Hz.İbrahimin Kəbəni inşa etməsi

Allah Quranda Hz.İbrahimin Hz.İsmayılla birlikdə Kəbəni inşa etdiyini bildirir. Ərəbistanın Məkkə şəhərində olan Kəbə insanların sadəcə Allaha ibadət etmək üçün istifadə edəcəkləri bir məkan kimi inşa olunan ilk binadır. Allah "insanlar üçün ilk qurulan ev" olan Kəbədə "Hz.İbrahimin məqamı"nın olduğunun belə bildirir:

"Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə özünə zülm etmiş olar. Əlbəttə, Allah aləmlərə möhtac deyildir!" ("Ali-İmran" surəsi, 96-97).



Hz.İbrahim Allahın ona verdiyi Kəbəni inşa etmək vəzifəsini oğlu Hz.İsmayılla birlikdə yerinə yetirmişdi. Allah Quranda bu mövzuda Hz.İbrahimə belə vəhy etdiyini bildirir:

"Jadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə!" İnsanları həccə çağır ki, onlar sənin yanına piyada və hər uzaq yoldan yollanan hər cür arıq dəvələr üstündə gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi heyvanların üstündə Onun adını çəksinlər. Onlardan özünüz də yeyin, biçarə yoxsula da yedirdin!" ("Həcc" surəsi, 26-28).

Allah Hz.İbrahimə Kəbənin təmizlənməsini əmr etmişdi. Bu, fiziki bir təmizlik ola biləcəyi kimi mənəvi mənada da bir təmizlik ola bilər. Bu səbəblə bu ayə ilə Allah Kəbənin həm fiziki, həm də mənəvi mənada (şirkdən və Allahdan başqalarına sitayiş edən müşriklərin kirindən) təmizlənməsini əmr etmişdi. Allah digər ayədə Hz.İbrahimlə Hz.İsmayılın Kəbəni inşa etmək vəzifəsini belə bildirir:

"Onu da yadına sal ki, İbrahim və İsmail evin bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! Bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!" - deyə dua etdilər" ("Bəqərə" surəsi, 127).


"Hz.Ömər" məscidinin içində Hz.İbrahimin ilk dəfə inşa etdiyi dövrdən qaldığına inanılan müqəddəs daş.

Hz.İbrahim və Hz.İsmayıl Kəbəni inşa edərkən, yəni əməli bir iş və ibadət edərkən Rəbbimizə davamlı olaraq dua etmişdilər. Peyğəmbərlərin bu gözəl xüsusiyyətindən ibrət dərsi alaraq Allaha hər mövzuda dua edə, bir iş edərkən də Allahdan yardım diləyə, Onu zikr və təsbih edib ucalda bilərik. Çünki Allah insanın gizlininin gizlinini bilən, onu hər an eşidən, görən və hər etdiyindən xəbərdar olandır. Möminlər Allahın bütün dualarına icabət edəcəyini bilir və dua etməyi Allaha yaxınlaşmaq üçün bir vəsilə sayırlar. Bir çox hallarda bəzi insanlar sadəcə müəyyən zamanlarda, müəyyən yerlərdə dua edə biləcəklərini zənn edərək duanı müəyyən bir şəkilə salmağa çalışır. Halbuki peyğəmbərlərin Quranda xəbər verilən duaları da bizə göstərir ki, mömin bir iş edərkən də, yatarkən də, oturarkən də Allaha daxilən dua edə, hər zaman Allaha yönələ bilir. Bunun üçün heç bir qanun yoxdur. İnsan hər an Allaha yönələ bilir, hər an Onu qəlbən xatırlayıb ən gözəl ismləri ilə Rəbbimizi yüksəldə bilir.

Hz.İbrahimlə Hz.İsmayıl da Kəbəni inşa edərkən etdikləri dualarının sonunda Allahı yüksəltmişdilər. Hər iki peyğəmbər Allahdan eşitdiyini dilə gətirib Allahı öymüşdü. Bu da göstərir ki, dua sırasında da Allahı sifətləri ilə anmaq və Ona bu sifətlərlə dua etmək məqbuldur. Necə ki, Allah bir ayəsində belə buyurur:

"Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!" ("Əraf" surəsi, 180).

