Həlakın gerçəkləşməsi

Hz.Lutun qövmünün həlak edəcəyinin xəbəri elçilər tərəfindən ilk öncə Hz.İbrahimə bildirilir:
"Dedi: "Ey elçilər! Sizin işiniz nədir?" Onlar dedilər: "Biz günahkar bir qövmə göndərilmişik. Onların başına gildən daşlar yağdırmaq üçün gəlmişik. Həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur! Nəhayət, orada olan möminləri çıxartdıq. Lakin orada bir evdən başqa müsəlman tapmadıq" ("Zariyat" surəsi, 31-36).



Alman tədqiqatçısı Werner Keller arxeoloji və geoloji tədqiqatlara əsaslanaraq hazırladığı açıqlamada Lut qövmünün yaşadığı Sodom və Qomorra şəhərlərinin yerlərinin Siidm Vadisi olduğu bildirilir. Keller kitabında buranın Lut gölünün ən aşağı uc yerində yerləşən bölgə olduğunu və vaxtında burada geniş yaşayış yerləri olduğundan bəhs edir. Bölgədə meydana gələn fəlakət nəticəsində gölə axıb tökülən şəhərin qalıqlarının bir hissəsi gölün sahilində tapılmışdır. Bu tapıntılar Lut qövmünün həyat səviyyəsinin yüksək olduğunu göstərir.


Elçilər Hz.İbrahimdən sonra Hz.Luta getmiş və ona da bu həlak barədə xəbər vermişdilər. Müsəlman cəmiyyət isə bu həlakdan qorunacaqdı. Allah Lut qövmünü necə bir əzabla həlak etdiyini belə bildirir:

"And olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik "İndi əzabımı və təhdidlərimi dadın!" - dedik" ("Qəmər" surəsi, 37).

"Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuşdu. O zalimlərdən də uzaq deyildir!" ("Hud" surəsi, 82-83).

Ayənin başındakı "altını üstünə çevirmək" felinin şiddətli bir zəlzələ ilə bölgənin yerlə-yeksan olduğunu ifadə etməsi mümkündür. Ayənin davamında xəbər verilən "üzərinə odda bişmiş bərk daşlar yağdırdıq" ifadəsi ilə vulkanik bir partlayışa və bunun sonunda püskürən "odda bişmiş" qaya və daşlara işarə edilə bilər. "Şuəra" surəsinini 173-cü ayəsində eyni hadisə "...Üstünə bir yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman yağışdır!" şəklində bildirilir. Jəni qövm bir tərəfdən qorxulu bir zəlzələ, digər tərəfdən də üzərlərinə yağan vulkanik lavalar və qaynar daşlarla yox edilə bilir (Doğrusunu Allah bilir).



Allahın ayədə bildirdiyi "altını üstünə çevirmək" felinin şiddətli bir zəlzələ ilə bölgənin yerlə-yeksan olduğunu bildirməsi mümkündür. Lut gölü də, başqa adı ilə Ölü dəniz aktiv seymik bölgənin, yəni bir zəlzələ qurşağının tamamilə üstündə yerləşir.
Allah ayənin davamında "üstünə palçıqdan bişirilmiş" daşlağ yağdırdığını bildirir. Alman arxeoloq Werner Keller bu vəziyyəti belə izah edir:

"Bu zəlzələ əsnasında yer qabığının çatlayıb çöküşü, qabığın altında yatan vulkanların çölə çıxmasına yol açmışdır. Şərianın yuxarı vadisində bu gün də sönmüş süxurlara rast gəlmək mümkündür.

Buralarda pas təbəqələrinin üzəridə geni lava kütlələri və bazalt təbəqələri yer almışdır".22

Tarixçilər Lut qövmünün başına gələn bu böyük fəlakətin yerinin "Lut gölü" və ya "Ölü dəniz" kimi məlum olan gölün sahilləri olduğunu düşünürlər. Müasir dövrdə İsrailin işğalı altındakı Qərbi Şeriya ilə İordaniya arasında qalan Lut gölünün yanında yer alan tarixi Sodom və Qomorra şəhərləri Hz.Lutun təbliğ etdiyi pozğun camaatın yaşadığı yerlər kimi qəbul edilir. Bölgədə aparılan arxeoloji araşdırmalar Lut gölünün sahillərində yerləşən bu şəhərlərin böyük bir zəlzələ nəticəsində aşağı çökdüyünü göstərir. Tədqiqatçılara görə, Lut gölünün bir hissəsini yerin dərinliklərinə girən Lut qövmünün qalıqları təşkil edir (Ətraflı məlumat üçün bax: Harun Jəhya, "Qövmlərin həlakı").



"Siz qadınları qoruyub şəhvətlə erkəklərin yanınamı gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!" Lut tayfasının cavabı yalnız: "Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar təmiz qalmaq istəyən insanlardır!" -deməkləri olmuşdu" ("Nəml" surəsi, 55-56).
(harun yahya Hz.İbrahim və hz.lut)