4 sonuçtan 1 ile 4 arası

Qadın və Şəxsiyyət

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Qadın və Şəxsiyyət

    Qadın! Bu ad səslənəndə İlahinin xüsusi zəriflik və incəliklə yaratdığı bir məxluq gözlərimizin önünə gəlir.
    «Qadın» deyəndə, bəşəriyyətə böyük dühalar bəxş etmiş ana adlı böyük bir varlıq önündə baş əyməli oluruq.
    «Ana» deyəndə, damarlarımızda bərkimiş lətif, cənnət qoxulu ana südü yada düşür.
    Qadın – bəşəriyyətin anası, Tanrı əmanətidir!
    Lakin biz tarixin qaranlıq səhifələrinə nəzər saldıqda, bəşərin ehtiramla yanaşmalı olduğu bu İlahi əmanətin fəryadının şahidi oluruq. Şahidi oluruq ki, qadına çox vaxt amansızcasına haqsızlıq olunmuş və hüquqlarını ayaqlar altına atmışlar. Belə ki, heç bir hüquqa malik olmayan qadınlar mənfur niyyətli insanların əyləncə vasitələrinə çevrilmiş və onlardan başqa niyyətlər üçün istifadə olunmuşdur.
    Çinlilər yeni dünyaya gələn qız övladlarını qaynar filizdə şikəst edərək, onları bu yolla cəmiyyətdən təcrid edirdilər. Rumlular qadına insan kimi baxmaz, sasanilər onu adi əşya sayaraq satar və yaxud da hədiyyə edərdilər. Ərəblər isə qız övladlarının doğulmasını ölümdən pis sayar, onu əskiklik, rüsvayçılıq hesab edər və qızlarını diri-diri basdırardılar.
    Müqəddəs İslam dininin zühurundan sonra qadın şəxsiyyətinin nə qədər uca və dəyərli olduğunun şahidi oluruq. Müqəddəs dinimizin səmavi kitabı olan «Qurani-Kərim» qadınla kişi arasında heç bir fərq qoymur və onların hüquqlarını bərabər sayır. İslam dinini bilməyənlər və yaxud da bilmək istəməyənlər, İslamda qadının heç bir hüquqa malik olmadığını, kişidən tamamilə asılı olduğunu iddia edirlər.
    İslama diqqətlə nəzər saldıqda, qadın hüquqlarının gözəl və yüksək şəkildə qorunduğunu görərik. İslam dini qadın və kişinin bir-birindən üstün olmasını yalnız təqvada görür. Allah-Taala Qurani-Kərimin «Hucurat» surəsinin 13-cü ayəsində buyurur:

    ... إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ ...

    «... Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız (təqvalı olanınız), pis əməllərdən ən çox çəkinənizdir...». Deməli, Quran insana cinsiyyət baxımından deyil, şəxsiyyət baxımından qiymət verir. «Ali İmran» surəsinin 195-ci ayəsində belə buyurur:

    أَنِّي لا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَى بَعْضُكُمْ مِنْ بَعْضٍ...

    «...İstər qadın olsun, istərsə də kişi olsun, Mən heç birinizin əməlini puşa çıxarmaram (yəni, hamınız Mənim nəzərimdə bərabər hüquqlusunuz)...». Qadın və kişinin eyni hüquqlu olmasını aşılayan Qurani-Kərimin «Nəhl» surəsinin 97-ci ayəsində buyurulur:

    مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُون

    «Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünya və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik...». Həzrət Peyğəmbər (s) qadınların hüquqlarının qorunmasını cəmiyyətə tövsiyə edərək buyurur: «Hər kəs qadınların hüququnu tapdalayarsa, Allahın lənəti olsun ona!» Həmçinin, qız övladlarını sevindirib şad etməyi xüsusi vurğulayaraq deyir: «Qızlarınıza xoş sözlər söyləyib, onları əzizləyin».
    Həzrət Əli (ə) buyurur: «Hər bir halda qadınlarla mülayim və güzəştli olun».
    Hətta qadın ailə qurmaq və həyat yoldaşı seçməkdə də azaddır. İslam dininə görə kişi qadını ev işlərini görməyə məcbur etməməlidir. İslam qadını ana kimi tanıtmaqla yanaşı, onun ictimai fəaliyyətlərinə də məhdudiyyətlər qoymamışdır. Etiraf etmək lazımdır ki, bu günkü dünyanın idarə olunmasında qadının xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Belə ki, qadın siyasətçidir, qadın baş nazirdir...
    Azərbaycan cəmiyyətində də qadının yeri kişilərlə bərabər tutulur. Onlar eyni hüquqlu vətəndaşlardır. Qadın millət vəkilidir, hüquq müdafiəçisidir. Cəmiyyətin bütün təbəqələrində Azərbaycan qadını öndə gedir. Qadın alimlərimiz, mütəxəssislərimiz ölkəmizin inkişafına, onun çiçəklənməsinə öz töhfələrini verirlər. Qadın zəka sahibidir. O, hər bir ağır işin qulpundan yapışmağı bacarır.
    İslam dininə görə də qadın cəmiyyətin yaradıcısı, yaşadanı və tərbiyəedicisidir. Deməli, qadın ləyaqəti və mənliyi nə qədər uca olarsa, insan cəmiyyəti də bir o qədər sağlam ruhlu, möhkəm və əzəmətli olar.
    Qadın mənliyinin və şəxsiyyətinin ucalmasının səbəblərindən biri də «hicab»dır. Hicab qadınla naməhrəm arasında bir pərdədir ki, hicab vasitəsilə qadın özünü naməhrəm qarşısında örtür. Bu barədə Qurani-Kərimdə «Nur» surəsinin 31-ci ayəsində belə buyurulur:

    وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلا يُبْدِينَ زِينَتَهُنَّ إِلا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلا يُبْدِينَ زِينَتَهُنَّ

    «Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan baş, boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)...».
    Beləliklə, Qurani-Kərim qadınlara iffətli olmağı, əl və üz istisna olmaqla, qalan yerlərini naməhrəmdən gizlətməyi vacib bilir. Əgər biz hicabsızlığa diqqət yetirsək, görərik ki, daim hicabsız qadın cürbəcür ədalətsizliklə üzləşir. Çünki hicabsız qadına diqqət etdikdə, ən əvvəl onun zahiri gözəlliyi və cazibədarlığı göz önünə gəlir. İstər bu qadın alim, rəhbər və yaxud da adi adam olsun. Həqiqətdə isə qadının əsl dəyəri onun şəxsiyyətindədir.
    İlk əvvəl onu qeyd etməliyik ki, hicabsız qadın İlahi qanuna qarşı çıxır və Allah qarşısında günah etmiş olur. Bundan əlavə, hicabsızlıq, açıq-saçıqlıq gənclərin ruhiyyəsini korlayır.
    Hicablı qadına diqqət etdikdə, ilk öncə onun uca şəxsiyyəti və ali siması göz önünə gəlir. Onun batini şəxsiyyəti, fərdi bacarığı və mənəvi dünyası daha mühüm səciyyə daşıdığından, zahiri gözəlliyi ikinci mərhələyə keçir.
    Qadının hicaba riayət etməsi onun ailəsinin möhkəmliyinə gətirib çıxarır. Beləliklə, hicablı qadın ruhi və mənəvi cəhətdən azaddır. O, heç kimin şəhvətli nəzəri və çirkin niyyəti qarşısında əyilmir.
    Ümumiyyətlə, bütün ağıllı insanlar qadın hicabının və onun cəmiyyətə göstərdiyi müsbət təsirlərdən agahdırlar. Daha dəqiq desək, hicab bu günümüzün tələbidir. Qadının gözəlliyi onun zahiri çılpaqlığında yox, mənəvi paklığındadır. Zahiri gözəllik keçəri, daxili gözəllik isə daimidir. Qadın açıq-saçıq gəzərkən deyil, iffətli, həyalı, hicablı olarkən gözəldir. Çünki qadının qoynunda vətəni qoruyan qəhrəmanlar böyüyüb, boya-başa çatır. Qadın – hər bir millət üçün anadır.

