Heyvanlara sevgiyə önəm verilməsi

Quranda Hz.Süleymanın heyvanlarla qayğı, şəfqət və sevgi dolu davranışına dair bəzi məlumatlar verilir. Əvvəlki fəsillərdə onun qarışqalara zərər verməkdən belə çəkindiyindən, atlara olan sevgisindən danışmışdıq.

"Qızıl əsr" mərhələsində də heyvanlara olan sevgi təşviq ediləcək. Peyğəmbərimizin (s.ə.v.) hədislərində bu dövrdə hər növ heyvanı izləmək və sevə bilmək üçün şərait yaradılacağından xəbər verilir. Bu mövzudakı hədislərdən bəzisi belədir:

"...İnsan qoyun və heyvanlarına "haydı, gedin otlayın" deyəcək, onlar gedəcəklər, əkinin ortasından keçdikləri vaxt bir sünbülü belə ağızlarına almayacaq, ilan və əqrəblər kimsəyə zərər verməyəcək, vəhşi heyvanlar qapıların önündə duracaq və heç kimə zərərləri dəyməyəcək..." (Qiyamət əlamətləri, səh.245).



"And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi: "Onlar mütləq qalib gələcəklər. Bizim əskərlərimiz labüd olaraq zəfər çalacaqlar!"" ("Saffat" surəsi, 171-173).

"İlanlar uşaqlarla, inəklər aslanlarla keçinə biləcək..." (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.64).



Yuxarıdakı hədislərdən də göründüyü kimi, "Qızıl əsr"lə Hz.Süleyman dövrü arasındakı digər bir diqqətçəkici bənzərlik də heyvanlar üzərindəki hakimiyyətdir. Hz.Süleyman quşlar başda olmaqla müxtəlif canlılar üzərində necə hakimiyyət qurmuşdusa, "Qızıl əsr" dövründə də heyvanların üzərində yırtıcı heyvanların insanlara zərər verməsinin əngəllənəcəyi şəkildə bir hakimiyyət olacaq.
(harun yahya Həzrəti Süleyman)