Həqiqi sevgidə hər zaman qarşı tərəfin nəfsi üstün tutulur

İnsanların bir çoxu üçün həyatlarının ən mühüm məsələsi öz nəfslərinin rahatlığıdır. Ancaq həqiqi sevgidə insan öz nəfsini unudur və sevdiyi insanın nəfsi ön plana keçir. Onu rahat etmək üçün əlindən gələn hər cür cəhd göstərir. Hər zaman sevdiyi insanın istəklərini öz istəklərindən üstün tutur. Məsələn, birlikdə gördükləri bir işə görə özünün tərif olunmasındansa, sevdiyi insanın təriflənməsi onun üçün daha əhəmiyyətli olur. Özü haqlı çıxmaqdansa, sevdiyi adamın haqlı olmağından daha çox zövq alır. Əgər əmək tələb edən bir işin görülməsi lazımdırsa, sevdiyi adamın yorulmasındansa, özünün yorulmağını üstün tutur. Əsla qarşı tərəfi utandıracaq, qəlbini qıracaq bir davranış göstərmir. Bunun səbəbi isə Allahın rizasını, sevgisini və cənnətini qazanmaq istəyidir. Bir insan ancaq Allahın rizasını qazanmaq üçün qarşısındakı adamı bu qədər fədakarlıqla və səmimiyyətlə sevə bilər.
(harun yahya Allah ağılla bilinir)