Hz.İbrahimin oğulları: Hz.İsmayıl və Hz.İshaq

Hz.İbrahimə gələn elçilər həqiqətən onun daha əvvəlcədən Allaha etdiyi duanın cavabını müjdələmişdi. Bu dua Hz.İbrahimin Allahdan saleh bir varis istəməsidir:

"Ey Rəbbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" ("Saffat" surəsi, 100).

Hz.İbrahim Allahdan xüsusilə öz nəslindən bir övlad deyil, saleh bir insan istəyir. Hz.İbrahimin Allahdan duası özündən sonra dini yüksək tutacaq hər hansı bir saleh müsəlmandır. Hz.İbrahimin bir övlad gözləməsi elçilərə verdiyi cavablardan da anlaşılır. Elçilər onu "alim bir uşaqla" müjdələyəndə "İbrahim: "Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız?" - deyə soruşdu" ("Hicr" surəsi, 54) deyə cavab vermişdi. Ancaq Allah Hz.İbrahimə mömin bir nəsil yaratmaq istəmiş, bu səbəblə bir möcüzə gerçəkləşdirərək sonsuz və yaşlı olan xanımını uşaq sahibi olmağa əlverişli etmişdi. Və əvvəlki bölümlərdə də bildirdiyimiz kimi, bu müjdəni elçiləri vasitəsilə xəbər vermişdi:



"...Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!" ("Jusuf" surəsi, 101).

"Biz də ona həlim xasiyyətli bir oğlan uşağı ilə müjdə verdik" ("Saffat" surəsi, 101).

Hz.İbrahimdə gördüyümüz bu nümunə onun soyundan gələn Hz.Zəkəriyyə üçün də keçərlidir. Allah Quranda Hz.Zəkəriyyənin duasını və daha sonra onu saleh bir uşaqla müjdələməsini belə xəbər verir:

"Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır! Rəbbinə gizlicə dua edib yalvardığı zaman belə demişdi: "Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et ki, O həm mənə, həm də Jəqub nəslinə varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o riza qazanmış olsun!" "Ey Zəkəriyya! Sənə bir oğulla müjdə veririk ki, adı Jəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!" Zəkəriyya dedi: "Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş ikən mənim necə oğlum ola bilər?" "Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən yaratmışdım!"" ("Məryəm" surəsi, 2-9).

Hz.İbrahim kimi Hz.Zəkəriyyə də Allahdan saleh bir varis istəmişdi. Heç unudulmamalıdır ki, əgər bir insana Allah hidayət verməmişsə, heç kimsə onu doğru yola yönəldə bilməz. Necə ki, Allah Quranda "...Allah dilədiyini doğu yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir!" ("Qəsəs" surəsi, 56) şəklində buyurur. Rəbbimiz bu mövzuda bizlərə Hz.Nuhun oğlunu da bir nümunə olaraq vermişdir. Bu adam Hz.Nuh kimi səmimiyyəti, səbri, təvəkkülü və gözəl əxlaqı ilə aləmlərə nümunə qıldığı qiymətli bir elçisinin oğludur. Ancaq Hz.Nuhun çağırdığı hidayət yoluna uymamış və inkarçılardan olmuşdu. Allah Hz.Nuhun oğlunu tufanda digər inkarçılarla birlikdə həlak etmişdi ("Hud" surəsi, 43).

Rəbbimiz Hz.İbrahimi isə saleh uşaqlarla müjdələmişdi. Quranda Allahın peyğəmbərlik mərtəbəsi ilə şərəfləndirdiyi bu mübarək qulların Hz.İsmayıl və Hz.İshaq olduqları bildirilir. Onlar da Hz.İbrahim kimi Allaha olan bağlılıqları, gözəl əxlaqları və təslimiyyətləri ilə seçilmiş xoşbəxt elçilərdir. Quranda Hz.İbrahimin Hz.İshaq və Hz.İsmayıl müjdələndikdən sonra Rəbbimizə olan səmimi duası və şükrü bu şəkildə xəbər verilir:

"İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir!" ("İbrahim" surəsi, 39).

Rəbbimiz Quranda Hz.İsmayılın "xeyirli olanlardan olduğu" və "aləmlərə üstün qılındığı"nı bildirir. Ayələrdə İsmayıl peyğəmbər barədə "O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi..." ("Məryəm" surəsi, 54-55) şəklində buyrulur. Allah Quranda Hz.İsmayıldan razı olduğunu da bütün insanlara bildirir.

