Hz.İbrahim Allahın əmri ilə hidayətə yönəldən bir öndərdir



"...İman gətirən və bir-birinə səbr tövsiyə edən,
mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! Onlar sağ tərəf sahibləridir!" ("Bələd" surəsi, 17-18).

Allahın "Hadi" (hidayət verən) sifəti bütün peyğəmbərlərdə olduğu kimi Hz.İbrahimdə də həyatı boyunca ən gözəl şəkildə təcəlli etmişdir. Hz.İbrahim Allahın onu şərəfləndirdiyi peyğəmbərlik məqamı ilə öz qövmü üçün hidayət öndəri olmuşdur. Onları Allaha bir və tək olaraq iman etməyə dəvət etmişdir. Eyni şəkildə Hz.İbrahimin soyundan gələn digər peyğəmbərlər də qövmlərini hidayətə yönəldən öndərlər olmuşlar:

"Biz ona İshaqı, üstəlik Jəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik. Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiya" surəsi, 72-73).

Allah Quranda möminlərin "təqva sahiblərinə öndər olma" yönündəki dualarını bu şəkildə xəbər verir:

"Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam et!" -deyərlər" ("Furqan" surəsi, 74).

Peyğəmbərimiz (s.ə.v.) də insanları ən şərəfli və gözəl olan yola - Allahın yoluna çağırmış, insanların dünyada və axirətdə nicat tapmasına vəsilə olmağa çalışmışdır. "Ənam" surəsində Peyğəmbərimizin (s.ə.v.) qövmünə etdiyi təbliğ bu şəkildə xəbər verilir:
"De: "Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi döndəriləcəyik? Halbuki dostları onu: "Bizə tərəf gəl!" - deyərək haqq yola çağırırdılar! De: "Allahın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir" ("Ənam" surəsi, 71).

Bir hədisi-şərifdə ən doğru yolun Allahın və Rəsulunun (s.ə.v.) yolu olduğu belə bildirilir:

"Bu, bir həqiqətdir ki, ən gözəl söz Allahın Kitabıdır. Ən gözəl yol da Məhəmmədin (s.ə.v.) yoludur".21
(harun yahya Hz.İbrahim və hz.lut)

21- Buhari, I'tisam 2, Ebed 70; Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s. 338