    Həziyeva Bənövşə
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Qadın və Şəxsiyyət

    Bir kadın çocuktur aslında. Çocuk gibi davranmayı sever. Erkeğin kendisine bir çocuğa gösterdiği şefkati göstermesini de ister. Bir çocuğu okşar gibi incitmekten korkarak okşamalıdır erkek kadını. Ama hiçbir kadın çocuk muamelesi görmek istemez. Söylediği şeyler çocukça da olsa dinlenilmesini,dikkate alınmasını ister. Yani bir kadının çocukluk yapmasına izin vereceksiniz ama asla onu bir çocuk olarak görmeyeceksiniz.



    Bir kadın güçlüdür aslında.

    Hatta erkeklerden çok daha güçlüdür. Ama bu gücünü her zaman ortaya koymasını sevmez. İster ki erkeğin gücü kendisine huzur versin. Kendi kendine yapabileceği şeyleri bile erkeğin yapmasını bekler. Böylece hem daha kadın olduğunu hissedecektir hem de erkeğinin ne kadar güçlü olduğunu görecektir. Ancak kadını gücünü göstermek istediğinde onu engelleyemezsiniz. Yapmak istediği bir şey varsa mutlaka yapar.


    Bir kadın sevgilidir aslında.

    İçinde her zaman sevgiyi taşır. Sevdiklerinden kolay kolay ayrılamaz. Sevdiklerini kolay kolay. kıramaz. Zor sever ama tam sever. Bir kadının tam anlamıyla sevebilmesi için yüreğinin kabul ettiğini beyninin de kabul etmesi gerekir. Ve sevmezse de onu asla sevmeye zorlayamazsınız. Belki kolayca yüreğine girebilirsiniz. Ancak beyninde yer etmemişseniz her an terk edilebilirsiniz. Sevmediği halde terk etmeyen kadınlar da var elbette. Bunun nedeni ise engelleyemedikleri "acımak" duygusudur.


    Bir kadın yalnızdır aslında.

    Hiçbir zaman kadını bütünüyle elde edemezsiniz. Kendisine ait bir dünyası vardır ve orada hep yalnızdır. O dünyaya kimsenin girmesine izin vermez. Hiçbir anahtar o dünyanın kapısını açamaz. Yalnızlık onun sığınağıdır. O sığınağa ne zaman gireceğine,ne kadar kalacağına hep kendisi karar verir. Sığınaktayken oradan çıkmaya zorlarsanız onu sonsuza dek kaybedebilirsiniz.


    Bir kadın çılgındır aslında.

    Neler yapabileceğini erkek aklı hayal bile edemez. Yaratıcılığının sınırı yoktur. Ama bunu ortaya çıkartmak için hayatının erkeğini bekler. Hoyratça harcamaz yaratıcılığını. Sadece erkeğine saklar. Bir kadının gerçek erkeği olmayı başarabilmişseniz çok şanslısınız demektir. Çünkü yaşamınız asla sıradan olmayacaktır.


    Bir kadın hayattır aslında.

    Çünkü hayatın içinde olan her şey ancak kadınlar olduğunda anlam kazanıyor. Yemek yemek. su içmek bile. Bir kadının elinden içtiğiniz suyla kendi kendinize bardağı doldurup içtiğiniz su arasındaki lezzet farkını anlayabiliyor musunuz?


    Anlıyorsanız ne mutlu size. Anlamıyorsanız ne yazık ki yaşamıyorsunuz.

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Qadın və Şəxsiyyət

    Suzi cox sağ ol canim. Coxlari səriflə zəifi qarışdırır valla.Qadın zərifdi zəif deyildir.Kişilər bunu nə qədər tez qəbul etsələr o qədər yaxşıdı Əlbəttə hamıya aid deyil.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qadın və Şəxsiyyət

    Qadinlar hec vaxt qelben sevmirler ,seve bilmedikleri zaman onu etmirler, heyata kecmeyeni arzulayirlar. Onlarda ele bu sebebden sevgi ile nifret ekizdir. Qadin leyaqetliliyi , deyaneti , serefliliyi, pakligi, eqidesi bu namuslulugun bezeyidir. Qadina hormeti ,ona qaygini tanimadan etmelisen - bir qadin kimi. Qadini taniyandan sonra eger ona hormetin artibsa, bu, artiq o qadinin oz leyaqeti ,oz namusu , oz sedaqeti , oz eqidesi ucundur

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.