Həzrəti Süleyman Nəticə

Bura qədər Allahın Hz.Süleymana bəxş etdiyi bənzərsiz nemətlərdən və əvvəllər heç bir insana verilməmiş yüksək elmlərdən bəhs etdik. Bunları diqqətlə və nümunə götürmək məqsədi ilə oxuyan hər insan üçün Hz.Süleyman qissəsində çox dəyərli öyüdlər və bu günümüzə işarə edən maraqlı məlumatlar var.

Hz.Süleyman bir dövlət adamı olaraq ideal bir davranış göstərməkdədir. Hər müsəlmanın bu mübarək insanın gözəl davranışından nümunə götürməsi lazımdır. Hər müsəlman Hz.Süleyman kimi ədalətli, təvazökar, ixlaslı, ağıllı, tədbirli, səbrli və qərarlı olmalıdır. Çünki Allahın bütün bəşəriyyətə nümunə göstərdiyi bu əxlaq axirətdə olduğu kimi bu dünyada da iman gətirənləri böyük uğurlara və zəfərlərə aparan bir yoldur.

Əvvəldə də qeyd etdiyimiz kimi, Quranda Hz.Süleyman kimi dünyada böyük bir güc və hakimiyyət əldə edən Hz.Zülqərneyndən də bəhs edilir. Hz.Zülqərneynin də həyatında müsəlmanlar üçün çox gözəl nümunələr var. Allah ona "Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirmiş və hər şey vermişdir" ("Kəhf" surəsi, 84). O, getdiyi hər yerdə insanlara rahatlıq, təhlükəsizlik və ədalət bəxş etmiş, Allahın dinini hakim dinə çevirmişdi. Müsəlmanların bu güclü və qərarlı xarakterə sahib olan mübarək insanı da özlərinə nümunə götürməsi lazımdır. (Ətraflı məlumat üçün bax: ""Kəhf" surəsindən günümüzə işarələr", Harun Yəhya, Kültür Yayınçılıq, 2001).

Əgər müsəlmanlar Allahın bir hidayət rəhbəri olaraq göndərdiyi bu mübarək insanların əxlaqını və bütün həyatını özlərinə örnək alsa və sadəcə Allahın rizasını hədəfləsə, onlar da mütləq böyük bir uğur və zəfər əldə edəcəklər.

İslam əxlaqının dünya hakimiyyətinə aid işarələri bu gün bir-birinin ardınca gerçəkləşməkdədir. Bütün dünyada

Allaha dönüş böyük bir sürətlə artmaqdadır. Xüsusilə də İslamla bağlı xəbərlər dünyanın ən çox oxunan qəzetlərində yer almaqda, fərqli dinlərə mənsub minlərlə insan İslamı qəbul edib Peyğəmbərimizin (s.ə.v.) yoluna tabe olmaqdadır. İnsanları sülhə, rahatlığa, xoşməramlı olmağa dəvət edən İslam əxlaqı daha yaxından öyrənildikcə heç şübhəsiz ki, bu yönəliş getdikcə artacaqdır.

Bütün bu inkişafdan Allahın izni ilə İslam əxlaqının dünyadakı hakimiyyətinin çox güclü bir lider millətin birinciliyi şərtilə çox qısa müddətdə gerçəkləşə biləcəyi anlaşılır. Dünyada bu təcrübəyə və gücə sahib olan yeganə millət böyük türk millətidir. Bu, hazırda bir çox Qərb siyasətçisi və strateqi tərəfindən də qəbul edilən bir həqiqətdir. Bu gün münaqişələrin və xaosun mərkəzi olan Balkanlar, Orta Asiya, Qafqaz, Orta Şərqlə yanaşı bütün dünya ölkələri İslam əxlaqının türk millətinin liderliyi ilə gətirdiyi rahatlıq və sülh sayəsində hazırda içində olduqları xaos şəraitindən çıxacaq.

XXI əsr Allahın izni ilə türk millətinin dünyaya İslam əxlaqı ilə yol göstərdiyi və cənnət kimi bir dünyanın yaranmasında liderlik etdiyi mübarək bir dövr olacaq.
(harun yahya Həzrəti Süleyman)