Hz.Lutun və Hz.İbrahimin hicrəti

Ayələrdə Hz.İbrahim və Hz.Lutun Allahın əmri ilə hicrət edib gözəl bir yurdda yerləşdikləri bildirilir. Rəbbimiz Quranda bu iki mübarək insana və soylarına qismət etdiyi xeyirli aqibəti bu şəkildə xəbər verir:


Pompeydə mövcud olan bu abidələrdə un üyüdmək üçün istifadə edilən dörd ədəd dəyirman görünür.

"Biz onu da, Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə qovuşdurduq. Biz ona İshaqı, üstəlik Jəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik. Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər. Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər. Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi" ("Ənbiya" surəsi, 71-75).

Həm Hz.Lut, həm də Hz.İbrahim hicrət ediblər, yəni yaşadıqları evlərini və yurdlarını Allahın əmri ilə tərk ediblər.

Hicrət ancaq saleh möminlər tərəfindən həyata keçirilə bilən bir ibadətdir. Dindən uzaq yaşayan insanlar hər şeylərini, bütün varlıqlarını bir anda buraxıb naməlum bir yerə köçməyə cürət edə bilməzlər. Evləri, əşyaları, mal və mülkləri onlar üçün çox önəmlidir. Halbuki bir mömin hara gedirsə getsin, Allahın ona qismət etdiyinin ən xeyirlisi olacağını bildiyi üçün heç tərəddüd etmədən var-yoxunu buraxıb Allahın rizası üçün hicrət edə bilər. Hz.İbrahim və Hz.Lut bu təslimiyyəti və təvəkkülü ən gözəl şəkildə göstərmişlər. Allahın rizasını qazanmaq üçün dünyadan üz döndərmiş, əvəzində isə Rəbbimiz onları həm dünya həyatında bərəkətli bir yerdə məskunlaşdırmış, həm də axirətdə sonsuz cənnət nemətlərini bəxş etmişdir.

Allaha güvənən və həyatlarıın hər anında mütləq bir xeyirlə qarşılaşacaqlarını bilən möminlər də hər zaman peyğəmbərlər kimi Allaha təslimiyyətli davranmalıdır. Çünki gələcək qorxusu və dünyaya aid istəklər ancaq din əxlaqından uzaq yaşayan insanlara xas xüsusiyyətlərdir. Rəbbimiz maddi mənfəətlərinin ardınca düşməmələrinin bir mükafatı olaraq möminləri həm dünyada, həm də axirətdə misli görünməmiş nemətlərlə müjdələyir.

Bununla yanaşı Quranda Allahdan böyük bir nemət olaraq peyğəmbərlərin sahib olduqları böyük mülkdən bəhs edilir. Hz.Davuda dünya həyatında bir mülk verilmiş, Hz.Süleyman kimsənin gücünün çatmadığı bir qüvvətə və zənginliyə sahib olmuşdu. Allah Quranda Hz.İbrahimə və soyuna da böyük bir mülk verdiyini bildirir:

"Joxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik" ("Nisa" surəsi, 54).

Mal-mülk və iqtidar inkarçılar və ya qəflətdəki insanlar üçün dərhal hər zaman təkəbbürə və ərköyünlüyə səbəb olur. Halbuki peyğəmbərlər və onların yolunu davam etdirən möminlər Allahın onlara verdiyi mal-mülkdən Onun rizasına uyğun olaraq din əxlaqının yayılması üçün xeyir işlərdə istifadə edirlər. Ayrıca möminlərin önəmli bir cəhəti də mülkün tamamən Allaha aid olduğunu bilməsidir. Saleh müsəlmanlar onlara dünya həyatına dair nemətlər veriləndə Rəbbimizə şükr edər. Ancaq bu nemətlər əskiləndə də yenə Allaha qəlbən həmd edər və gözəl bir şəkildə səbr göstərərlər. Çünki onlar dünya həyatında bir sınaqdan keçirildiklərini və Allahın insanları tayı-bərabəri olmayan cənnət neməti ilə mükafatlandıracağını bilirlər:

"İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır. Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə mücdələr. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!" ("Tövbə" surəsi, 20-22).
(harun yahya Hz.İbrahim və hz.lut)