İNSANLAR ÖLÜMÜ DÜŞÜNMƏKDƏN NİYƏ VƏ HANSI SƏBƏBDƏN ÇƏKİNİRLƏR?

Ətrafımıza baxdığımızda insanların böyük bir əksəriyyətinin ölümü düşünməkdən tamamilə çəkindiyini görürük. Yaşı, cəmiyyətdəki mövqeyini, peşəsini, ictimai sinfi nə olursa-olsun, insanların böyük bir qismi ölümü həm özlərinə, həm də digər insanlara unutdurmağa çalışırlar. Allah gün ərzində insanın qarşısına ölümü xatırlayacağı bir çox hadisə və görüntü çıxarır.

Televizora baxdığımızda onlarla, yüzlərlə adamın ölüm xəbərini eşidirik, bir tanışımızın xərçəng xəstəliyinə tutulması ilə bağlı bir xəbər alırıq, hər hansı bir qəzetə baxdığımızda bir çox ölüm elanları ilə qarşılaşırıq. Yolda gedərkən gözümüz birdən bir qəbiristanlığa sataşa bilər. Qarşılaşdığımız bu görüntüləri Allahın qarşımıza çıxarmasının, əlbəttə, çox böyük hikmətləri vardır.

Bütün bu hadisələr adamın o an gənc, sağlam olsa da, son dərəcə təhlükəsiz bir yerdə olsa da, əslində ölümün insana kiçik bir an qədər yaxın olduğunu göstərir. Allaha və axirətə iman edən, ölümün sonsuz həyata bir keçid olduğunu bilən, Allahın rizasını, rəhmətini və cənnətini ümid edənlər belə hadisələrlə qarşılaşdıqlarında ölümü düşünürlər. Ölümün yaxınlığını dərk edir və əsl əbədi həyat olan axirətə həsrətləri artır.

İnsanların böyük əksəriyyəti isə ölüm düşüncəsilə qarşılaşdıqlarında göstərdikləri reaksiya axirəti həsrətlə gözləyən bir insanınkından çox fərqlidir.

Belə insanlar ölümü xatırlayacaqları hər hansı bir hadisə olduğunda mövzunu dərhal unutmağa çalışırlar. Özlərini əyləndirməyə və öz ifadə şəkillərilə başlarını qarışdırmağa çalışırlar. Buradakı məqsəd ölüm fikrindən uzaqlaşıb, sürətlə dünya ilə əlaqədar mövzulara dönə bilməkdir. Bir adam və ya bir hadisə onlara ölümü xatırlatdığında, bunu düşünmək istəmirlər.

Halbuki, Allahın təyin etdiyi vaxtda və yerdə özlərini mütləq tapacaq ölümdən heç vaxt qaça bilməzlər, amma ölümü xatırlamaqdan qaçmağa çalışarlar. Bir yaxınlarının ölüm xəbərini eşitdiklərindən bir neçə dəqiqə sonra yenə edəcəyi alveri, gedəcəyi tətilin yerini əvvəlcədən tutmağı düşünüb bunları planlaşdıran insanlarla tez-tez qarşılaşırıq. Düşünməyərək ölümdən qaçacaqlarını zənn edən bu insanlar dünya ilə əlaqədar bir çox təfərrüata sığınaraq əslində özlərini aldadırlar.

Həyatlarını yalnız keçici və çox qısa dünya həyatından ibarət olduğunu düşünən bu insanların ölümü düşünməmələrinin səbəblərindən biri də, ölüm düşüncəsini “pessimism” -bədbinliyə qapılma hesab etmələridir. Halbuki ölümü düşünmək fikirləşdikləri kimi pessimizm deyil. Əksinə, inanan bir insanın sonsuz həyatının başlayacağı bir keçid olduğu üçün insana həyəcan və şövq verir. Həyatını Allah rizası üçün, Allahın istədiyi şəkildə yaşayan bir insan, Allahın rizasını və cənnəti ümid edərək yaşayarkən, ölümü hər vaxt düşündüyündə Allaha olan sevgisi, axirətə olan həsrəti, Allaha qovuşma istəyi daha da artır.

Hər insan həyatının bir məqamında, bəlkə gəncliyində, bəlkə yaşlılığında, çox xəstə ikən, ya da sağlamkən, ölümü düşünərkən və ya ölüm düşüncəsindən qaçarkən, təhlükəsizlikdə ikən, ya da bir təhlükədə ikən mütləq ölüm ilə qarşılaşacaq. Və heç kimin qaça bilməyəcəyi bu vaxt gəldiyində, ölümü həmişə düşünən, Allaha, axirətə qovuşacaqlarına inanan, ölümü bir son olaraq deyil, əksinə sonsuz həyatın başlanğıcı olaraq görən və bütün həyatını Allahın rizasına uyğun olaraq yaşayan insanlar sonsuz qurtuluş və xoşbəxtliyə qovuşacaqlar. Uca Rəbbimiz olan Allah hər kəsin bir gün ölüm ilə qarşılaşacağını belə bildirir:

Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali-İmran surəsi, 185)

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!”– deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar? (Nisa surəsi, 78)
(harun yahya HƏzrƏti yusif)