Hz.İshaq hələ Hz.İbrahim həyatda ikən Rəbbimiz ona Hz.Jaqubu ərməğan etmişdi. Hz.Jaqub da Allahın peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi saleh bir mömindir. Allah Quranda bu seçkin qulunun üzərindəki nemətini tamamladığını ("Jusif" surəsi, 7) bildirir. Hz.Jaqub ayələrdə Allaha olan səmimi imanı, əvəzsiz axirət yurdunu anan ixlas sahibi bir qul olması ("Sad" surəsi, 46) ilə öyülən mübarək bir insandır. Allah Hz.İshaqın və Hz.Jaqubun üstün əxlaq özəlliklərini ayələrdə belə xəbər verir:



"Rəbbi İbrahimə: "Təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi. İbrahim və Jəqub bunu öz oğlanlarına vəsiyyət edib: "Ey oğlanlarım,
həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!"" ("Bəqərə" surəsi, 131-132).

"Biz yurdu anmaq xislətini onlara məxsus elədik. Şübhəsiz ki, onlar dərgahımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər!" ("Sad" surəsi, 46-47).

"Biz ona İshaqı, üstəlik Jəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik. Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiya" surəsi, 72-73).
"Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə mücdə verdik" ("Saffat" surəsi, 112).

Quranda Hz.İbrahim hər işində Rəbbimizə yönəlməsi, Ona səmimi və qəlbən dua etməsi və Allaha imanda qərarlı olması ilə təriflənir. Hz.İbrahim başına gələn hər cür çətinlik və sıxıntı qarşısında göstərdiyi təslimiyyətli davranışı ilə bütün iman sahibləri üçün bir nümunədir. Hz.İbrahimin uşaqları ilə bağlı duası da bu səmimiyyəti açıq şəkildə göstərir:

"Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini Sənin Beytülhəramının yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Onlara meyvələrindən ruzi ver ki, şükr edə bilsinlər!" ("İbrahim" surəsi, 37).

Allah Hz.İbrahimin və nəslinin üzərindəki böyük lütfünü "Jusif" surəsində bu şəkildə bildirir:

"Rəbbin səni seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb verdiyi kimi, sənə və Jəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin biləndir, hikmət sahibidir!"" ("Jusif" surəsi, 6).

Allah digər ayələrdə Hz.İbrahimin soyu haqqında belə buyurur:

"Biz ona İshaqı və Jəqubu bəxş etdik, peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq salehlərdən olacaqdır!" ("Ənkəbut" surəsi, 27).

"Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Jəqubu da yad et! Biz yurdu anmaq xislətini onlara məxsus elədik. Şübhəsiz ki, onlar dərgahımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər!" ("Sad" surəsi, 45-47).

"İbrahim müşrikləri və onların Allahdan başqa tapındıqları bütləri tərk edib getdiyi zaman Biz ona İshaqla Jəqubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik. Öz mərhəmətimizdən ehsan buyurub təriflərini dillər əzbəri etdik" ("Məryəm" surəsi, 49-50).

Rəbbimiz ayələrdə Hz.İbrahimin ailəsini aləmlərə üstün tutduğunu, Kitab və hikmətlə dəstəklədiyini və onlara böyük bir mülk nəsib etdiyini bildirir:

"Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi" ("Ali-İmran" surəsi, 33).

"Joxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik" ("Nisa" surəsi, 54).

"İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir" ("Ənam" surəsi, 82-83).

"Sonradan gələnlər arasında onun üçün qoyduq. İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!" ("Səffat" surəsi, 108-111).



Allah Hz.İbrahimi gözəl, xeyirli və təmiz bir nəsillə mükafatlandırmışdı. Qövmü itaətsiz, təkəbbürlü və Allahı inkar etməkdə israrlı olan bir cəmiyyət ikən Hz.İbrahimin özündən sonra qövmünə varis buraxacağı oğlanları peyğəmbər olaraq seçilmişdi:

"Biz İshaqı və Jəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq, Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Jusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq" ("Ənam" surəsi, 84).

Hz.İsmayıl və Hz.İshaq Hz.İbrahimlə birlikdə insanları Allaha iman gətirməyə dəvət etmişdilər. Hz.İsmayıl atası Hz.İbrahimlə birlikdə müqəddəs Kəbəni inşa etmişdir.
(harun yahya Hz.İbrahim və hz.lut)