Hz.İbrahimin vəsiyyəti



"Əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır..." ("Bəqərə" surəsi, 112).

Rəbbimiz Hz.İbrahimi Quranda bizlərə Allahı yeganə sayan müvahhid kimi tanıdır:

"Jadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: "Mən sizin ibadət etdiklərinizdən tamamilə uzağam. Jalnız məni yoxdan yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!" İbrahim onu öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, qayıdalar!" ("Zuxruf" surəsi, 26-28).

Hz.İbrahimin bütün iman sahiblərinə qoyduğu bu miras tövhid inancıdır. Allahın mübarək elçisinin bu mirası onun sadəcə Allahın razılığını qazanmaq üçün yaşadığını, sadəcə Allahı dost və vəkil seçdiyini və sadəcə Allahdan qorxub çəkindiyini bizlərə göstərir. Hz.İbrahim həyatı boyunca Allaha heç bir şeyi ortaq qoşmadan yaşamağı qövmünə təbliğ etmişdir. Hz.İbrahimin vəsiyyəti "Bəqərə" surəsində belə xəbər verilir:

"Rəbbi İbrahimə: "Təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" -deyə cavab vermişdi. İbrahim və Jəqub bunu öz oğlanlarına vəsiyyət edib: "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!"" ("Bəqərə" surəsi, 131-132).

Hz.İbrahimin hidayət öndərliyi soyunda da davam etmiş, oğulları Hz.İsmayıl və Hz.İshaq, nəvəsi Hz.Jaqub və onun oğlu Hz.Jusif və onları davamçıları olaraq eyni soydan gələn digər mübarək elçilər də insanları din əxlaqını yaşamağa hikmətli öyüdlərlə dəvət etməyi davam etdirmişdilər. Quranda Hz.Jaqubun vəsiyyəti xəbər verilərkən Rəbbimiz belə buyurur:

"Joxsa Jəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq" - dedilər" ("Bəqərə" surəsi, 133).

Hz.İbrahimin ardınca gələn digər peyğəmbərlər də öz soylarına eyni vəsiyyəti etmişlər. Allaha könüldən təslim olmalarını və müsəlman kimi ölmələrini tövsiyə etmişlər. Hər kim Hz.İbrahimin vəsiyyəti ilə hərəkət edərsə və sadəcə Allaha qulluq edib bütün həyatını Onun rizası üçün sürdürərsə, Allahın rizasını və sonsuz xoşbəxtlik yurdu olan cənnəti uma bilir.

"Tağuta ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. Bəndələrimə müjdə ver!" ("Zumər" surəsi, 17).
(harun yahya Hz.İbrahim və hz.lut)