İnsan cürbəcür arzularla böyüyür, məşhur,insanlara faydası olan işlərlə məşğul olmaq istəyir...Ancaq böyüdükcə hər şey istədiyin kimi olmur.Heç ağlından keçməyən bir işin yiyəsi olursan və gündəlik problemlərini o peşədən qazandığınla ödəyirsən.O qədər belə qəribə ,ağlagəlməz işlər var ki ətrafımızda.Ancaq əsas məsələ insanın hansı işlə məşğul olmasında deyil,çünki sənət insanı ucaltmır,insan sənəti ucaldır.Əsas məsələ insanın hansı yolda “tər tökməsindədir”,gördüyü işin xeyrə,yoxsa şərə xidmət etməsindədir.
Dünyada o qədər varlı və məşhur insanlar var ki gördükləri iş insanlığı fəlakətə sürükləməkdən başqa bir şey deyil.Belələri həm məşhur,həm də güclü göründükləri üçün onlara bənzəmək istəyənlərin sayı da az deyil.

Bəs sən nə işlə məşğulsan?-Xeyir qapılarını açmaqla,yoxsa şər qapılarını?Oturub düşünəndə görəcəksiniz ki,bu sual heç də əsassız deyil.İnsanlar 2cür olurlar:kimiləri xeyir qapılarını açanlardandır,kimiləri də şər qapılarını...
Peyğəmbərimiz(s.ə.s) buyurmaqdadır:”O şəxsə müjdələr olsun ki,xeyir qapılarını açanlardandır,yaxud onların arasındadır,onlara yardım edir,dəstək verir.O şəxsə yazıqlar olsun ki,şər qapılarını açanlardandır,ya da onlarla bir yerdədir,onlara onlara yardım edir,dəstək verir”...Həqiqətən də insanlar öz gündəlik əməlləri ilə bu 2kateqoriyadan birinə “üzv olurlar”,xidmət edirlər.Bəs bunu necə anlamaq olar?
Məşğul olduğunuz işə baxın,kiminlə oturub-durduğunuza,kimi daha çox arzuladığınıza nəzər salın.Əgər diqqət yetirsəniz,kimlərə yardım etdiyinizi ,dəstək verdiyinizi anlayacaqsınız.Əgər ,həqiqətən də,müjdəyə layiq,faydalı,bir işin qulpundan yapışmısınızsa,deməli ,doğru yoldasınız.Yox ,əgər təəssüf doğuracaq insanlarla birlidəsinizsə,işinizlə pis adamlara dəstək verirsinizsə,deməli həyatınız təhlükə qarşısındadır.

İnsan nə qədər çalışsa da,özünü aldada bilməz.İçinizdə sizə tabe olmayan vicdan adlı bir güc var.O gücdən istifadə etməyi bacarsanız,hansı qapını açmaq istədiyinizi öyrənə bilərsiniz.
İnsanın həyatının qiyməti məşğul olduğu işdən məlum olur.Əgər xeyir işlə məşğulsunuzsa,deməli həyatınız öz qiymətini tapır.Yox,əgər gördüyünüz işin xeyirlə bir əlaqəsi yoxdursa,deməli,həyatınızı öz qayəsi üzərində qura bilməmisiniz.Siz qəlbinizin ,vicdanınızın səsini susdura bilməzsiniz.
Həyatın hədər gedir,üzünü ağ edəcək bir işlə məşğul olmursan,nəfsinin istəklərini yerinə yetirməklə məşğulsan.Halbuki hər şey bir gün sona çatacaq və əməllərin şahid kimi üzünə duracaq.Onda hər şey çox gec olacaq.Ona görə də indidən özünü hesaba çək:sən kimsən,nə işlə məşğulsan?Hansı məfkurəyə xidmət edirsən və hansı qapını açmağa çalışırsan?....