HZ.LUT

"Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər. Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi" ("Ənbiya" surəsi, 74-75).

Hz.Lutun həyatı

Allah Quranda bəzi peyğəmbərlərin eyni dövrdə yaşadığını bizlərə bildirir. Məsələn, Hz.Harun Fironla mübarizəsində və qövmünə etdiyi təbliğdə qardaşı Hz.Musaya dayaq olmuşdu. Hz.Jaqubla oğlu Hz.Jusif də Allahın eyni dövrdə peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi mübarək insanlardır.

Quranda Hz.İbrahim və Hz.Lutun da eyni dövrdə və eyni coğrafiyada yaşadıqları xəbər verilir. Hz.Lut və Hz.İbrahim fərqli qövmlərin içində yaşasalar da də bir-birinə dayaq olmuşlar. Rəbbimiz Quranda bu şəkildə bildirir:

"İbrahim onlara dedi: "Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!" Bundan sonra Lut iman gətirdi. İbrahim dedi: "Mən Rəbbimin əmr etdiyi yerə hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət, hikmət sahibi Odur!"" ("Ənkəbut" surəsi, 25-26).

Allaha hicrət etmək Ona könüldən təslim olmaq, tək dost və vəkil olaraq Onu bilmək və Allahın himayəsinə sığınmaq mənalarına gəlir. Hz.Lut da azğın qövmünün inkarçı həyat tərzindən uzaqlaşaraq Rəbbimizə hicrət etmiş, bütün peyğəmbərlər kimi səmimiyyəti və Allaha təvəkkülü ilə insanlığa nümunə olmuş xoşbəxt bir insandır. Hz.Lut və Hz.İbrahim fərqli qövmlərə göndərilmiş, fərqli insanlara təbliğ etmişdilər. Quranda Hz.Lutun təbliğ etdiyi qövmün Allahın qadağan etdiyi bir pozğunluq olan homoseksualizmi (eyni cinsdən olanların bir-biri ilə evlənməsi) yaşayan bir cəmiyyət olduğu bildirilir.
(harun yahya Hz.İbrahim və hz.lut)