Planlı hərəkət etmək və ardıcıllıqla düşünmək

Əvvəlki fəsildə də üzərində durduğumuz kimi, Hz.İbrahim qövmünü Alaha iman gətirməyə dəvət edərkən hər cür planlar cızmış və çox fərqli metodları nəzərdən keçirmişdi. Bu metodların biri də mümkün təhlükələri və ala biləcəyi əks-təsirləri düşünərək əvvəlcədən müxtəlif tədbirlər görməkdir. Quranda peyğəmbərlərin Allahın vücudca və elmcə dəstəklədiyi, üstün bir hikmət, anlayış və qavrayış qabiliyyəti verdiyi, Allahın ilhamı ilə çox ağıllı və təsirli tədbirlər görən, bəsirət sahibi qullar olması xəbər verilir. Bu üstün özəlliklər Hz.İbrahimdə də ən mükəmməl şəkildə ortaya çıxır. Ona Allahın verdiyi məsuliyyəti ən gözəl şəkildə yerinə yetirmiş, insanları hidayət yoluna dəvət etmək üçün əlindəki bütün imkanlardan sona qədər istifadə etmişdir.

Hz.İbrahimin qarşısında çox basırıq bir cəmiyyət vardı. Üstəlik bu cəmiyyət onu öldürməklə, daş-qalaq etməklə və yurdundan qovmaqla hədələməkdədir. Hz.İbrahim isə ona qarşı hər cür tələ qurmağa çalışan bu müşrikləri mütləq yanından uzaqlaşdırmaq istəyir. Bunun üçün də onlara "xəstəyəm" demişdir:

"Həmin vaxt o, atasına və tayfasına belə demişdi: "Siz nəyə ibadət edirsiniz? Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz? Aləmlərin Rəbbi barəsində zənniniz nədir?" İbrahim ulduzlara bir nəzər saldı. Və dedi: "Mən xəstəyəm!" Ondan üz çevirib getdilər" ("Saffat" surəsi, 85-90).

Hz.İbrahimin söylədiyi sözlə inkarçıları yanından uzaqlaşdırması son dərəcə hikmətli və ağıllı bir hərəkətdir. Çünki onun xəstə olduğunu eşidən adamlar özlərinə bir zərər gəlməsin deyə ondan uzaqlaşmış, beləcə Hz.İbrahimə bir zərər verə bilməmişlər. Bu şəkildə tək qalan Hz.İbrahim bütləri sındırmaq üçün də vaxt qazanmışdı. Əgər belə bir şey söyləməsəydi, inkarçı qövmü ondan ayrılmayacaq, o da bütləri sındırıb tələ hazırlamaq imkanı tapmayacaqdı. Hz.İbrahimin insanları şirk kimi bir günahdan təmizləmək üçün qurduğu bu incə plan onun Allah qorxusu, Allah sevgisi və iman gücü ilə hərəkət etməsinin ən gözəl nümunələrindəndir. Allahın ona verdiyi təbliğ vəzifəsini yerinə yetirmək üçün çox böyük bir cəsarət və qətiyyətlə, heç bir çətinlik qarşısında qorxmadan çalışmışdır. İnsanlardan heç bir əvəz gözləməmiş, pisliklərə yaxşılıqla cavab vermiş, bunları edərkən də sadəcə Allahın rizasını hədəfləmişdi.

Quranda "bir şeyi qüsurlu göstərərək zalımların əlindən qurtarma" ilə bağlı daha bir nümunə verilir. Bu nümunələrdən biri Hz.Musa ilə birlikdə səfərə çıxan Hz.Xızır hekayəsində yer alır. Ayələr bu şəkildədir:

"Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman onu deşdi. Musa dedi: "Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, günahı böyük bir şey etdin"" ("Kəhf" surəsi, 71).

"Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi" ("Kəhf" surəsi, 79).



"Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim..."
"...Çünki həmin adamların arasında hər bir saz gəmini zorla ələ keçirən bir hökmdar var idi" ("Kəhf" surəsi, 79).

Allahın xüsusi bir elmlə dəstəklədiyi mübarək bir qulu olan Hz.Xızırın gəmini deşməsində də çox böyük bir ağıl, bəsirət və uzaqgörənlik diqqəti çəkir. Ayələrdə Hz.Xızırın Allaha güclü imanı, təvəkkülü, təslimiyyəti və daha bir çox özəlliyi ilə təriflənən, hər hərəkəti xeyir və hikmət üzrə olan bir qul olduğu bildirilir. Hz.Xızır bir gəmini deşmişdi və bunu edərkən çox önəmli bir neçə məqsədi vardı. İrəlidə bu gəmidəkilərə və gəmiyə zərər verəcək əzazil bir şah olduğunu bilir, mərhəməti ilə dərhal yoxsullara yardım etməyə qaçır. Onların sıxıntı içinə düşməsini, əzazil kimsələrdən zülm görməsini əngəlləmək istəmişdir. O səbəblə də yoxsulluq və ehtiyac içində olan bu insanları qorumaq üçün dərhal gəmilərində bir deşik açmış, beləcə gəmini nöqsanlı göstərərək zalımların əlindən qurtarmışdı. Bu arada gəmini uyğun ölçülərdə, təkrar təmir ediləndə asanca istifadə edilə biləcək şəkildə dağıtmışdı. Beləcə, gəmini görən adam onu qüsurlu zənn edəcək və istifadə etməkdən vaz keçəcəkdi. Ancaq möminlər əzazil adamların mallarını ələ keçirmə təhlükəsi ortadan qalxdıqdan sonra gəmini asanlıqla yenidən təmir edib istifadə edə biləcək hala gətirəcəkdilər.

