ALLAH BÖYÜKDÜR

Bu kitabda Allahın sonsuz elminin, sonsuz ağlının və sonsuz gücünün dəlillərinin sadəcə olaraq çox məhdud bir qismini gördük. Hər biri yaradılışın dəlili olan saysız varlığın bir-biriləri ilə uyğunluğu nəticəsində meydana gələn quruluşdan bəhs etdik. Elə bir quruluş ki, hər şey incə-incə tənzimlənmiş, insan ağlının çözə bilməyəcəyi təfərrüatla birlikdə heç bir qüsur olmadan yaradılmışdır.

Məsələn, nəfəs almaq insanın həyati funksiyalarından biridir. Amma buna müvəffəq olmaq üçün ən asan bir cəhd göstərməyə belə ehtiyac yoxdur. Həm xarici mühitdə, həm də bədəndə lazım olan bütün şərtlər Allah tərəfindən qurulub yaradılmışdır. İnsan doğulduğu andan ölənə qədər heç dayanmadan nəfəs alır. Amma bu funksiyanın həyata keçə bilməsi üçün hansı ünsürlərin bir yerdə olması lazım gəldiyini bilirsinizmi?

Hər şeydən əvvəl insanın nəfəs ala bilməsi üçün atmosferdəki azot, oksigen və karbon-bioksid nisbətinin çox yaxşı tənzimlənmiş olması lazımdır. Bu tarazlıqda kiçik dəyişikliklərin olması insanın ölümünə gətirib çıxarar. Allah bu nisbətin qorunması üçün saysız faktor yaratmışdır. Günəşdən onun işığını alaraq fotosintez edən bitkilərə, torpağın içini bürüyən mikroorqanizmlərə qədər bir çox varlıq bu nisbətin qorunmasında cavabdehdir. Yağan yağışlar, çaxan şimşəklər, təzyiq səviyyəsi, yerin nüvəsindəki elementlərin nisbəti və saymaqla bitməyən çox ünsür vasitəli və vasitəsiz olaraq bu qaz nisbətinin qorunması üçün fəaliyyət göstərirlər. Bunlardan biri olmasa, məsələn, gözümüzlə belə görmədiyimiz mikroorqanizmlər fəaliyyətlərini dayandırsa, azot dövriyyəsi, karbon-bioksid dövriyyəsi kimi çox həyati funksiya bir anda dayanar. Buna görə də bir-birinə sürətlə təsir edən sistem proqramı bir anda pozular. Ancaq ətrafınıza baxarkən görəcəyiniz quruluş və tarazlıqdan asanlıqla başa düşəcəyiniz kimi, belə pozulma milyardlarla ildir meydana gəlməmişdir. Və bundan sonra da Allahın istədiyi vaxta qədər bu cür hadisə olmayacaq. Çünki Allah incə tənzimlənmələrlə tarazlanmış bu sistemləri tək-tək hər an fəaliyyət halında saxlamaqdadır və kainatdakı bütün quruluş Allahın əmri ilə bu müdhiş harmoniyanı qoruyur.

Allah insanların Onun böyüklüyünü dərk etmələri üçün kainatdakı quruluşu saysız incəliklə yaratmışdır. Quranda Allahın bu quruluşundan bəhs edərkən ''...Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında nazil olar'' (''Talaq'', 65/12) deyilir. Bu quruluş elə incəliklərdən ibarətdir ki, insan düşünməyə haradan başlayacağını bilmir. Çünki Allahın ağlı, elmi və qüdrəti sonsuzdur. Tək bir hadisənin içində istədiyi qədər incəlik meydana gətirir.

Biz yatarkən, oturarkən, yeyərkən, ağlımızdan belə keçirmədiyimiz halda Allah kainatda var olan bütün sistemi tək-tək işlədib idarə edir. Varlığımızın davamı üçün meydana gələn proseslərin hər biri Allahın nəzarətindədir. Kiçik bir addım ata bilməyimiz belə yerin cazibə qüvvəsindən skelet sistemimizə, sinir və əzələ sistemimizdən beynimizə və ürəyimizə, hətta dünyanın fırlanma sürətinə qədər hər şeyin Allah tərəfindən ayrıca hesablanmasından asılıdır.

