Şeytanlar insan şəklində ola bilərlər

Allah Quranda şeytanların insan və ya cin şəklində ola biləcəklərini, danışaraq və ya insanların ürəyinə şübhə salaraq, onlara təsir edərək düz yoldan sapdıra biləcəklərini bildirmişdir. Yəni şeytanlar insan şəklinə girib onların arasında gəzməkdədir. Allah bu vəziyyətə Quranda belə bildirir:

"De: "Pənah aparıram insanların Rəbbinə; İnsanların ixtiyar sahibinə; İnsanların tanrısına; Vəsvəsə verən, qaçıb gizlənən Şeytanın şərindən - O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də olur, insanlardan da!" ("Nas" surəsi, 1-6).


İsmail Haqqı Altunbəzərin tuğra şəklində bəsləmə lövhəsi (Əkrəm Haqqı Ayverdi xətt kolleksiyası).


Ayədən də göründüyü kimi, "insan və cin şəklindəki şeytanlar" olan insanlar özlərini qorumalıdır. İblis - Allah istəmədikcə - insana görünməz, ancaq beyinlərə, şüurlara təsir göstərər. İnsanlar bəzən ağıllarından keçən pisliklərin, dinə zidd fikirlərin özlərindən gəldiyini zənn edərlər. Ancaq bunları onlara pıçıldayan şeytandır. Əgər insanlar şeytanın təsiri altında olduqlarını bilib, Allaha sığınıb, dərhal xeyirli olanları və gözəllikləri düşünüb Quran ayələrini xatırlasalar, şeytanın bu pıçıltılarının onlara heç bir təsiri olmaz:

"Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar" ("Əraf" surəsi, 200-201).
Şeytanlar eyni zamanda qarşımıza insan kimi də çıxarlar. Bu, bir insanın dost olaraq gördüyü bir yaxını, bir fikir adamı və ya təcavüzkar bir insan ola bilər. Bu şeytanlar bütün xüsusiyyətləri ilə insana bənzərlər. Ancaq danışıq və hərəkətləri ilə insanları Allah yolundan çıxarmağa, onları dünya həyatına bağlamağa çalışırlar.

Allah bir çox ayəsində şeytanın ordularının olduğunu bildirir. Və bu şeytan orduları min illərdir insanları doğru yoldan çıxarmaq üçün mübarizə aparmaqdadır. Ancaq qalib gələnlər daim Allahın yolunda olanlardır. İblis isə bunun əvəzini ordusu ilə birlikdə cəhənnəmdə alacaq:

"Onlar və azğınlar oraya atılarlar! İblisin bütün əsgərləri də ora sürüklənib salınarlar" ("Şuəra" surəsi, 94-95).
(harun yahya Həzrəti Süleyman)