Mehdinin sahib olduğu xüsusi elm və Hz.Süleymana və Hz.Zülqərneynə bağışlanan böyük elmlər

Kitabın əvvəlində Allahın Hz.Süleymana müxtəlif elmlər lütf etməsindən bəhs etdik. O, Allahın istəyi ilə cinlərə və şeytanlara hökm etmiş, quşlarla danışmış, qarışqaların öz aralarındakı danışıqlarını duya bilmiş, külək və mis mədəni onun hökmünə verilmişdi. Bunların hər biri Hz.Süleymanı digər insanlardan ayıran möcüzəvi xüsusiyyətlərdir. Hz.Zülqərneyn üçün Quranda "Belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik" ("Kəhf" surəsi, 91) şəklində bildirilir. Buradan da göründüyü kimi, o, Allahın elm verdiyi qullarındandır.

Mehdi də eynilə bu iki mübarək insan kimi xüsusi elmlərə sahib olacaqdır. Taşköprülüzadə Əhməd Əfəndi "Mövzuatul ulum" adlı əsərində (11/246) Mehdinin cifr elminə vaqif olacağını qeyd etmişdir. Digər bir hədisdə isə Mehdi haqqında bu məlumat verilir:

"O, heç kimin bilmədiyi gizli bir vəziyyətə bələdçi olduğu üçün ona Mehdi deyilmişdir" (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.77).

Peyğəmbərimiz (s.ə.v.) Mehdinin eynilə Hz.Süleyman kimi heyvanların dilini biləcəyini və yenə eynilə onun kimi cinlər üzərində hakimiyyətə malik olacağını bildirmişdir:

"O, (Mehdi) doğrulanmış, quş və bütün heyvanların dillərini bilən birisidir. Onun üçün ədaləti bütün insanlar və cinlər tərəfindən cari olacaqdır" (Qiyamət əlamətləri, səh.188).
(harun yahya Həzrəti Süleyman)