quranın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları daha vardır
-------------------------------
Ayə

Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Qur'anın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır. Ayələrin sayı haqqında fərqli rəqəmlər verilməktədir. Nafiyə görə 6217, Şeybəyə görə 6214, Kufəlilərə görə 6236, Misirlilərə görə 6219, Müfəssir Zəməxşəriyə görə isə ayələrin 6666'dır.
------------------------------

Ayələrin tərtibi

Ayələrin tərtibi, yəni Qurandakı yeri və sıraları Allah tərəfindən bildirilmişdir. Peyğəmbərimizin (s), nazil olan hər ayə və ayələrin hansı surənin harasına qoyulacağını bildirirdi. Vəhy katibləri də onları buna görə yazarlardı. Ayələrin tərtibində heç bir zaman dəyişiklik olmamışdır.
----------------------------------
İlk və son nazil olan ayələr

İlk nazil olan ayələrinin Ələq Surəsinin 1–5-ci ayələri olduğu hesab olunur. Lakin Müdəssir və Fatihə surələrinin də bu ilk nazil olanlar arasında yerə aldığına dair rəvayətlər vardır. Mədinədə ilk nazil olan surə Bəqərə surəsidir.

Ən son nazil olan ayələrin hansı ayə olduğu barəsində bir neçə görüş vardır. Aşağıda zikr edilən ayələrdən hər birinin ən son nazil olan ayə olduğu ehtimal olunur: Bəqərə Surəsi 278 və ya 281-ci ayə, Nisə Surəsi 176-cı ayə; Tövbə Surəsi 128-129-cu ayələr; Nur Surəsi 1-3-cü ayələr, Maidə Surəsi 3-cü ayə. Bunların arasinda ən çox ehtimal ediləni Maidə Surəsinin 3-cü ayəsidir: "Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə olan nemətimi tamamladım və İslamı sizin üçün din olaraq bəyəndim."
---------------------------------
Surə

Surə kəliməsi: dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə: Qur'anın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır. Qur'anda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. «Ey insanlar» deyə başlayan surələr Məkkə, «Ey iman gətirənlər» deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır.
-----------------------------------
Qur'anın yazılması

Hər ayə və surə nazil olduğunda, Peyğəmbərimiz (s) vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surəyə yazacaqlarını bildirirdi.

Şiə rəvayətlərində qeyd olunur ki, Peyğəmbərimizin (s) vəfatından sonra Hz.Əlinin (ə) 6 ay ərzində Quranın surələrini ayəbə-ayə şəni-nuzul və səbəbi-nüzulla birlikdə yazıb. Bu kitab tamamlanan vaxt, Quran hafizlərinin çox olması səbəb göstərilərək ona ehtiyacın olmaması vurğulanıb. Həmin kitab imamlardan bir-birinə ötürülüb.

Lakin müharibələr zamanı Quran hafizlərinin kütləvi şəkildə şəhid olması Quranın kitab kimi gələcək nəsillərə ötürmək zərurətini gündəmə gətirib. Bu səbəbdən Ömərin (r.a) təklifi ilə Zeyd b. Sabitin başçılığı ilə Əli(r.a), Osman(r.a), Übeyy b. Ka'b (r.a), İbn Məsud (r.a), Əbu Dərda (r.a) kimi səhabələrdən meydana gələn bir komisiya quruldu. Çalışmalar nəticəsində Qur'an bir kitab halına gətirildi. İbn Məsudun (r.a) təklifi ilə Qur'ana Mushaf adı verildi. Bu mushaf Xəlifə Əbu Bəkrin (r.a) yanında mühafizə olunmağa başlandı.
------------------------------------
Quran elmləri

Quranın doğru bir şəkildə təfsir edilə bilməsi üçün lazım olan elmlərə Quran elmləri deyilir
----------------------------------

Əsbabul-Nuzul

Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı nüzul deyilir.

Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin əhəmiyyəti böyükdür. Belə ki, Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha yaxşı başa düşürdülər. Baxmayaraq ki, hər ayənin nazil olma səbəbinin olduğunu iddia etmək olmaz, ayənin nüzül səbəbini bilmədikcə, onun tam olaraq başa düşülməsi mümkün deyil. Məsələn, Bəqərə surəsinin 158-ci ayəsi: "(Ey mö’minlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kə’bəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir." Əgər bu ayənin nüzül səbəbini bilməsək, belə aydin olar ki, Həcc ziyarəti zamanı Səfa və Mərvənin arasında səy etmək vacib deyil. Amma həqiqətdə bu əməl həcc ziyarətinin rüknüdür və yerinə yetirilməsə, bu ziyarət batil olar.

