ELM ADAMLARI ALLAHIN DƏLİLLƏRİNİ TƏSDİQ EDİR

Kitabın əvvəlki səhifələrində araşdırdığımız məlumatlar kainatın elm ilə kəşf edilən xüsusiyyətlərinin Allahın varlığına işarə olduğunu göstərdi. Elmin gəldiyi nəticə kainatın bir Yaradıcısının olduğu və bu Yaradıcının çox üstün gücə, ağıla və biliyə sahib olmasıdır. Bu Yaradıcını tanımadığımızda bizə yolu din göstərir. Bu səbəbdən elmin dinin xəbər verdiyi həqiqətləri daha dəqiq görmək və araşdırmaq üçün istifadə etdiyimiz bir metod olduğunu söyləmək mümkündür. Lakin bu gün elm adı ilə ortaya çıxan insanların bir qismi çox fərqli düşüncəyə sahibdirlər. Onların düşüncəsinə görə, elmi kəşflər kainatı Allahın yaratdığını göstərmir. Əksinə, belələri elmi faktlara əsaslanıb Yaradıcının mövcudluğu qənaətinə gəlməyəcəklərini söyləyərək ateist bir elmi anlayışı inkişaf etdirmişlər. Başqa bir sözlə, elm ilə dinin bir-birilə zidd oduğu fikrini iddia etmişlər.

Beləliklə, təkamül nəzəriyyəsinə əsaslanaraq dinin elm ilə zidd olduğu irəli sürüldü. İngilis tədqiqatçıları Miçel Bikent, Riçard Leyk və Henri Linkoln bu barədə belə deyirlər: ''Darvindən yarım əsr öncə elm dindən ayrı deyildi, əksinə, onun bir parçasıydı və son məqsədi də ona xidmət etmək idi. Amma Darvinin zamanındakı elm o zamana qədər daşıdığı bu mənadan qoparıldı və özünü dinə qarşı mütləq bir rəqib və alternativ bir sistem kimi tanıtdı. Artıq insanlıq bu ikisi arasında bir seçim etmək məcburiyyətində qaldı''[27].

Din ilə elm arasındakı mövzu fərqi yuxarıda da bildirdiyimiz kimi, tamamilə ideoloji fərq idi. Materializmə iman edərcəsinə bağlanan bəzi elm adamları kainatın bir yaradıcısı olmadığını isbat etməyə başladılar və bu yöndə müxtəlif nəzəriyyələr irəli sürdülər. Təkamül nəzəriyyəsi bunların ən məşhuru və ən mühümü idi. Eyni şəkildə astronomiya sahəsində də ''statik vəziyyət nəzəriyyəsi'', ya da ''xaos nəzəriyyəsi'' kimi nəzəriyyələr inkişaf etdirildi. Ancaq elmin özü əvvəlki bölmələrdə də araşdırdığımız kimi, yaradılışı inkar edən bu nəzəriyyələri bir-bir alt-üst etdi.

Bu nəzəriyyələrə hələ də sadiq qalan inkarçı elm adamları isə özlərini Allaha inanmamaq üçün şərtləndirmiş, doqmatik və fanat adamlardır.

Tanınmış ingilis zooloqu və təkamül nəzəriyyəsi tərəfdarı D.M.Vatson özünün və digər məsləkdaşlarının təkamül nəzəriyyəsini nə üçün qəbul etdiklərini açıqlayarkən bu doqmatizmi belə etiraf edir: ''Təkamül nəzəriyyəsinin geniş kütlələr tərəfindən qəbul edilən bir nəzəriyyə olmasının səbəbi bu nəzəriyyəni isbat edəcək kifayət qədər dəlilin olması deyil, ancaq alternativin, yəni qeyri-təbii yaradılışın bütünlüklə qəbul edilməz olmasıdır''[28].

Vatsonun ''qeyri-təbii yaradılmış'' ifadəsi ilə nəzərdə tutduğu məna hər şeyi Allahın yaratmasıdır. Bu elm adamı göründüyü kimi, bunu ''qəbul edilməz'' zənn etməkdədir. Nə üçün? Elm belə dediyi üçünmü? Xeyr, əksinə, elm yaradılışın doğruluğunu isbat edir. Vatsonun bunu qəbul edilməz saymasının tək səbəbi özünün dediyini yeritmək istəməsidir. Digər bütün təkamül nəzəriyyəsi tərəfdarları da bu vəziyyətdədirlər.

