Hz.İbrahim "təkbaşına bir ümmətdi"



Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır" ("Bəqərə" surəsi, 130).

"İbrahim özü bir ümmət idi. Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı" ("Nəhl" surəsi, 120).

Hz.İbrahim Allahı hər şeydən uca tutan, sadəcə Onun rizasını gözləyən, Ona qəlbən bağlı olan, yalnız Allahdan qorxub çəkinən və Allaha etimad edən bir peyğəmbərdir. Çox insanı qarşısında gördüyü, onlar tərəfindən öldürülmək, hətta alova atılmaq istənildiyi halda imanından gələn cəsarəti və təvəkkülü sayəsində Allahın dinini hakim etmək üçün apardığı mübarizəsində çox qətiyyətli olmuşdur.

Bütün iman sahiblərinin də Hz.İbrahimin bu üstün əxlaqına yetməyə səy göstərməsi və təkbaşına qalsalar da Hz.İbrahim kimi təvəkküllü, cəsur, qətiyyətli, səmimi, təslimiyyətli və iradəli olması lazımdır. Bunun üçün əvvəlcə görülməsi lazım olan iş isə bir və yeganə Rəbbimizə könüldən təslim olmaq, sadəcə Ondan qorxmaq, Onu dost seçməkdir. Çünki bir mömin dünyanın hər hansı bir yerində inkarçı bir cəmiyyətin içində təkbaşına da qalsa Allahın rizasını qazanmaq istəyi onu daim xeyirli işlər görməyə, ibadətlərini yerinə yetirməyə, din əxlaqını nöqsansız yaşamağa və Quran əxlaqının istədiyi kimi insanlara din əxlaqını təbliğ etməyə yönəldir. Allahın həmişə yanında olduğunu, hər an onu qoruyub dəstəklədiyini bilməyin verdiyi güclə hərəkət edir. Kim Hz.İbrahimin əxlaqını yaşayırsa, Allaha eyni sədaqət və təslimiyyətlə bağlanırsa, Hz.İbrahim kimi "təkbaşına bir ümmət" qüvvətində olmağa ümid edə bilər.
(harun yahya Hz.İbrahim və hz.lut)