Hz.İbrahim seçkin və xeyirli bir quldur

"Şübhəsiz ki, onlar dərgahımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər!" ("Sad" surəsi, 47).

Hz.İbrahim Allahın hidayət verdiyi, peyğəmbərliklə şərəfləndirdiyi və Öz yanında seçkin qıldığı qullarındandır. Bir ayədə Hz.İbrahimin və ailəsinin aləmlər üzərinə seçilmiş olduqları belə bildirilir:

"Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi" ("Ali-İmran" surəsi, 33).

Hz.İbrahim və oğulları öz qövmlərini Allaha iman gətirməyə dəvət etmək və onlara Allahın üstün güc və qüdrətini anlatmaq üçün seçilmişlər. Allah Quranda "And olsun ki, Biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi və kitabı onların nəslinə verdik..." ("Hədid" surəsi, 26) şəklində bildirir və İbrahim ailəsinin soyunu peyğəmbərliklə şərəfləndirdiyini xəbər verir.



"...İbrahim: "Ey Rəbbim, buranı bəladan asudə bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!" - deyə dua etmişdi..." ("Bəqərə" surəsi, 126).

"Xeyirli olmaq" önəmli bir mömin əlamətidir, inkarçılar ətraflarına və dünyaya yaxşılıq deyil, şər (pislik) gətirirlər. Bu, labüddür, çünki inkarçı bir insan faydalarını hər şeydən üstün tutar və bu səbəblə öz faydası ortaya çıxanda digər insanlara zərər verməkdən çəkinməz. Mömin isə həm mənəvi, həm də maddi yöndən bütün insanlığa xeyir, bərəkət və bolluq gətirir. Çünki malik olduğu Allaha qorxusu və güclü imanı özünün və yaxınlarının əleyhinə də olsa, ədaləti üstün tutar, insanlara yaxşılıq edər, zalımlara qarşı çıxar.

Peyğəmbərimiz (s.ə.v.) də "Ümmətimin xeyirliləri isə əxlaqca ən gözəl olanlarıdır" şəklində buyuraraq gözəl əxlaqları ilə nümunə olan möminlərin yaşadıqları cəmiyyət üçün "xeyirli kimsələr" olduqlarını bildirmişdir.14

Allah "xeyir gətirən", yəni Allahın hökmünə görə davranıb ətrafına daim din əxlaqının gözəlliklərini daşıyan möminlərlə bu cəhətdən yoxsul insanların fərqini bir ayədə belə xəbər verir:

"Allah iki nəfər barəsində yenə belə bir məsəl buyurdu: biri dilsizdir, heç bir şeyə gücü çatmaz. O öz ağasına bir yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub haqq-ədaləti əmr edən bir kimsə kimi ola bilərmi?!" ("Nəhl" surəsi, 76).
(harun yahya Hz.İbrahim və hz.lut)