Lut qövmünün pozğunluğu



"Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar iman gətirənlərə istehza edirlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər" ("Bəqərə" surəsi, 212).

Allah Quranda "Batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut..." ("Rum" surəsi, 30) şəklində buyurur və insanları müəyyən bir fitrət üzrə yaratdığını xəbər verir. Şeytan isə insanlara "Allahın yaratdıqlarına dəyişdirmələrini" əmr edir ("Nisa" surəsi, 119). İnsanı fitrətindən uzaqlaşdırıb hər cür azğınlıqlara salmağa çalışır. Şeytanın insanları sürüklədiyi azğınlıqların ən bariz nümunələrindən biri isə homoseksualizmdir. Necə ki, Allah Quranda şeytanın yönləndirməsi ilə hərəkət edib əxlaqsız bir həyat yaşayan bu insanların vəziyyətini "...Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır" ("Əraf" surəsi, 146) şəklində xəbər vermişdir. Bu adamlar Rəbbimizin "Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə sapdırmaq istəyirlər" ("Nisa" surəsi, 27) ayəsi ilə də buyurduğu kimi, bütün insanların doğru yoldan azmasını istəyirlər. Quranda bu insanların alacağı əvəz bu şəkildə bildirilir:

"Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsl gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar" ("Məryəm" surəsi, 59).

Bu əxlaq azğınlığı tarixdə fərqli insan cəmiyyətləri arasında da müşahidə olunur. Bu cəmiyyətlərdən biri də bütpərəst Lut qövmüdür. Hz.Lut Rəbbimizə könüldən iman edən gözəl əxlaqlı, təvəkkül sahibi mübarək bir peyğəmbərdir. Qövmünü də Allahdan qorxub çəkinməyə, Allahın qadağan etdiyi bu pozğunluqdan vaz keçməyə və Allahın razı olacağı kimi bir həyat yaşamağa dəvət etmişdi. Ancaq qövmü Allahın xoşbəxt elçisinin dəvətlərinə düşmənçiliklə cavab vermişdir. Hz.Lutun qövmü göstərdiyi çirkin cəsarət və bu əxlaqsızlığı səbəbi ilə Rəbbimizin əzabına düçar olmuşdur. Quranda Lut qövmünün qarşılaşdığı aqibət belə xəbər verilir:

"Lutu da peyğəmbər göndərdik. Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!" Lut tayfasının cavabı: "Onları məmləkətinizdən çıxarın, çünki onlar təmiz adamlardır!" -deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Jalnız övrəti həlak oldu. Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!" ("Əraf" surəsi, 80-84).

Açıq-aşkar xəbərdar olunsalar da azğınlıqlarına davam edən bu insanlar Hz.Lutu və yanındakı möminləri olduqları şəhərdən sürgün etməklə hədələmişdilər. Və "onlar təmiz adamlardır" ("Əraf" surəsi, 82) deyərək öz aləmlərində möminlərə lağ etdiklərini sanırmışlar. Qövmünün bu azğınlığına qarşı Hz.Lut Allahın razılığı üçün təbliğinə davam etmişdi.

Hz.Lut Allaha olan güclü imanının və dərin Allah qorxusunun bir təcəllisi olaraq səbrli, qətiyyətli və cəsur bir quldur. Apardığı təbliğatda qövmünün ona istehza və hücumla cavab verməsi onun şövqünü və əzmini daha da artırmışdı. Allahın insanlara elçi və qorxuducu olaraq göndərdiyi bütün peyğəmbərlər kimi insanlara yaxşılığı əmr edib onları pislikdən çəkindirməyə davam etmiş, Rəbbimizin ona bəxş etdiyi bu şərəfli borcu dəqiqliklə yerinə yetirmişdir. Allah Quranda bu şəkildə buyurur:

"Ja Peyğəmbər! Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik! Möminlərə Allah tərəfindən böyük bir mükafat bəxş ediləcəyi ilə müjdə ver! Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə əhəmiyyət vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər" ("Əhzab" surəsi, 45-48).

"Sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv olsun!" ("Muminun" surəsi, 44).

Möminlərin də Lut peyğəmbərin bu üstün əxlaqını özlərinə nümunə götürməsi, elədikləri təbliğə həmişə daxili səbrlə davraanması və din əxlaqını insanlara müxtəlif yollarla, ən gözəl şəkildə və qətiyyətlə izah etməsi lazımdır.
(harun yahya Hz.İbrahim və hz.lut)