Hz.İbrahim "Allahın dostu"dur

"Jaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə abe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!" ("Nisa" surəsi, 125).

Rəbbimiz Quranda Hz.İbrahimi dost seçdiyini bildirir. Bu səbəblə də Hz.İbrahim "Xəlilullah" ("Allahın dostu") kimi tanınır, insanlar tərəfindən bu gözəl isimlə anılır. Necə ki, Peyğəmbərimiz Hz.Məhəmməd (s.ə.v.) də "Ey Allahım! İbrahim əleyhissəlam sənin Xəlilindir, peyğəmbərindir" şəklində buyurmuşdur.7

Vəhy edilməsindən sonra təhrif olunan Kitabi-Müqəddəsdə isə Hz.İbrahim barədəki bu ifadələr yer alır:

"Və İbrahim Allaha iman etdi və beləcə azad olmuş sayılırdı" deyən Müqəddəs Jazı gəlmiş oldu. İbrahimə də "Allahın dostu" deyildi".8

Allah qorxusuna və sevgisinə sahib və Allaha dost olan insanın həyatda yeganə məqsədi Onun razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Qəlbində və ağlında daim Allah olur. Gördüyü gözəlliklər qarşısında "Allah nə gözəl yaratmış, O, təriflənməyə layiqdir" deyər, Allahı ən gözəl isimləri ilə təsbih edər. Ona verilən hər nemətin Allahdan olduğunu bilər və Allaha çox şükr edər. Hər hansı bir sıxıntı və çətinliklə qarşılaşanda isə bunun Allahdan bir sınaq olduğunu və xeyirlərlə birlikdə yaradıldığını bilər. Allah üçün gözəl bir səbr göstərər, təvəkkül edər və axirət yurdu üçün saleh işlər görər. Bədiüzzaman Səid Nursinin söylədiyi "əlhəmdülillahi ala külli hal" ("bütün hallarda Allaha həmd olsun") sözünü özünə rəhbər edər və nemət içində də, çətinlik içində də olsa daima Allaha həmd edər.

Allah Quranda bütün möminləri bu ləyaqətli məqama çatmağa təşviq edir. Bir Quran ayəsində möminlərə özlərini Allaha yaxınlaşdıracaq vəsitələr axtarması belə əmr edilir:

"Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə axtarın. Allah yolunda cihad edin ki, nicat tapasınız!" ("Maidə" surəsi, 35).

Allah bir ayədə "Allaha tərəf qaçın" ("Zariyat" surəsi, 50) deyə buyurur. Başqa ayədə isə belə buyurur:

"...Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. Allah sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!" ("Həcc" surəsi, 78).

"Müzəmmil" surəsində isə Allah insanın hər şeydən özünü çəkindirib yalnız Ona yönəlməsini əmr edir:

"Rəbbinin adını zikr et və Ona tərəf yönəl. O. məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. Ancaq Onu vəkil et!" ("Müzəmmil" surəsi, 8-9).
(harun yahya Hz.İbrahim və hz.lut)

07- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, 6883
08- Kitabı Mukaddes, Yakub 2: 20-23