Cinləri Allaha şərik qoşanlar

Bəzi insanlar cinlərin özlərinə aid bir güclərinin olmasına inanır. Halbuki bu, çox böyük bir yanlışlıqdır. Çünki cinləri Yaradan Allahdır və onların özlərinə aid heç bir gücü yoxdur. Allah istəməsə, onların hər hansı bir insana zərər və ya fayda verməsi mümkün deyil. Ancaq buna baxmayaraq insanların bir qismi cinlərdən imdad umub onları vəli qəbul edər:

"Cinləri (Allah) yaratdığı halda, onları Allaha şərik qoşdular, bilmədən Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır və yüksəkdə durur" ("Ənam" surəsi, 100).


Ömər Vəsfi Əfəndinin cəli sülüs lövhəsi, "Sad" surəsinin 50-ci ayəsi. "Ədn cənnətləri: qapılar onlara açılmışdır" yazılıb.


Bir Quran ayəsində Allah insanların cinlərlə münasibət qurmaq məqsədi ilə yollarından sapmasından belə xəbər verir:

"Həqiqətən, bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü artırırdılar" ("Cin" surəsi, 6).

Mələklər də bir ayədə bəzi insanların cinlərə ibadət etdiyini bildirir:

"(Mələklər "Sən pak və müqəddəssən. Bizim ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti onlara iman gətirmişdi", - deyə cavab verəcəklər" ("Səba" surəsi, 41).

İnsanların cinləri Allaha şərik qoşmasının və onlardan yardım istəməsinin ən başlıca səbəblərindən biri onların qeybi bildiklərini düşünməsidir. Ancaq bu, çox böyük bir yanlışlıqdır. Çünki Allah ayədə cinlərin qeybə dair heç bir məlumata sahib olmadığını bildirir ("Səba" surəsi, 14).

Ayələrdə cinlərin insanlar üçün bir yolgöstərən olmadığı, hətta insanları doğru yoldan azdırmaq üçün onlara bəzəkli sözlər pıçıldadıqları bildirilir. Ancaq unutmaq olmaz ki, cinlərin Allah istəməsə, insanlar üzərində təsiri mümkün deyil. Onları Allah Yaratmışdır və onlar da kainatdakı bütün canlılar kimi Allahın əmri ilə hərəkət etməkdədir:

"Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!" ("Ənam" surəsi, 112).


Yəsarizadə (Mustafa İzzət) (1770-1849). h.1258. Cəli Təliq xətlə mavi üzərinə zərəndut lövhə. Kənarı qızıl rokoko bəzəkli "Barək Allah-ü Təala" ("Allah bərəkət etsin") yazılıb.


Allah həm insanları yolundan azdıran cinləri, həm də cinləri Allaha şərik qoşanları bu etdiklərinin əvəzində sonsuz cəhənnəm əzabı ilə cəzalandıracaq. Bu dünyada cinlərin bəzəkli sözlərinə inananlar axirətdə çox böyük bir səhv etdiklərini anlayacaqlar. Çünki o gün bütün şərik qoşduqları onlardan uzaqlaşacaq, Allahın qarşısında tək, yalnız olduqlarını anlayacaqlar. Etdiklərinin əvəzi olaraq cəhənnəm əzabını gördükdə isə bu şəkildə yalvaracaqlar:

"Kafir olanlar deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq pay mal olsunlar!"" ("Fussilət" surəsi, 29).

Digər bir ayədə alovun onlar üçün müddətsiz bir qonaq evi olması bu şəkildə bildirilir:

"(Allah insanları və cinləri) toplayacağı gün belə buyuracaq: "Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız". Onların insanlardan olan dostları deyəcəklər: "Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!" (Allah) buyuracaq: "Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!" Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!" ("Ənam" surəsi, 128).
(harun yahya Həzrəti Süleyman)