Təbliğdə cəsur və açıq danışan olmağın əhəmiyyəti

Hz.İbrahim Allahın hidayət verdiyi və insanları iman etməyə çağırmaqla vəzifələndirdiyi müqəddəs bir elçidir. O, hər elçi kimi insanları doğru yola, Allahın rizasını qazanmağa, axirət üçün yaşamağa və gözəl əxlaqlı olmağa çağırmışdır.

Elçilərin bu dəvətlər zamanı istifadə etdiyi metodlar, mövzuları izah etmə formaları, üslubları hər müsəlmana nümunə olmalı, hər müsəlman insanları din əxlaqına dəvət edərkən bu mübarək insanlar kimi danışmalı və davranmalıdır.

Peyğəmbərlərin Allaha iman etməyə və daha öncəki azğın inanclarını tərk etməyə dəvət etdiyi cəmiyyətlər ümumiyyətlə söz anlamayan azğın insanlardan ibarət idi. Ancaq Rəbbimizin Peyğəmbərimizə (s.ə.v.) "Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi səbatlı ol. Onların nəfslərindən gələn istəklərə uyma və de: "Elə isə sən buna görə, dəvət et və əmr olunduğun kimi düzgün istiqamətə tabe ol..." ("Şura" surəsi, 15) ayəsi ilə də əmr etdiyi kimi, bütün elçilər təbliğlərində Allahın razı olacağı şəkildə davranmış və üstün bir əxlaq göstərmişlər. Hz.İbrahimin qarşısında da atalarının batil dininə son dərəcə bağlı olan höcət bir qövm vardır. Hz.İbrahim onlara şirk sisteminin sərsəmliyini göstərdiyi halda onunla mübahisəyə girmişdilər:

"Tayfası onunla mübahisəyə girişdi. İbrahim dedi: "Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz? Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir" ("Ənam" surəsi, 80-83).

Hz.İbrahimin təbliğində ən diqqətçəkici cəhətlərdən biri də səmimiyyəti və açıq danışan olmasıdır. O, Allahın varlığını anladarkən adamların vicdanlarına yönəlik, təsirli söz söyləyir. Onları açıqca xəbərdar edir, sadəcə Allahdan qorxmağa dəvət edir. Bu isə onlara və şirk qoşduqları bütlərinə qarşı nə cür cəsur, dəyanətli və qətiyyətli olduğunu göstərir. Hz.İbrahim qövmünün inancının azğınlığını, sarsaqlığını səmimi bir şəkildə anladır və bunu təsirli bir metodla ifadə edir. Bu, Allahın Quranda iman edənlərə bildirdiyi bir əmridir:

"Onlar elə şəxslərdir ki, Allah onların ürəklərindəkini bilir. Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!" ("Nisa" surəsi, 63).

Qövmü ona qarşı çıxarkən Hz.İbrahimin Allaha olan dərin imanından qaynaqlanan istəyi və qətiyyəti səmimi, ağıllı və vicdanlı bir insana təsir edəcək bir davranış üstünlüyüdür. Ancaq qövmü heç bir sözü anlamağa çalışmayan cahil bir cəmiyyət olduğu üçün Hz.İbrahim bundan sonra başqa metodları sınamışdır. Onların davakar və höcət üslublarına Allahın ayələrində də bildirdiyi kimi, ən gözəl şəkildə cavab vermişdir. Allah iman gətirənlərə bir ayədə bu şəkildə əmr edir:

"Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm". Kitab verilmiş şəxslərə və savadsızlara de: "Siz də təslim oldunuzmu?" Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq haqqı tətbiq etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!" ("Ali-İmran" surəsi, 20).
(harun yahya Hz.İbrahim və hz.lut)