Ayənin nüzül səbəbi isə belədir:

Müsəlmanların ilk dəfə İslami qaydada həcc ziyarətini yerinə yetirən zaman Səfa və Mərvənin hər birində bir büt qoyulmuşdu və müsəlmanlar səy edərkən bu bütlərin qarşısından keçməli idilər. Onlar bunun dogru olub-olmadığını bilmirdilər və ziyarətlərini batil edəcəklərini düşünürdülər. Ayənin nazil olması ona dəlalət etdi ki, o zaman bu işi görmələrində müsəlmanlar üçün heç bir günah yoxdur.
---------------------------------

Nəsih-Mənsuh

Nəsihin lüğət mənası: izalə etmək, yox etmək, dəyişdirmək, nəql etmək deməkdir. Bir termin olaraq isə: Bir ayənin və ya hədisin hökmünün, daha sonrakı bir ayə və hədislə ortadan qaldırmaq mənasına gəlir. Bir başqa tərif də: Dini bir hökmün, başqa bir dini dəlil ilə qaldırılmasıdır.

Nəshedən dəlilə nəsih, hökmü qaldırılan ayə və ya hədisə də mənsuh deyilir. (Təfsir üsulu s.122)

Bir ayədə nəsihlə əlaqəli olaraq belə buyrulur: «Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?! !» (Bəqərə 106) Məsələn «Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!» (Bəqərə 115) ayəsini «(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.» (Bəqərə 144) ayəsinin nəshetdiyini görürük.
----------------------------------------------

Möhkəm və Mütəşabih ayələr

Qurandakı ayələrin bir qismi məna baxımından açıq, digər bir qismi də birdən çox mənalı olub, anlaşılması başqa bir səbəbə bağlıdır. Halal, haram, namaz, oruc kimi əhkamla əlaqəli olan ayələr, məna baxımından açıq olan ayələrdir. Bunlara «Möhkəm ayələr»deyilir. Gizliliyi olan ayələrə də mütəşabih ayələr deyilir. «Kitabı sənə nazil edən Odur. Orada qəti mənalı ayələr vardır ki, bunlar Kitabın əsasıdır. Başqa ayələr isə oxşar mənalıdır. Qəlblərində sapma meyli olanlar fitnə fəsad törətmək, (istədikləri kimi) izah etmək arzusu ilə oxşar məВ»nalıya uyarlar. Allahdan başqa isə onun izahını heç kəs bilməz. Bilikdə möhkəm olanlar deyərlər: «Biz ona inandıq, hamısı Rəbbinizdəndir.В» Bunu ancaq ağıl sahibləri anlayarlar. (Ali İmran 37) «Bu ayələri möhkəm qılınmış bir kitabdır.» (Hud 111)
----------------------------------------------

Həqiqət və Məcaz

Kəlimələrin öz mənalarında işlənmələrinə həqiqət, başqa bir mənada işlənmələrinə də məcaz deyilir. Qurani Kərimdəki kəlimələr, öz mənalarında işləndikləri kimi, bəzən də məcazi mənalarında işlədilmişdir. İslam alimlərinin çoxu Qur'anda məcazın varlığını qəbul edirlər. Bəzi alimlər isə Qur'anda məcazın yoxluğunu iddia etmişlər. Fikirlərini də belə asaslandırırlar ki, məcaz bir şeyin ifadəsində çətinliyə düşüldüyündə başvurulan bir yoldur, Quran isə bundan uzaqdır.
--------------------------------------------

Qurandakı məcaz iki qismə ayrılır:

Əqli məcaz və ya məcaz fi-tərkib. Buna Bəqərə surəsinin 16-cı ayəsini misal gətirə bilərik. «Onların ticarəti kar vermədi.» Buradakı kar vermədi və ticarət kəlimələri, məcazi mənada işlədilmişdir. Mənası budur : Onların hidayəti buraxıb, dəlaləti seçmələri özlərinə heç bir fayda gətirməz. Lüğəvi məcaz və ya məcaz-fil-müfrəd. Buna misal olaraq yenə Bəqərə surəsinin 19-cu ayəsini qeyd edə bilərik. «Onlar barmaqlarını qulaqlarına soxurlar.» Əslində barmaqları qulağa soxmaq mümkün deyildir. Burada barmağın ucu nəzərdə tutulmuşdur. Dolayısıyla bu bir məcazi ifadədir.


Oxuyun,oxuyunki bilesiz !!!!