Hz.İbrahim və hz.lut NƏticƏ



"Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik" ("Nəhl" surəsi, 97).

Bu kitabda Hz.İbrahim və Hz.Lut peyğəmbərlərin Allaha olan güclü imanlarını, hər işlərində Rəbbimizə üz tutub Ona doğru dönmələrini, üstün əxlaqlarını, bütpərəst və azğın qövmləri ilə apardıqları çətin mübarizəni Quran ayələri ilə təsdiqləyərək izah etdik. Hz.İbrahim bütpərəst qövmünə qarşı qətiyyətlə təbliğat aparmış, Allaha olan təslimiyyəti sayəsində qarşısına çıxan hər maneəyə səbr etmiş, imanında ardıcıl və qətiyyətli olmuşdur. Hz.Lut isə azğın qövmünə qarşı səbrlə mübarizə aparmış, onları Allaha iman gətirməyə və əxlaqsızlıqlardan uzaq durmağa dəvət etmişdi. Allahın aləmlərə üstün seçdiyi bu mübarək insanlar həyatları boyunca göstərdikləri iman dərinliyi və yüksək əxlaqla Allahın rizasını qazanmış, sonsuz nemətlərlə bəzənmiş cənnət yurduna çatmışlar.

Səmimi iman sahiblərinin həyatındakı ən böyük məqsədləri də bir hidayət rəhbəri olan peyğəmbərlərimizin bu şərəfli yolunu davam etdirmək və beləcə Allahın razı olduğu müvahhid qullardan olmaqdır. Allah Ona itaət edənlərin alacağı mükafatı "Nisa" surəsində bu şəkildə müjdələyir:

"Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!" ("Nisa" surəsi, 69).

Peyğəmbərlər kimi Allahın dostu ola bilmək və axirətdə də peyğəmbərlərlə birlikdə ola bilmək üçün insanın bütün həyatını Allahın rizasına uyğun olaraq yaşaması, daim Allaha etibar etməsi, Allahı və Onun dinini hər şeydən üstün tutması lazımdır. Hər kim bu əxlaqı göstərərsə, hər kim Hz.İbrahim kimi "aləmlərin Rəbbinə təslim oldum" deyir və bu şəkildə yaşayarsa, o, ən böyük xoşbəxtliyə və nicata çatmağı Allahdan uma bilər.

Dünya üzərində Allahın varlığından yana qəflət içində olan insanların olması heç bir insanı yanıltmamalıdır. Unutmaq olmaz ki, Hz.İbrahim bütpərəst bir qövmü təkbaşına iman gətirməyə dəvət etmiş, Rəbbimiz də onun bu üstün əxlaqını "...İbrahim özü bir ümmət idi..." ("Nəhl" surəsi, 120) ayəsi ilə öymüşdür. Hz.Lut yanındakı çox az sayda möminlə birlikdə çox üstün bir təslimiyyət və təvəkkül nümunəsi göstərərək azğın qövmünü iman gətirməyə dəvət etmişdi ("Zariyat" surəsi, 36). Ancaq o ev əhli qövmün hamısından daha qüvvətlidir, çünki Allahın yardımı və dəstəyi onların yanındadır.

Əhəmiyyətli olan məsələ dünyanın bu böyük sirrini, hər şeyin Allahın qüdrətində olduğunu, hər şeyin Ona boyun əydiyini başa düşmək və buna görə yaşamaqdır. Hz.İbrahim və Hz.Lut bu sirri qavramış və Allahın dostu olmuşlar. Bütün iman sahiblərinin də Allahın mübarək elçiləri kimi dərin bir imanı və mənəviyyatı əldə etməyi qarşılarına məqsəd qoyması, Allahın Özünə dost qəbul etdiyi xoşbəxt insanlardan olmaq üçün ciddi bir səy göstərməsi lazımdır.
(harun yahya HZ.ИBRAHИM Vя HZ.LUT)