Təkamül nəzəriyyəsi tərəfdarları elmə deyil, materialist fəlsəfəyə bağlıdırlar və elmi bu fəlsəfəyə uyğunlaşdırmaq üçün dəyişdirirlər.

Harvard Universitetinin tanınmış genetiki və qatı təkamülçü olan Riçard Lefonten bu doğru həqiqəti belə etiraf edir: ''Bizim materializmə bir inancımız var və bu ''apriori'' (öncədən qəbul edilmiş, doğru hesab olunan) inancdır. Bizi dünyaya materialist açıqlama verməyə məcbur edən şey elmin metodları və qanunları deyil. Əksinə, materializmlə olan ''apriori'' bağlılığımız üzündən dünyaya materialist bir açıqlama gətirən araşdırma metodları və anlayışları quraşdırırq. Materializm mütləq doğru olduğuna görə də, ilahi bir açıqlamanın meydana çıxmasına icazə verə bilərik''[29].

Digər tərəfdən, bu doqmatik materialist qrupun qarşısında tarixdə olduğu kimi, bu gün də Allahın varlığını təsdiq edən, hətta elmi Allahı tanımağın bir yolutək görən elm adamları vardır. Xüsusilə ABŞ-da sürətlə inkişaf edən ''Greationizm'' (Yaradıcılıq), ya da ''İntellegent Design'' (Şüurlu Dizayn) elmi cərəyanları canlıların Allah tərəfindən yaradıldıqlarını elmi sübutlarla ortaya qoyurlar.

Bu isə bizə elmin dinin irəli sürdüyü mütləq həqiqətləri təsdiqləyən bir metod olduğunu göstərir. Din-elm ziddiyəti bəlkə sadəcə olaraq ilahi qaynaqların içinə mövhumat qatmış olan bəzi dinlər üçün doğru ola bilər. Ancaq Allahın saf vəhyinə dayanan İslam üçün doğru ola bilməz. Aşağıdakı Quran ayəsində buna işarə edilir: ''Məgər onlar başlarının üstündəki göyə baxıb, onu necə yaratdığımızı və orada heç bir yarıq olmadığını görmür*lərmi?!'', ''Eləcə də, yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl meyvə yetişdirdi*yimizi görmürlərmi?! Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş hündür xurma ağacları bitirdik'' (''Qaf'', 50/6-7, 9-10).

Yuxarıdakı ayələrdə də göründüyü kimi, Quranda insan daima düşünməyə, içində yaşadığı dünya ilə əlaqədar hər şeyi araşdırmağa təşviq edilir. Çünki elm dini dəstəkləyir, insanı cahillikdən qurtarmağa, daha şüurlu düşünməyə sövq edir, onun düşüncə dünyasını genişləndirib kainatda aydın görünən Yaradıcının izlərini dərk etməsinə yardımçı olur.

Əsrimizin ən böyük dühası sayılan və Allaha inanan Albert Eynşteyn ''Dərin bir imana sahib olmayan həqiqi bir elm adamı təsəvvür edə bilmirəm. Bu vəziyyət belə ifadə edilə bilər: dinsiz elmə inanmaq mümkün deyil'' deyərək, elmin dinə olan dəstəyini dilə gətirmişdir[30].

Müasir fizikanın banisi Maks Plank isə demişdir: ''Hansı sahədə olursa-olsun, elmlə ciddi şəkildə maraqlanan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaqdır: ''İman et''. İman elm adamının əvəz edilməz xüsusiyyətidir''[31].

Kitabda bura qədər toxunulan mövzular, kainatın və canlıların əmələ gəlmələrinin təsadüflərlə izah olunmadığını açıq göstərmişdir. Apardıqları araşdırmalarla elm dünyasına istiqamət verən bir sıra elm adamları da bu böyük həqiqəti təsdiq etmiş və hələ də etməkdədirlər. Çünki insanlar kainat haqqında nə qədər çox şey öyrənsələr, ondakı qüsursuz quruluşa olan heyranlıqları da o qədər artmaqdadır. Hər yeni tapılan elmi fakt ''Yaradılış''ı inkaredilməz şəkildə dəstəkləyir.

