İman gətirən cinlər və inkarçı cinlər

Ayələrdə cinlərdən bir qisminin Allaha iman edib hidayət yoluna gəlməsindən bəhs edilərkən bir qisminin də üsyankar və inkarçı olduğu bildirilir. Müsəlman cinlər Quran oxunarkən onu dinləyirlər:

"De: "Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: "Biz çox qəribə bir Quran eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. Həqiqətən, Rəbbimizin cəlalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!" ("Cin" surəsi, 1-3).

Cinlərin bir hissəsi Allahı təsdiq edib ucaldan, Ona heç kimi ortaq qoşmayan müsəlmanlardır. Onlar Qurana qarşı böyük bir heyranlıq duymaqda, Allahın əmr və tövsiyələrinə əməl etməkdədir. Onlar öz aralarında iman etməyən cinlərin olduğunu bilir və bu durumu belə ifadə edirlər:

"Doğrusu, bizim səfehimiz Allah barəsində tamamilə yalan söyləyirmiş. Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz" ("Cin" surəsi, 4-5).

"Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdən başqa (heç bir şey gəlməz). Allaha və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!" ("Cin" surəsi, 23).



"Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!" ("Ənam" surəsi, 112).

Cinlər öz aralarında bir çox müxtəlif qruplardan yaranmışlar. Bəziləri səmimi müsəlman, bəziləri kafir, bəziləri Allaha qarşı yalan söyləyənlərdir. İman edən cinlər "Cin" surəsinin davamında cinlərin ümumi vəziyyəti haqqında bu məlumatları verirlər:

"Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə ayrılmışıq. Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan canımızı qurtara bilmərik. Doğrusu, biz hidayət yolunu göstərəni dinlədiyimiz zaman ona iman gətirdik..." ("Cin" surəsi, 11-13).

Cinlər də eynilə insanlar kimi Allahın Kitabı ilə cavabdeh sayılan varlıqlardır. Onlar da bütün etdiklərinə görə Allaha hesab verəcək və etdiklərinin əvəzini heç bir haqsızlığa düçar olmadan görəcəklər. İman edən cinlər Allahdan gözəl bir qarşılıqla müjdələnmişlər:

"...Kim Rəbbinə iman gətirsə, nə əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar. Şübhəsiz ki, aramızda müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır" ("Cin" surəsi, 13-14).

Allahın varlığını inkar edib Ona qarşı üsyana qalxanların və zülm edənlərin aqibəti bu şəkildədir:

"(Haqq yoldan) çıxanlar isə cəhənnəm üçün odun olacaqlar" ("Cin" surəsi, 15).

"...Mən cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!" ("Hud" surəsi, 119).



Taxta lövhə: Həsən Əfəndi, hicri 1325 (m.1907) istifli sülüs xətlə "Allah hər şeyi bilir və eşidir" yazılıb.
(harun yahya Həzrəti Süleyman)