Peyğəmbərimizin Sevgini Tövsiyə Edən Sözləri

Mikdam İbn Madikerib (r.a.) belə bildirir:

«Rəsulullah (s.ə.v.) buyurdu ki: Biriniz qardaşının (Allah rizası üçün) əxlaqını sevirsə, bunu ona söyləsin».2

Ata əl-Xorasani bildirir: «Rəsulullah (s.ə.v.) buyurdu ki: «Əllə görüşün ki, qəlblərdəki kin getsin, hədiyyə alıb-verin ki, bir-birinizə sevgi doğsun və aradakı düşmənçilik bitsin».3

«Hədiyyələşin, bir-birinizi sevin, «Bir-birinizə yemək payı verin. Bu, ruzinizdə genişlik hasil edər». 4

«Allahın yanında ən sevimliniz dostluq quran və onunla dostluq qurulanlarınızdır. Allah yanında ən sevimsiziniz də təqib edənlər, dostlar arasını açanlardır».5

«İki qardaş (iki dost) iki əl kimidir. Biri o birini yuyar». 6

«Bir-birinizə üz çevirməyin! Bir-birinizə kin saxlamayın! Bir-birinizlə dostluğunuzu kəsməyin! Ey Allahın bəndələri, qardaş olun!!!». 7

«Sizə verdiyi nemətlərdən ötrü Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin».8

«Allah rizası üçün təvazökar olanı Allah ucaldar. Təkəbbürlü olanı Allah alçaldar. Allahı çox ananı Allah sevər».9
(harun yahya Allah ağılla bilinir)

2- Kütüb-i Sitte, 10. cilt, s. 135; Ebû Dâvud, Edeb 122, (5124); Tirmizî, Zühd 54, (2393)
3- Muvatta, Hüsnü'l-Hulk 16, (2, 908)
4- Kütüb-i Sitte, cilt 16, s.239
5- İhya'u Ulum'id-Din Huccetü'l-İslam, İmam Gazali, cilt. 2, s.365
6- İhya'u Ulum'id-Din Huccetü'l-İslam, İmam Gazali, cilt. 2, s.394
7- Müslim İhya'u Ulum'id-Din Huccetü'l-İslam, İmam Gazali, cilt. 2, s.407
8- Tirmizi İhya'u Ulum'id-Din Huccetü'l-İslam, İmam Gazali, cilt. 4, s.594
9- İbn Mace İhya'u Ulum'id-Din Huccetü'l-İslam, İmam Gazali, cilt. 4, s.655