Elçilərin gətirdiyi müjdələr



Hz.İbrahimin qonaqları onun onlara təqdim etdiyi yeməklərdən yeməmişdilər:

"İbrahim qonaqların əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: "Qorxma, biz Lut tayfasına göndərilmişik!"" ("Hud" surəsi, 70).

Qonaqlarına qarşı çox yaxşı davrandığı və onlara hörmət etdiyi halda qonaqların onlara verilən yeməyi yeməmələri Hz.İbrahimə ortada bir fövqəladəliyin olduğunu göstərmişdi. İnsan surətində ona gəlmiş olan bu mələklər şübhəsiz ki, çox nəzakətli və əsilzadə bir əxlaq göstərmişdilər. Hz.İbrahim də onların çox qiymətli qonaqlar olduqlarını dərhal anladığı üçün onlara qarşı son dərəcə qonaqpərvərlik göstərmişdi. Elçilər bunun müqabilində öz kimliklərini açıqlamış və sonra da Hz.İbrahimi saleh bir uşaqla müjdələmişdilər:

"O zaman ki, onlar onun hüzuruna daxil olub: "Salam!" -dedilər. (İbrahim də qonaqların yeməyə əl uzatmadıqlarını görüb"Biz, həqiqətən, sizdən qorxuruq!" - dedi. Onlar: "Qorxma, biz səni çox bilikli bir oğulla müjdələyirik!" -deyə cavab verdilər" ("Hicr" surəsi, 52-53).



Elçilərin bu müjdəsi qarşısında Hz.İbrahim və xanımı çaşmışdı, çünki ikisi də yaşlı idi. Üstəlik Hz.İbrahimin xanımının da uşağı olmurdu. Elçilərin bu müjdəsinin müqabilində Hz.İbrahim onlara bu sözlərlə cavab vermişdir:

"İbrahim: "Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız?" -deyə soruşdu. Mələklər: "Biz sənə doğru xəbərlə müjdə veririk. Ümidini üzənlərdən olma!" - dedilər" ("Hicr" surəsi, 54-55).

"İbrahimin arvadı durmuşdu. O güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Jəqubla müjdələdik. Dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!"" ("Hud" surəsi, 71-72).


Bu,Hz.İbrahim üçün böyük bir möcüzənin xəbəri idi. Elçilərin bu xəbərindən çaşan Hz.İbrahimin arvadı heyrətlə necə doğacağını soruşanda elçilər onun bu sualına "...Onlar dedilər: "Sənin Rəbbin belə deyir, axı. O, hökm və hikmət sahibidir, hər şeyi biləndir" ("Zariyat" surəsi, 30) deyə cavab vermişdilər. Allah başqa bir ayəsində də Hz.İbrahimin və arvadının bu əmrə təəccüblənməməsinin lazım olduğunu bildirmişdir:

"...Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, biləndir!" ("Hud" surəsi, 73).
Elçilər Hz.İbrahimə ayrıca bunu da xatırlatmışdı:

"Dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükr olunmağa, öyülüb mədh edilməyə layiqdir!"" ("Hicr" surəsi, 55).

Allahdan ümidi kəsmək dindən uzaq yaşayan insanlara aid bir ruh halıdır. Bu insanlar bir neçə arzuları yerinə yetməyəndə ümidsizliyə düşür və istəklərinin heç bir zaman gerçəkləşməyəcəyinə inanırlar. Bu, onların Allahı lazımi şəkildə təqdir edə bilmədiyini göstərir. Hz.İbrahim isə daim Allaha ümid edərək gözəl əxlaqi xüsusiyyətlər göstərmişdir.



"Bir şeyi istədiyi zaman buyuruğu ona ancaq: "Ol!" -deməkdir. O da dərhal olar. Hər şeyin hökmü əlində olan pak və müqəddəsdir. Siz də Onun hüzuruna qaytarılacaqsınız!" ("Jasin" surəsi, 82-83).

