Hz.İbrahim Allaha tam təslim olmuş bir quldur



"Rəbbi İbrahimə: "Təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi" ("Bəqərə" surəsi, 131).

"İslam" kəlməsi təslim olmanın da kökü olan "səlam" felindən törəmişdir. Bu səbəblə "müsəlman olmaq" eyni zamanda "təslim olmaq" mənasına gəlir. Hz.İbrahim qövmü ilə apardığı bütün mübarizəsində Allaha dərin bir bağlılıq və tam bir təslimiyyət göstərmişdir. Qövmü nə qədər inadkar olursa olsun, onu nə qədər bezdirməyə çalışırsa çalışsın, İbrahim peyğəmbər güclü imanından qaynaqlanan böyük bir şövqlə Allahın dinini yaymaqda davam etmişdi. Belə ki, lazım gəldikdə qövmündən ayrılıb hicrət etmiş, sahib olduğu hər şeyi qoyub getmişdi.



İnsanları qaranlıqdan işığa çıxarmaq üçün elçilik məqamı ilə şərəfləndirmiş müqəddəs elçilər Allahın bütün kainatı və bütün insanların həyatını bir qədərlə (tale ilə) yaratdığını, yaşadığımız və yaşamayacağımız hər hadisəni əzəldən Rəbbimizin təsbit etdiyini çox yaxşı bilirlər. Bu səbəblə də onlar Allaha təslimiyyətli, tamamilə Allaha yönələn, Onun əmrlərinə könüldən boyun əyən mübarək kimsələrdir. İman sahibləri də Allahın Quran ayələri ilə xəbər verdiyi alın yazısı gerçəyini çox yaxşı düşünməli, Allahın yaratdığı qədəri razı və təslimiyyətli olaraq yaşamalıdırlar.
(harun yahya Hz.İbrahim və hz.lut)