XXI əsrə girərkən müasir fiziklərin əksəriyyəti də yaradılış həqiqətini qəbul edir. Devid Darlinq belə deyir: ''Zaman yox idi, kosmos idi. Maddə və enerji yox idi. Heç bir şey yox idi. Ən kiçik bir nöqtə, bir boşluq belə yox idi. Bu yoxluqdan qeyri-adi kiçik bir tərpəniş göründü. Balaca bir titrəmə. Yüngül bir dalğalanma, müəyyən, qeyri-müəyyən bir girdab. Bu kosmik qutunun qapağı açıldı və altından yaradılış möcüzəsinin cücərtiləri göründü''[32].

Bunlarla yanaşı, bir çox elm sahələrinin qurucularının Allaha və Onun müqəddəs kitablarına inanan bəndələr olduqları bilinir. Tarixdəki ən böyük fiziklər arasında Nyuton, Faradey, Kelvin və Maksvel bəhs edilən elm adamlarına misaldırlar.

Tanınmış fizik İsaak Nyutonun dövünrdə elm adamları dünya üzərindəki cismlərin və planetlərin hərəkətlərinin müxtəlif qanunlarla açıqlana biləcəyinə inanırdılar. Nyuton isə dünya və kosmosun Yaradıcısının tək olduğunu, buna görə də eyni qanunlarla açıqlanması lazım gəldiyini müdafiə edirdi. Bu mühüm fikrini də kitabında belə açıqlayırdı: ''Günəşin, planetlərin və quyruqlu ulduzların bu mükəmməl sistemi ancaq güclü və ağıllı bir varlığın nəzarəti və hakimiyyəti ilə irəliləyə bilir''[33].

Göründüyü kimi, orta əsrdən bəri fizika, riyaziyyat və astronomiya sahələrində araşdırmalar aparan yüzlərlə elm adamı kainatın tək bir Yaradıcı tərəfindən yaradıldığı fikrində birləşmişlər və həmişə eyni nöqtəyə diqqət vermişlər. Fiziki-atronomiyanın qurucusu və inanclı elm adamlarının parolu olan ''Allah yaratdığı hər şeydə özünü göstərir'' fikrini ortaya atan ilk elm adamı Yohannes Keppler kitablarından birində Allaha olan səmimi inancını bu cür dilə gətirmişdir: ''Bizlər Allaha möhtac aciz qullar olaraq öz ağlımıza nisbətdə Allahın ağlının böyüklüyünü, ucalığını görməli və Ona təslim olmalıyıq''[34].

Termodinamikanı quran böyük fizik Vilyam Tompson (Lord Kelvin) da Allaha inanan bir xristian idi. O, şiddətlə Darvinin təkamül nəzəriyyəsinə qarşı çıxmış və bu nəzəriyyəni tamamilə rədd etmişdir. Ölümündən bir az öncə də belə bir açıqlama vermişdi: ''Həyatın mənşəyinə baxdığımız zaman elm qəti bir şəkildə o Böyük Qüdrətin varlığını təsdiq edir''[35].

Oksford Universitetinin professoru, fizik Robert Mateus 1992-ci ildə yazdığı kitabında DNT molekullarının Allah tərəfindən yaradıldığını belə ifadə edir: ''Bütün bu proseslər mükəmməl harmoniya ilə bircə hüceyrədən canlı bir körpəyə, daha sonra kiçik bir uşağa, nəhayət yetişkin bir insana qədər davam edir. Bu hadisələr biologiyanın bütün mərhələlərində göründüyü kimi, ancaq bir möcüzə ilə açıqlana bilər. Necə olur ki, belə mükəmməl və kompleks bir orqanizm bu qədər bəsit və kiçik bir hüceyrədən əmələ gəlir? Kiçik bir nöqtədən də balaca hüceyrədən möhtəşəm bir insan yaradılır? Bu möcüzədən başqa bir şey deyildir''[36].

