Allah dualara cavab verəndir

İnsanın özünə məxsus olan müstəqil heç bir gücü yoxdur. Həyatının hər anında, qarşılaşdığı hər hadisədə Allahın gücünə, ona rəhmət etməsinə, lütfünü və nemətini bağışlamasına, qoruyub qayğısına qalmasına möhtacdır. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz, insanlara bütün dualarına və hər çağırışlarına cavab verəcəyini bildirərək onları yardımı ilə mücdələmişdir:

«Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər» («Bəqərə» surəsi, 186).

«Rəbbiniz buyurdu: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!» («Mömin» surəsi, 60).

Cer üzündəki hər şeyin tək hakimi və hər insanın, hər varlığın, maddi-mənəvi hər şeyin tək sahibi olan Allahın insanın hər istəyini duyması, ağlından keçən hər şeyi bilməsi və dualarına cavab verməsi insan üçün çox böyük bir nemət və rəhmətdir.

İnsan Allahın rizasına, halal və haram həddinə tabe olaraq, heç bir məhdudiyyət olmadan Rəbbimizdən hər şeyi istəyə bilər. Allah Quranda bir çox peyğəmbərlərin duasına yer vermiş və bu dualara necə cavab verdiyini bildirmişdir:

«Əyyubu da yada sal! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: «Mənə bəla üz verdi. Sən rəhmlilərin ən rəhmlisisən!»

Biz duasını qəbul buyurduq, onu düçar olduğu bəladan qurtardıq. Dərgahımızdan bir rəhmət və ibadət edənlərə ibrət dərsi olsun deyə, övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik» («Ənbiya» surəsi, 83-84).

«Balıq sahibi Cunisi da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində: «Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən, zalimlərdən olmuşam»! - deyib dua etmişdi.

Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!» («Ənbiya» surəsi, 87-88).

«Zəkəriyyanı da yada sal! Bir vaxt o: «Ey Rəbbim! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan!» - deyə yalvarıb Rəbbinə dua etmişdi.

Biz duasını qəbul buyurduq, ona Cəhyanı bəxş etdik və zövcəsini doğmağa qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə ibadət edərdilər. Onlar Bizə müti idilər» («Ənbiya» surəsi, 89-90).

«Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini baqi etdik» («Saffat» surəsi, 75-77).

Allah «Nəml» surəsində yalnız peyğəmbərlərin deyil, sıxıntı və ehtiyac içində olan hər kəsin duasına cavab verdiyini bildirir:

«Caxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb daşınırsınız?» («Nəhl» surəsi, 62).

Bir insanın Allahdan dilədiyi bir şeyin gerçəkləşdiyini görməsi onun üçün böyük bir sevinc mənbəyidir. Allahın hər an yanında olduğunu, onu gördüyünü, eşitdiyini, hər düşündüyündən xəbərdar olduğunu bilmək, səmimi olduğu halda Allahın ona hər işində yardım edəcəyinə, hər istəyini qəbul edəcəyinə ümid bəsləmək, bir möminin Allaha olan sevgisini, təslimiyyətini və ürəkdən bağlılığını artırır.
(harun yahya Allah ağılla bilinir)