Ayələrin davamında Hz.Xızırın Allahın əmrlərini tərəddüdsüz yerinə yetirən, mərhəmət və şəfqəti ilə diqqəti çəkən, iman edənlərə pərəstişi və yardımsevərliyi ilə tanınan, səbri və qətiyyəti ilə təriflənən hikmət sahibi bir qul olması anlaşılır (Müfəssəl məlumat üçün bax: ""Kəhf" surəsindən axır zamana işarətlər", Harun Jəhya).

Hz.İbrahim də inkarçı qövmlə mücadilə edərkən qurduğu bir plan üzrə qövmünün bir tanrı sayıb sitayiş etdiyi bütlərin hamısını sındırmış, yalnız birini salamat saxlamıhdı. Bunu görən insanlar Hz.İbrahimi bütləri sındırmaqda suçlamış və onu özlərinə görə cəzalandırmaq istəmişdi. Hz.İbrahimin inkarçılara qarşı hazırladığı plan - daha öncə də bildirdiyimiz kimi - burada ortaya çıxır:
"Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi" ("Ənbiya" surəsi, 63).
Hz.İbrahimin bu cavabı ilə daş və taxta bütlərin bütün kainatı idarə etməsinə, canlılar üzərində hakim olmasına inanan bütpərəst qövmü çox böyük bir dalana salmış, alçaltmış və o, heç bir cavab verə bilməmişdi. Çünki bu bütlərin heç bir gücü olmayan, cansız daş və taxta parçalarından heykəllər olması aşkar məsələdir. Bu açıq-aşkar gerçəyi qəbul etməkdən başqa çarələrinin olmaması ortadadır. Ancaq vicdanın və qəlbin inandığı bu gerçəkləri açıq şəkildə söyləyə bilməzlər. Bunun səbəblərindən biri isə Allahın Quranda da bildirdiyi kimi, "zülm və təkəbbürləri"dir ("Nəml" surəsi, 14).

Hz.İbrahimin təbliğində vurğulanacaq digər vacib məqam isə yeni bir izahata başlamazdan əvvəl qövmünün bütün səhv inanclarını tamamən ortadan qaldırmış olmasıdır. Allah Hz.İbrahimə çox böyük bir hikmət, üstün bir anlayış və təbliğ gücü vermişdir. O, öz qövmünü Allaha iman gətirməyə dəvət edərkən ən hikmətli, ən təsirli və ən ağıllı üslubdan istifadə etmişdi. Allahın ilhamı ilə qövmünün azğın və yanlış dinini tamamən ortadan qaldırmış, şirk dininin nə qədər böyük bir səhv və azğınlıq olduğunu ən təsirli şəkildə ortaya qoymuşdu. Beləcə, Rəbbimizin insanlara xəbərdarlıq edən və xilaskar kimi göndərdiyi və aləmlərdən üstün tutduğu bu mübarək elçisi Allahın izni ilə batil bir anlayışın yerinə Allahın varlığına, Onun üstün güc və qüdrətinə iman etməyə söykənən, haqq olan bir görüş və düşüncə tərzi yerləşdirmişdi.

Hz.İbrahimin qövmünü Allahın vəhyi ilə hidayətə dəvət edərkən əsas götürdüyü bu hikmətli yol bütün müsəlmanların din əxlaqını anladarkən nümunə ala biləcəkləri çox önəmli bir rəhbərdir. Hz.İbrahimin qövmünə etdiyi bu təbliğ bir cəmiyyəti Allaha iman etməyə dəvət edərkən əvvəlcə o cəmiyyətin sahib olduğu bütpərəst dinin ziddiyyətlərini və çıxış yolunun olmadığını ortaya qoymağın son dərəcə hikmətli və təsirli bir yol olduğunu göstərir. Beləliklə, inancların çürük bir əsasa söykəndiyini görən insanların haqq dinin üstünlüyünü qavraması, Allahın bütün kainatı yoxdan yaratdığını, sonsuz güc və qüdrət sahibi olduğunu və bütün varlıqları əhatə etdiyini görə bilmələri - Allahın diləməsi ilə - daha asan olacaqdır.
(harun yahya Hz.İbrahim və hz.lut)