5 sonuçtan 1 ile 5 arası

Ana Haqqı

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Ana Haqqı


    Həzrəti Peyğəmbərimiz (s.ə.a.s.) əshabıyla oturub söhbət edirdi. Bir qadın səhabə Rəsulullahın hüzuruna təlaşla girərək:

    - Ya Resuləllah! Bu an ərim ölüm ayağındadı, bəlkə bir az sonra ölmüş olacaq... Amma yanında kəlmeyi-şəhadət gətirdiyimi anladığı və özüdə gətirməyə çalışdığı halda kəlimeyi şəhadət gətirə bilmir. Ərimin imansız getməsindən qorxuram. Bu barədə bir köməyinizi gözləyirəm, dedi.

    Həzrəti Peyğəmbərimiz:

    - Ərin sağlığında nə kimi pis hərəkət edib? deyə soruşdu.

    Qadın heç bir pis əməlinin olmadığını, namazını qılıb hər cür ibadətini nöqsansız yerinə yetirməyə çalışdığını söylədi.

    Bu səfər Peyğəmbərimiz:

    - Ərinizin dünyada kimi var? deyə soruşdu.

    Qadın qoca bir anası olduğunu söyləyincə Peygamberimz (s.ə.a.s.) qadının ərinin anasnı hüzuruna çağırdı. Peyğəmbərimiz:

    - Oğlun sənə qarşı necə hərəkət edərdi? Oğulundan razısanmı? deyə soruşdu.

    Anası:

    - Ya Rəsulullah, oğlum evlənənə qədər çox yaxşı rəftar edərdi. Evləndikdən sonra xanımını dinlədi, mənə pis baxmağa başladı. Hətta son zamanda evini belə ayırdı. Mən də kədərləndim, onun bu hərəkətinə, dedi.

    Peyğəmbərimiz (s.ə.a.s.) yaşlı qadına; oğulunun ölüm döşəyində olduğunu, haqqını halal etmədiyi təqdirdə cəhənnəm əzabı çəkəcəyini söylədisə də qadın:

    - Haqqımı halal etmərəm ey Allahın Elçisi, dedi.



    Qadının əri isə evdə yatır, hələ kəlimeyi şəhadət gətirə bilmirdi.

    Həzrəti Peyğəmbərimiz, qadının analıq şəfqətini hərəkətə keçirmək üçün, ordakılara:

    - Mənə bir az odun hazırlayın, deyə əmr verdi.

    Qadın heyrətlə :

    - Odunu nə edəcəksən ya Resulellah! deyə soruşdu.

    Peyğəmbərimiz :

    - Oğulunu yandıracağam... Çünki sabah cəhənnəmdə yanacağına cəzasını burada çəksin, daha yaxşı buyurunduqda, qadın dözə bilmədi,


    - Oğulumun gözümün qarşısında yanmasına razı ola bilmərəm ya Resulellah ! Ona haqqımı halal edirəm, dedi.

    Həzrəti Peyğəmbərimiz :

    - Gedek baxaq, ogluna (arvadın erinə) nə haldadır? buyurdu

    - Qadının erinin dili açılmışdı :

    - La ilahə illəllah, Məhəmmədin Rəsulullah, deyib ruhunu Allaha təslim etdi.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Ana Haqqı

    dunyada ana qeder gozel,sevimli,istekli,en esasi bizi anlayan birvarliq yoxdur.tesekkurler belkebucuryazilar,ders olar nankor ovlatlara.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Ana Haqqı

    Ana kimi yar olmaz !!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Ana Haqqı

    Dünyanın en gözəl iy verən varlığıdır ana. Özünə xas, temiz bir qoxusu vardır ki otağına da çökmüşdür, bir hafta uzaq qalsanız o otağa girdiyinizdə hiss edərsiniz onu üçün nə qədər darıxdığınızı. Dayanıb dayanıb sevgi nümayişi edilməsi, boynunun qucaqlanması lazım olan insandır, Sizə daha da möhkəm sarılacaq olandır. Birdənə olan, berabər oxşarı olmayan biridir. Nə kadar hirsləndirsək də gecələri yatarkən nəfəsini dinləyib dinclik tapmağımızı təmin edən və yoxluğuyla hamımızı da yox edə biləcək tək insandır ana. Ana, dünyada qarşılıq gözləmədən övladı uğrunda ölumə belə edən tək insandır. Nə qədər hirsləndirsən də 10 dəqiqə sonra səni bağışlayan zərif bir insandır. Mələyin süd verə bilənidir. Yemək yeməyən uşağın diqqətini çəkmək üçün əlindəki qazan və tavalarla uşağını güldürə bilən yenə də anadır. Qonşu usağının əlində gözəl bir oyuncaq gorəndə " mən sana daha gözəlini taparam" deyə bilən bir xarakterdir ana. Bəzilərimizlə rok musiqi dinləyən bir səbir ağacıdır. Yaxşılığın, mərhəmətin, əcaib bir şəfqətin, sədaqətin, sevginin güclərini birləşdirdiyi sonsuz varlıqdır! Oğulunun kürəkən, qızının gəlin olduğunu görüncə, Uşağı məzun olunca, qol vurunca, xəstə olunca, əsgərə gedincə, sevdiyi serialı seyr edincə, və buna oxşar bir çox şeyə ağlaya bilən mələkdir ana. Uzakda dayansa da yaxın hiss edilən, əsla imtina edilməyən, serialın dibində olmaq istənən, yaş-quru amma həmişə duyğulu tək qadın modelidir! Ana ən büyük xoşbəxtlikdir, hayatda bir uşağın hayatına təqdim edilən en saf sevgi yumağıdır. İtirilməsi en böyük korkudur(ve men o korkuyu yasadım).Varlığısa ən boyük sevincdir. Allah menim Anama rehmet,sizin Analra sağlığ ve uzun ömür versin.