Peyğəmbərlər kimi möminlərin də Allahın böyüklüyünü, hər şeyi gördüyünü, eşitdiyini, hər şeyə güc verdiyini, hökm və hikmət sahibi olduğunu dilə gətirərək Allahı anması bir mömin əlamətidir. Quranda peyğəmbərlərin duaları ilə bağlı bir çox ayə möminlərin necə dua edəcəyinə yol göstərir.
Hz.İbrahimin və oğlunun qurban imtahanı

Allahın Hz.İbrahim qissəsində xəbər verdiyi hadisələrdən biri də qurban hadisəsidir. Hz.İbrahimin və oğlu Hz.İsmayılın başından keçən bu sınamanı Rəbbimiz ayələrdə bu şəkildə xəbər verir:

"Biz də ona həlim xasiyyətli bir oğlan uşağı ilə müjdə verdik. O, yüyürüb qaçmaq çağına çatdıqda dedi: "Oğlum! Juxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!"

Onların hər ikisi təslim olduğu və üzüüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: "Ja İbrahim! Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin!" Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan indi. Biz ona böyük bir qurbanlıq əvəz verdik" ("Saffat" surəsi, 101-107).



Allah yuxarıdakı ayələrdə Hz.İbrahimi necə bir sınaqdan keçirdiyini bizlərə xəbər verir. İslam alimləri də bu ayələri ümumiyyətlə eyni şəkildə təsvir edirlər. Məsələn, Əlmalılı Həmdi Jazır Qurani-Kərim təfsirində Hz.İbrahimin yuxusunda gördüklərinin bir vəhy, bu vəhyin yerinə yetirilməsinin isə bir əmr olduğunu bildirir. Ayələrin davamını isə bu şəkildə açıqlayır:

"...Bu səbəbdən ona məcbur etdirməyib, əvvəlcə yerinə yetirilmə şəklini məsləhət etmək üzrə bu fikrini soruşaraq təbliğ etdi ki, bununla ilk öncə onun itaət və boyun əyməklə əcr və savab qazanmasını təmin etmək istədi. Düşünməli, bunu söylərkən "Ey övladım!" deyə çağıran bir atanın qəlbində nə yüksək bir şəfqət duyğusu çırpınır və ona nə qədər böyük bir vəzifə eşqi, Allah sevgisi hakim olurdu... Bunun belə ilahi bir əmr olduğunu anlayan və Allahın səbr edənlərlə bərabər olduğunu bilən o yumşaq xasiyyətli oğul "Ey ata!" dedi, "Nə əmr olunursan et! Məni inşallah səbr edənlərdən görəcəksən".5

Ömər Nəsuhi Bilmənin təfsirində Hz.İbrahimin və oğlunun başına gələn bu imtahan aşağıdakı kimi izah edilir:

"Həzrəti İbrahim də, oğlu da Allah-Təalanın əmrinə itaət edib təslimiyyət göstərdilər və İbrahim əleyhissəlam (alnının bir yanı üstünə yatırdı) onu kəsmək üçün elə bir vəziyyətə gətirdi... Onun rəhmani bir yuxu olduğunu anlayaraq əmr olunduğu vəzifəni eləməyə əzm etdin, səbrin, əmri ilahiyə itaətin təzahür etmiş oldu. Artıq Haqq Təala lütf etmiş, o, oğlunun yerinə bir qurban heyvanın kəsilməsini əmr etmiş, Həzrəti İbrahimi elə bir fədakarlıqdan qurtarmışdı".6

Ayə və təfsirlərdən Hz.İbrahim və oğlu Hz.İsmayılın Allaha olan qəlbdən itaəti, təslimiyyəti və könüldən bağlılığı açıq bir şəkildə anlaşılır. Bu üstün əxlaq bütün möminlərə çox gözəl bir nümunə, misli-bərabəri olmayan bir rəhbərdir. Bu səbəblə bütün iman edənlər onların yolu ilə getməli və Allahın ayələrini tətbiq etməkdəki tələbkarlıqları ilə, zülmə və sıxıntılara təslim olmaması ilə, səbrli və təvəkküllü adam kimi tanınmalıdır. Allah "Səffat" surəsinin davamında belə deyir:

"Sonradan gələnlər arasında onun üçün yaxşı ad qoyduq. İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!" ("Saffat" surəsi, 108-111)
(harun yahya Hz.İbrahim və hz.lut)



05- Elmalılı Muhammed Hamdi Yazır, [
06- Ömer Nasuhi Bilmen, Kuran-ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, cilt 9, s. 2994