Hz.İbrahim təmizlənmiş bir qəlbə sahibdir

"O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi" ("Saffat" surəsi, 84).
Allah özünə dost seçdiyi Hz.İbrahimi şirk içində yaşayan qövmündən ayırmış və bütün iman sahiblərinin hidayət rəhbəri seçmişdir.

Allahın üstün əxlaq sahibi elçilərini özünə nümunə götürən bir möminin də Allaha yaxınlaşmaq, Onun sevdiyi və razı olduğu bir insan ola bilmək üçün qəlbini cahilliyin bütün batil inanclarından, yanlış düşüncələrindən uzaqlaşdırması, yəni təmiz bir qəlblə Allaha yönəlməsi lazımdır.



"Hər kəsin üz tutduğu bir qibləsi vardır. Jaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!" ("Bəqərə" surəsi, 148).

İnsanın təmizlənməsi eyni zamanda nəfsinin pisliklərindən və şeytanın mənfi təlqinlərindən uzaqlaşması deməkdir. Allah Quranda "pisi yaxşıdan ayıracağını" ("Ali-İmran" surəsi, 179) bildirir. Buradakı təmizlik mənən və ruhən yaşanan təmizlikdir. Din əxlaqından uzaq yaşayan bir çox insan da "mənim qəlbim təmiz" deyə bilir. Ancaq həqiqətdə bu adamlar sadəcə öz vicdanlarını rahatlamağa çalışır. Çünki Hz.İbrahim kimi "təmizlənmiş (səlim) bir qəlbə" sahib olmaq istəyən bir insan Allaha səmimi qəlbdən iman etməlidir. Allahın əmrlərini dəqiqliklə yerinə yetirməli, təslimiyyətli və təvəkküllü olmalıdır. Allah Quranda yaxşılığı və razı qalacağı əxlaqı bizlərə bu şəkildə tərif edir:

"Jaxşı əməl heç də üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Jaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır!" ("Bəqərə" surəsi, 177).

Allah bir başqa ayədə isə "paklananları sevəcəyini"("Tövbə" surəsi, 108) bildirir. Bir insan bəlkə çox uzun müddət şeytanın təlqinləri ilə hərəkət edə, pis düşüncələrə və pis bir əxlaqa sahib ola bilər. Ancaq əsas məsələ bu adamın Allaha tövbə etməsi, sahib olduğu bu əxlaqdan əl çəkib Hz.İbrahimi və digər peyğəmbərləri nümunə alaraq təmizlənmiş bir qəlblə Allaha yönəlməsidir. Rəbbimiz "Maidə" surəsində iman sahiblərini bu şəkildə müjdələyir:

"Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" ("Maidə" surəsi, 39).
(harun yahya Hz.İbrahim və hz.lut)