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Re: Ana Haqqı

    ANAsız həyat heçnədir
    Allah anamızı başımızın ustundən əsirgəməsin,Anasız olanların qiymətini bilməsəkdə böyük acı kəkdiyini bilirik.


    Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
    Fəqət nə güclü, zəif bir vücud var, yahu,
    Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
    Öpüm ayağını izn ilə. Kimdir o? Nədir o?

    Böyük şair-dramaturq Cəfər Cabbarlının hər gün səcdə qılıb ayağından öpməyi özünə fəxarət sandığı varlıq anadır.
    Ana! Hər dəfə bu sözü tələffüz edəndə sonsuz qürur duyuram, qəlbim fərəhdən genişlənir. Bu, sadə bir söz olsa da, məna tutumu çox zəngindir. Bu sözlə Yer üzündə ən mehriban və munis, ən böyük və əzəmətli varlıq olan anamıza xitab edirik. Məşhur şairlər, filosoflar ana haqqında bir-birindən gözəl təşbehlər işlətmişlər. Anaların şərəfinə çoxlu şeirlər yazılıb, mahnılar bəstələnib. “Ana qəlbi möcüzələr xəzinəsidir”, “Ananın məsuliyyəti böyük, vəzifəsi müqqəddəsdir”, “Analar böyük vəzifələrini yerinə yetirdikdə heç bir əvəz almaq fikrində olmurlar” ... Ancaq bu ifadələrdən hər biri nə qədər gözəl səslənsə də, onlardan hər birinin məna yükü nə qədər dərin olsa da, ananın əzəmətini, ucalığını, həyatımızdakı rolunu bütün dolğunluğu ilə tam əks etdirmir. Ana əlçatmaz zirvədə dayanır. Böyük Azərbaycan yazıçısı M.S.Ordubadi bunun təsdiqi kimi yazmışdır: “Ana! Dünyada sənin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmayıb”. Biz “Ana Vətən” deyib ananı havasını udduğumuz, çörəyini yediyimiz, üstündə gəzdiyimiz Vətənə, “Ana dilim” deyib ruhumuzun ifadəsi, varlığımızın təsdiqi olan doğma dilimizə bərabər tuturuq. Bir də ana uca Tanrı ilə müqayisə olunur. “Ana haqqı – Tanrı haqqı” deyib müdriklər. Tanrı yeri-göyü yoxdan xəlq edib,bəşər övladı isə ana bətnində dünyaya göz açır. Bir mahnıda səsləndiyi kimi: Ana, sən həyat verdin mənə... Lakin ana öz övladına yalnız həyat vermir, həm в, min bir çətinliyə qatlaşaraq onu böyüdür. Övladı boya-başa çatanadək ananın çəkdiyi əzab-əziyyəti heç nə ilə müqayisə etmək mümkün deyil. Beşik başında keşik çəkib səhəri gözlərində açan da, biz çətinliyə düşəndə şam kimi əriyən də, böyüdükcə boyumuza baxıb qürrələnən də anadır. Ana təbiətcə zərif məxluq olsa da, mən onu öz balası yolunda göstərdiyi fədakarlıqlara görə qartala bənzədirəm. Həmişə məğrur, qorxmaz, həmişə yüksəklikdə uçan qartala. O, övladını təhlükələrdən qartal şücaəti ilə qorumağa hazırdır, hətta lazım gəlsə, düşmən üstünə şığımaqdan belə çəkinməz. Hər birimizin gələcək həyat yolunun müəyyənləşməsində də ananın rolu əvəzsizdir. Biz ilk tərbiyəni ondan alırıq. Ananın şəxsi nümunəsi, verdiyi öyüd-nəsihətlər dünyagörüşümüzün formalaşmasında mühüm rol oynayır. Mən anam barəsində tez-tez fikirləşirəm. Hər dəfə onun mehriban, nurlu çöhrəsini gözlərim önündə canlandıranda gələcəyə daha nikbin nəzərlərlə baxıram. Eyni zamanda anamın qarşısında borcumu da yaddan çıxarmıram. Öz-özümü sorğu-suala tuturam: Mən anamı necə sevindirə, necə xöşbəxt edə bilərəm? Bəzən xəyal məni uzaqlara aparır, könlümdən anama dünyada ən bahalı hədiyyə almaq, onu bütün işlərdən azad etmək istəyi keçir. Bir dəfə arzumu anamın özünə də bildirdim. Onun sifətinin necə işıqlandığını hiss etdim, dodaqlarında təbəssüm oyandı. Nəvazişli əlləri ilə başımı sığal çəkib dedi: - Mənim bahalı hədiyyəyə ehtiyacım yoxdur. Ana üçün ən böyük hədiyyə övladının düzgün yol tutması, tərbiyəli olması, dərslərini yaxşı oxuması, müəllimlərinin hörmətini qazanmasıdır. Anamın bu sözləri qulaqlarımda həmişəlik həkk olunub. Buna görə də dərslərimə səylə hazırlaşıram. Hər dəfə dərslərimdən “əla” qiymət alanda bunu anam üçün ən yaxşı hədiyyə sanıram.
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.