Allahı Sevən Allahın Dostu Olan Möminləri Də Sevər

Allahın sevdikləri, möminlərin də sevdiyidir. Allaha dost olan, möminlərə də dostdur. Allah kimdən razıdırsa, möminlər də ondar razıdır. Allahı sevən, Allahın sevdiyi bəndələri də sevər. Allah yolunda olan saleh möminlər, Allahın ən sevdiyi bəndələrindəndir. Buna görə də möminlər bir-birini çox sevir və bir-birinə çox bağlıdırlar. Quranın bir çox ayəsində möminlərin bir-birinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətlərindən bəhs edilir. Bu ayələrdən bəziləri belədir:

«Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!» («Kəhf» surəsi, 28).

«Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!» («Saf» surəsi, 4).

«Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!» («Ali-İmran» surəsi, 103).
(harun yahya Allah ağılla bilinir)