Cinlərlə insanların görüşməsi

Ayələrdən Allahın diləməsi ilə cinlərlə insanların görüşə biləcəkləri, hətta cinlərin insanların əmrinə itaət edəcəkləri anlaşılır. Allah Hz.Süleymanın əmrinə cinləri vermiş, Hz.Süleyman onlardan müxtəlif işlərində istifadə etmişdi. Burada vurğulanması gərəkli olan mühüm bir mövzu da insanların cinlərlə nə şəkildə görüşə biləcəyidir. Nə qədər tam aydın olmasa da bu gün "cin çağırma" insanlar arasında geniş yayılmış bir üsuldur. İnsanların çoxu həyatında bir və ya bir neçə dəfə cin çağırıb. Bu, xüsusilə də gənclər arasında çox tətbiq edilən bir üsuldur. Bəziləri buna "qəlb çağırma", bəziləri "ruh çağırma" kimi adlar versə də əslində belə mühitdə gələnlərin hamısı cinlərdir (Bəzi hallarda da cin olmamasına baxmayaraq insanlar özlərini buna inandırırlar).

Ancaq bu cinlərin çoxu iman gətirməmiş dinsiz cinlərdir. Dinsiz cinlərin bunu etməkdə məqsədi isə çox güman ki, insanları aldatmaq və onların vaxtının boş keçməsinə səbəb olmaqdır. İnsanlar da bu cinlərə aldanaraq özlərinin bir qazanc mənbəyi qura biləcəyini, qeybə dair xəbərlər ala biləcəyini zənn edirlər. Ancaq cinlərin - Allah diləmədikcə - insanlara qeybdən xəbər verməsi mümkün deyil. Həmçinin "...O yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıçı əzab içində qalmazdılar" ("Səba" surəsi, 14) ayəsində xəbər verildiyi kimi, Hz.Süleymanın ölümündən sonradan xəbərdar olmaları bunun bir dəlilidir. Bir də unutmaq olmaz ki, "Nəml" surəsinin 65-ci ayəsində bildirildiyi kimi: "Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!" ("Nəml" surəsi, 65).
(harun yahya Həzrəti Süleyman)