İstilik enerjisi sahəsində saysız araşdırmalar apararaq mükafatlar alan, ''mexaniki istilik funksiyası''nı və termodina*mikanın birinci qanununu kəşf Ceyms Coul da elm haqqındakı inancını belə ifadə etmişdir: ''Allahın istəklərini öyrəndikdən və itaət etdikdən sonra görəcəyiniz digər iş Onun ağlını, gücünü və yaxşılığını etdiyi işlərdən başa düşməkdir. Təbiət qanunlarını bilmək Allahı bilməkdir''[37]. Elmi metodun qurulmasında mühüm rolu olan alim Bekonun sözləri də onun Allaha inancının göstəricisidir: ''Xətalarımızın qarşısını almaq üçün üzərində durulması lazım olan iki yol göstərənimiz var: birinci Allahın vəhyi olan müqəddəs Quran, ikincisi isə Allahın gücünü ifadə edən məxluqat[38].

Yaradılmış olan hər şey yaradanın gücünü və bacarığını üzə çıxarır, o zaman bütün bunlar Allahın işidir və yaradan varlığın hər şeyi yarada biləcək gücdə olduğunu və ağlını göstərir. Dünya Allahın məhsuludur''[39].

Kainatın bir Yaradıcı tərəfindən var edildiyini qəbul edən və həyatlarında bu xüsusiyyətləri ilə tanınan elm adamlarından bir qismi də bunlardır: Robert Boyl (müasir kimyanın atası), Lona Villiam Peti (statik və müasir iqtisadiyyat çalışmaları ilə tanınırdı), Maykl Faradey (bütün zamanların ən böyük fiziklərindən biri), Qreqori Mendel (genetikanın atası, genetika elmindəki tapıntıları ilə darvinizmi mənasız hesab etmişdir), Luis Paster (bakterialogiya sahəsində məşhur alim, darvinizmə qarşı çıxmışdır), Con Dalton (atom nəzəriyyəsinin atası), Paskal Blez (məşhur riyaziyyatçı), Con Ray (ingilis təbiət tarixinin ünlü siması), Nikolas Sten (yer qatlarını araşdıran tanınmış yerşünas), Karl Linney (bioloji siniflənmənin atası), Georg Kuver (ixtiraçı astronom), Matthev Mari (okeanoqrafiya ixtiraçısı), Tomas Anderson (orqanik kimya sahəsində təcrübələr aparan ilk adamlardan biri), &Ccedilarlz Bell (beyinin və sinir sisteminin xəritəsini ilk dəfə tərtib edən adam), Cen Henri Fabr (müasir entomologiyanın banisi), Con Ambros Fleminq (müasir elektrikin banisi), Ceyms Maksvel (elektromaqnit nəzəriyyəsinin banisi).
(harun yahya Allah ağılla bilinir)

27. Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, Gorgi Books, London: 1991, s. 177-178.
28. D.M.S. Watson, "Adaptation", Nature, say? 124, s. 233.
29. Richard Levontin, "The Demon-Haunted World", The New York Review of Books, January 9, 1997. s. 28.
30. Einstein, Science, Philosophy and Religion; A Symposium, 1941, ch.13
31. J.De Vries, Essential of Physical Science, Wm.B.Eerdmans Pub.Co., Grand Rapids, SD 1958, s. 15 (Isaac Newton, Principia, II.Bas?m)
32. Timothy R. Stout, Tim Stout's Creation-Science Page, Chapter: Great Scientist Who Believed In a Creator God.
33. Timothy R. Stout, Tim Stout's Creation-Science Page, Chapter: Great Scientist Who Believed In a Creator God.
34. Umit Simsek, Big Bang: Kainat?n Dogusu, s. 55.
35. David Daryling, Deep Time, 1990.
36. Unravelling The Mind Of God, s.8/Task?n Tuna, Uzay?n Otesi, s. 47.
37. James Joule, Scientists of Faith, Dan Graves, Kregel Resources, 1996, s.133
38. Henry M. Morris, Men of Science Men of God, Great Scientists who Believed the Bible, Ekim 1992, Master Books, s.15
39. Michael Bumbulis, Phd Christianity and the Birth of Science, [