Oruc dörd növdən ibarətdir: vacib, müstəhəb, məkruh, haram.

1.Vacib oruclar aşağıdakılardır:

Ramazan ayı;
Təməttö həccində qurbanlığın əvəzinə tutulan oruc;
Kəffarə;
Nəzir, əhd və and orucu;
Etikafın 3-cü gününün orucu;
Vacib orucların qəzası;

Ramazan ayının orucunun qəzası həddi buluğa çatmış, aqil və orucunu tutmayan şəxslərə vacibdir. Qəza orucu niyyət edən şəxsin zöhrə qədər iftar etməyə ixtiyarı var. Ama zöhrdən sonra niyyətindən dönə bilməz və orucunu tamamlaması vacibdir.

1.Müstəhəb oruclar:

Oruc ilin bütün günlərində müstəhəbdir. Xüsusən də aşağıdakı günlərdə:
Hər cümə axşamı və cümə günü;
Hər ayın ilk ongünlüyündən sonrakı çərşənbə günü;
Qədr bayramı;
Besət günü;
Islam Peyğəmbərinin (s.ə.s) doğulduğu gün;
Ərəfə günü – Ərəfatda olmayan şəxslər üçün və Ərəfatda olan, oruc tutmaqla zəifləməyən və Ərəfə gününün əməllərindən məhrum olmayan şəxslər üçün də müstəhəbdir.
Rəcəb və Şəban aylarında;
Hər ayın 13, 14 və 15ci günləri;

Qonağın ev sahibinin icazəsi olmadan tutduğu müstəhəb oruc düzgün deyil. Qadının ərinin icazəsi olmadan, övladın atanın icazəsi olmadan tutduğu müstəhəb oruc düzgün deyil. Fəqihlərdən bəziləri övladın atanın icazəsi olmadan və qonağın ev sahibinin icazəsi olmadan tutduğu orucu məkruh hesab etmişlər.

2.Məkruh oruclar:

Səfərdə müstəhəb oruc tutmağın xüsusən bizim əsrimizdə alimlərdən bəziləri haram bilirlər. Ərəfə günü oruc tutmaq vasitəsilə zəifləyən şəxslər üçün məkruhdur. Və bu xüsusən Ərəfatda olan hacılara aiddir, nəinki öz vətənində, yaxud Ərəfatda olmayanlara. Yeməyə dəvət olunmuş şəxsin də tutduğu oruc məkruhdur.

3.Haram oruclar bunlardır:

Fitr bayramı günü;
Qurban bayramı günü;
Təşriq günləri – yəni Zill – Hiccənin 11, 12 və 13-cü günün orucu minada olanlar üçün;
Həmçinin Şəban ayının axırıncı günü, əgər ayın görünməsində şəkk olarsa, Ramazan ayının niyyəti ilə oruc tutmaq haramdır;
Sükut orucu – yəni danışmaqdan çəkinmək;
Vüsal orucu – yəni 24 saat ərzində bir dəfə iftar etmək;
Günah üçün nəzir orucunu tutmaq haramdır, məsələn nəzir etsin ki, zülmkar tərəfindən ona bir vəzifə verilsə oruc tutar. Yaxud da Allahdan qeyrisinə ibadət edə, belə nəzir düzgün deyil, ibadət də batildir.

Allah oruc və dualarınızı qəbul etsin.AMİN