Mömin Allahın gücünün fərqində olaraq hər şeyi Allahdan istəyir və Ona ümidvar olur. Unutmaq olmaz ki, səbəbləri və bunlara bağlı olaraq meydana çıxan nəticələri yaradan, dünya üzərindəki qanunları qoyan Allahdır. Allah əgər bir şeyin olmasını diləyərsə, ona sadəcə "Ol" deyər və o hadisə də dərhal gerçəkləşər. Allah dərgahında hər şey mümkün olduğu üçün mömin hər tələbində ümid içindədir. Allah sonsuz qüdrətini bir Quran ayəsində bu şəkildə bildirir:

"Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol!" - deyər, o da olar" ("Bəqərə" surəsi, 117).

Bu sirri qavrayan insan keçilməsi imkansız kimi görünən əngəlləri də Allahın bir hikmətlə yaratdığını bilir. Sonsuzluğu yaradan Allah istədiyi anda bunu tərsinə çevirə bilər. Necə ki, Hz.İbrahimin hekayəsində də bu şəkildə olmuş, Allah qoca yaşlarına və arvadı sonsuz olsa da onlara bilikli bir uşaq vermişdir. Öldürən də, dirildən də, yaşadan da yalnız Allahdır.

Ayələrdə Allah möcüzəvi bir hadisəni bizlərə bildirmiş və uşaq sahibi olmaları mümkün olmayan Hz.İbrahimi və arvadını bir uşaq sahibi edəcəyini xəbər vermişdir. Bu ayə eyni zamanda günümüzdə sonsuzluğun müalicəsində və tibb elmində olan inkişaflara da bir işarə ola bilər (Doğrusunu Allah bilir).

Elçilərin Hz.İbrahimə gətirdiyi digər xəbərlər

Hz.İbrahimə gələn elçilərin gətirdiyi birinci xəbər uşaq müjdəsidir. İkinci xəbər isə Hz.İbrahimlə birlikdə iman etmiş olan Lut peyğəmbərin inkarçı qövmünün yaxın zamanda həlak ediləcəyidir (Lut peyğəmbər Hz.İbrahimlə eyni dönəmdə, eyni coğrafiyada yaşamış və eyni bir qövmü bu azğınlıqdan vaz keçməyə və iman gətirməyə dəvət etmişdi. Kitabın ikinci bölümündə Hz.Lutun həyatını incələyəcəyik). Elçilərin verdiyi bu xəbəri Allah Quranda belə bildirir:

"Sonra İbrahim dedi: "Ey elçilər! Sizin işiniz nədir?" Onlar dedilər: "Biz günahkar bir qövmə göndərilmişik. Onların başına gildən daşlar yağdırmaq üçün gəlmişik. Həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!" ("Zariyat" surəsi, 31-34).



Elçilərlə Hz.İbrahim arasındakı danışıq ayələrdə bu şəkildə xəbər verilir:

"Elçilərimiz İbrahimə müjdə gətirdikləri zaman: "Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalimdirlər" -dedilər. İbrahim dedi: "Orada Lut da var!"

Onlar: "Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Jalnız övrətindən başqa. O qalanlardan olacaq!" - deyə cavab verdilər" ("Ənkəbut" surəsi, 31-32).

"İbrahimin qorxusu çəkildikdə və ona müjdə gəldikdə Lut tayfası barəsində Bizimlə mübahisə etməyə başladı. Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə təslim etmiş bir zat idi. Mələklər dedilər: "Ey İbrahim! Bundan əl çək, Rəbbinin əmri artıq gəlmişdir. Onlara mütləq qarşısı alınmaz bir əzab gələcəkdir" ("Hud" surəsi, 74-76).

Allahın elçilərinin gətirdiyi həlak olma xəbəri bir başqa ayədə belə xəbər verilir:

"Belə cavab verdilər: "Biz günahkar bir tayfaya göndərilmişik. Jalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısını xilas edəcəyik! Ancaq zövcəsi istisna olmaqla! Qət etdik ki, o, əzaba uğrayanlardan olacaqdır!"" ("Hicr" surəsi, 58-60).

Allah içində möminlərin olduğu bir qövmü əsla həlak etməyəcəyini Quranda bildirir. Bu səbəblə Allah göndərdiyi mələklərlə Hz.İbrahimə və Hz.Luta nə etmələri lazım olduğunu xəbər verir. Beləcə, Hz.Lut və Hz.İbrahim o bölgədən ayrılaraq hicrət etmişdilər.
(harun yahya Hz.İbrahim və hz.lut)