Hz.Süleyman, Hz.Zülqərneyn dönəmləri və "Qızıl əsr"



Kitabın əvvəlki fəsillərində Hz.Süleymanın bütün insanlara nümunə olan əxlaqı və həyatı haqqında ətraflı danışdıq. Allaha olan səmimiyyətindən, hər işində Ona üz tutmasından, cəsarətindən, ədalətli qərar və hökmlərindən, bağışlayan, nəzakətli, qonaqpərvər, sülhpərvər olmasından və əsl xarakterindən bəhs etdik. Bunlarla yanaşı dövləti idarə etməsindən, kəşfiyyat və diplomatiya sahəsindəki uğurlarından, abadlıq işlərindən və sənətkarlıq fəaliyyətindən müxtəlif nümunələr göstərdik. Eyni şəkildə Hz.Zülqərneynlə Hz.Süleyman arasındakı oxşarlıqlardan danışaraq Hz.Zülqərneynin də Quranda vəsf edilən salih qullardan olduğunu anlatdıq.

Kitabda verilən bütün məlumatlar Hz.Süleymanın insanların hətta ağıllarına belə gətirmədiyi və bilmədiyi sənət və elm sahəsindəki işlərini ortaya qoyur. O, yaşadığı müddətdə bir çox sahələrdə fövqəladə tərəqqinin yaşanmasına səbəbkar olmuş güclü bir hökmdar, Allahın dəyərli bir elçisidir. Hz.Zülqərneyn də yenə öz dövründə dünyada hakimiyyət qurmuş, çox yüksək elmi ilə cəmiyyəti idarə etmiş bir rəhbər olmuşdur.

Hz.Süleyman və Hz.Zülqərneyn qissələrini öyrəndiyimiz zaman diqqətimizi çəkən digər bir mövzu da axır zamana aid verilən işarələrdir. Peyğəmbərimizin (s.ə.v.) hədislərindən də göründüyü kimi, "Qızıl əsr" də eynilə Hz.Süleyman və Hz.Zülqərneyn dövrlərində olduğu kimi elm, sənət, texnologiya kimi sahələrdə fövqəladə tərəqqinin yaşanacağı bir dövr olacaq. Hz.Süleyman və Hz.Zülqərneyn dövrləri keçmişdə yaşanıb, "Qızıl əsr" dövrü isə gələcəkdə yaşanacaq. Ancaq üçü də Allahın bizə bildirdiyi gerçək xəbərlərdir.

Mehdilik Hz.Süleymanın və Hz.Zülqərneynin yüksək əxlaqının axır zamanda yenidən, daha fərqli və geniş bir şəkildə həyata keçməsidir. Hz.Süleymanın və Hz.Zülqərneynin şəxs-i mənəviləri, məntiqləri, ruhları, ictimai baxışları axır zamanda özünü göstərəcək.

Hz.Süleyman, Hz.Zülqərneyn və Mehdi dövrləri İslamın gözəl əxlaqının dünyada geniş şəkildə yayılması və tətbiqidir. Hər üçü də Allahın bəyəndiyi dövrlərdir. Quranda və Peyğəmbərimizin (s.ə.v.) hədislərində bildirilən Buhtunasr, Nəmrud və Firon dövrləri isə şeytanın və imansızlığın hakim olduğu dövrlərdir. Bu dövrlərdən sonra Allah İslam əxlaqını necə hakim etdisə, axır zamanda, yəni dünyanın son mərhələsində də Rəbbimiz İslam əxlaqının hakim olduğu bir dövrü qullarına göstərəcək. Bax, bu, "Qızıl əsr"dir.

Bu çağ Hz.Süleyman və Hz.Zülqərneyn dövrlərinin özünü daha geniş şəkildə büruzə verməsidir. Başqa sözlə desək, Mehdilik xoşbəxtlik, sevgi, dostluq, vəfa, sülh, fədakarlıq, insanpərvərlik, qayğıkeşlik kimi xüsusiyyətlərin dünyaya hakim olmasıdır.

Hz.Süleyman və Hz.Zülqərneynlə "Qızıl əsr" dövrü arasındakı oxşarlıqlardan bəziləri belədir.
(harun yahya Həzrəti Süleyman)