Şeytanın Quranda bildirilən bəzi xüsusiyyətləri

"Yalançıdır" ("İbrahim" surəsi, 22).
"Asi və azğındır" ("Həcc" surəsi, 3).

"Gücü ancaq çağırmağa çatır" ("İbrahim" surəsi, 22).
"Yaxşılıqla və xeyirlə heç bir əlaqəsi yoxdur" ("Nisa" surəsi, 117).
"İnsanların üzərindəki təsiri ancaq pisliyə dəvət etməkdir" ("Ənfal" surəsi, 11).
"İnsanların şükr etməklərinə maneə olmağa çalışır" ("Əraf" surəsi, 17).
"İnsanları qorxutmağa çalışır" ("Ali-İmran" surəsi, 175).
"Möminlərin arasını vurmağa səy göstərir" ("İsra" surəsi, 53); ("Maidə" surəsi, 91).
"İnsanlara onların xeyirxah məsləhətçiləri olduğunu təlqin edir" ("Əraf" surəsi, 20-21).
"Allahın adından istifadə edərək insanları azdırmağa çalışır" ("Fatir" surəsi, 5-6).
"Möminlərin büdrəməklərini istəyir" ("Ali-İmran" surəsi, 155).
"Yalan vədlər verir" ("İbrahim" surəsi, 22).
"İnsanları sapdırmağa və puç xülyalara salmağa çalışır" ("Nisa" surəsi, 119-120).
"Çirkin əməlləri gözəl göstərir" ("Nəml" surəsi, 24).
"Yoxsulluqla qorxudur" ("Bəqərə" surəsi, 268).
"Təkəbbürlü etməyə çalışır" ("Sad" surəsi, 74-75).
"Xalqa göstərmək üçün ibadət etməyə həvəsləndirir" ("Nisa" surəsi, 38).
"Ayələrdən uzaqlaşdırmağa çalışır" ("Zuxruf" surəsi, 36-37).
"Unutdurmağa çalışır" ("Mucadələ" surəsi, 19); ("Ənam" surəsi, 68); ("Kəhf" surəsi, 63).
"Hissi davranmağa məcbur edir" ("İsra" surəsi, 64), ("Mumtəhinə" surəsi, 1-3).
"Xırda işlərlə məşğul edir" ("Bəqərə" surəsi, 67-71).
"İsraf etdirməyə çalışır" ("İsra" surəsi, 26-27).

Şeytanın Allaha qarşı çıxmaq cəsarətində bulunan, çox üsyankar, insanlara böyük bir kin bəsləyən, onları doğru yoldan çəkindirmək üçün müxtəlif səylər göstərən bir varlıq olduğunu Qurandakı ayələrlə açıqladıq. Tarix boyu bütün insanları Allahın yolundan azdırmağa çalışan belə bir varlığın bir insanın xidmətinə verilməsi əlbəttə ki, Allahın böyük bir rəhmətidir. Hz.Süleymanın şeytanları öz əmrinə tabe etməsi, onlardan haqq dininin faydalı işlərində istifadə etməsi şübhəsiz ki, onun Allahın üstün qullarından olmasının aşkar bir dəlilidir.
(harun yahya Həzrəti Süleyman)