3 sonuçtan 1 ile 3 arası

Ramazanda sağlamlığınıza diqqət

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Ramazanda sağlamlığınıza diqqət


    Ramazanda sağlamlığınıza diqqət

    Orucun ancaq sağlam insanların yerinə gətirə biləcəyi bir ibadət olduğuna diqqəti çəkən həkimlər, hər hansı bir sağlamlıq problemi olanlar, yaşlı və hamilələrin oruc tutma qərarını vermədən əvvəl həkimlərilə məsləhətləşməsi lazım olduğunu, xüsusilə bu il buna daha da diqqət yetirilməsinin çox əhəmiyyətli olduğunu vurğuladı.

    Bu il Ramazan ayının avqust ayına bərabər gələcəyini, günlərin olduqca uzun və isti olmasının, həm qan şəkəri aşağılığı həm də ciddi maye itkinlərinə səbəb olacağını ifadə edən həkimlər, bunları qeyd etdi:
    "Bu baxımdan baxıldığında xüsusilə şəkər xəstələri, ürək və təzyiq xəstələri və böyrək xəstəliyi olan kəslərin çox daha diqqətli olmaları lazımdır. Bu vəziyyət göz önünə alındığında istisna vəziyyətlər xaricində şəkər xəstələrinin oruc tutmamaları əhəmiyyətlidir. Xüsusilə gün boyunca meydana gələcək şəkər aşağılığı ciddi həyati nəticələr doğura biləcək.

    Gün içində həddindən artıq şəkər aşağılığı və iftarın dərhal ardından ortaya çıxacaq ani şəkər yüksəkliyi xəstələri üçün son dərəcə risklidir. Bu ölümə səbəb ola biləcək nəticələr doğura bilər. Maye itkisi digər qruplarda da əhəmiyyətli olmaqla birlikdə, xüsusilə böyrək xəstələrində çox daha əhəmiyyət qazanmaqda, böyrək çatmazlığı olan kəslərdə ani böyrək funksiya itkisi ilə birlikdə ciddi böyrək çatmazlıqları ortaya çıxa bilməkdədir. Xüsusilə ürək damar, böyrək və şəkər xəstələri yüksək risk altındadır və həkimlərilə məsləhətləşmədən orucu düşünməməlidirlər."

    Həkimlər, mədə və bağırsaq xəstəlikləri olanların da oruc tutmamaları lazım olduğunu ifadə etdi.


    Həmçinin həkimlər siqaret çəkənlər üçün Ramazan ayının siqareti buraxmaq üçün yaxşı bir fürsət olduğuna da toxunaraq, "Çox edilən bir səhv də iftara dərhal siqaret ilə başlamaqdır ki, bu ciddi infarkt və ifliclərə səbəb ola bilər. İftarda çəkilən siqaret sanki bir çəkic təsiri edərək bütün tarazlığı alt-üst edə bilər" dedi.

    Orucluykən ağır idmanlar və ağır fəaliyyətlərdən uzaq dayanılmasının əhəmiyyətinə də diqqəti çəkən həkimlər, iftardan sonra yenə ağır idmanlar yerinə yüngül hərəkətlərin lazım olduğunu sözlərini vurğuladı.

    PS : Allah hamınızın orucunu qəbul etsin
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Ramazanda sağlamlığınıza diqqət

    Amin !
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Ramazanda sağlamlığınıza diqqət

    amin.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.