Dünyanın və bütün kainatın varlığını davam etdirə bilməsini təsadüflərə bağlamaq isə çox böyük bir səhv olar. Əslində dünyadakı və kainatdakı hər quruluş təsadüfə qətiyyən yer olmadığının və Allahın varlığının açıq dəlilidir. Məsələn, Yer Günəş ətrafında fırlanarkən elə bir orbit çəkir ki, hər 29 kilometrdə bir doğru cizgidən yalnız 2,8 millimetr kənara çıxır[49]. Əgər bu kənara çıxma 0,3 millimetr az və ya 0,3 millimetr çox olsa, yer üzündəki canlılar donaraq və ya qovrularaq ölərdilər. Kiçik bir maddənin belə millimetr kənara çıxmadan eyni orbitdə fırlana bilməsi haradasa mümkün deyilkən, böyük kütləsilə dünya belə bir fırlanmanı həyata keçirir. ''...Allah hər şey üçün bir ölçü təyin etmişdir'', - ayədə bildirildiyi kimi, ətrafımızda gördüyümüz möhtəşəm quruluş Allahın sonsuz ağlı, gücü və qüdrəti sayəsində ortaya çıxır (''Talaq'', 65/3).

İnsanların çoxu Allahın varlığına inansalar belə, Allahın ''hər şeyi yaratdığı'', sonra bu quruluşun öz-özünə davam etdiyi şəklində səhv bir inanca sahibdirlər. Lakin kainatın hər nöqtisində hər an meydana gələn bütün hadisələr Allahın izni ilə, Onun biliyi sayəsində və nəzarətində həyata keçir. Quranda bildirildiyi kimi: ''Məgər bilirsənmi ki, Allah göydə və yerdə nə varsa, hamısını bilir? Həqiqətən bu, bir kitabdadır. Şübhəsiz ki, bu, Allah üçün asandır'' (''Həcc'', 22/70).

Siz sakit şəraitdə bu kitabı oxuyarkən xəbəriniz belə olmadan kainatın hər küncündə saysız fəaliyyətlər davam etməkdədir.

Bunlardan bir neçəsini nəzərdən keçirək: hər saniyə yer üzərinə 16 milyon ton su düşür[50]. Və eyni miqdarda su yerdən buxarlanaraq havaya qarışır. Buxarlanma yalnız dəniz və okean sularından deyil, göllər və axar sulardan, hətta yerin dərinliklərindən belə asanlıqla təmin olunur. Siz bu paraqrafı oxuyarkən ən az 2-3 saniyə keçdi və bu anda Allahın izni ilə 16x3=48 milyon ton su yerə düşdü və eyni anda bu qədər su buxar şəklində təkrar havaya qarışdı.

Hər saniyə dünya üzərində təqribən 100 şimşək çaxır[51]. Son bir saatda dünyanın müxtəlif yerlərində 36000 şimşək Allahın nəzarətində əmələ gəlir. Hər şimşək çaxmasında da trilyonlarla ton azotbioksid molekulu yaranaraq atmosferdə olan 78 faizlik azot nisbətini qorudu.

Torpaq ucu-bucağı olmayan bir fabrik kimi quruluşunda bəslənən trilyonlarla bakteriya ilə dayanmadan apardığı azot reaksiyasına bu anda da davam edir.

Siz bu cümləni oxuyarkən Günəş 564 milyon ton hidrogeni 560 milyon ton heliuma çevirdi, yerdə qalan 4 milyon ton hidrogendən də qorxunc bir işıq və radiasiya yumağı əmələ gəldi[52]. Bizə sadəcə olaraq gözəl bir istiliklə aydınlıq verən Günəş əslində bu anda qıp-qırmızı qaz buludlarından əmələ gələn dərin bir quyudur. Qaynayan, üzərindən milyonlarla kilometr uzağa fışqıran böyük alov girdabları dibindən səthinə doğru yüksələn böyük xortumlardan əmələ gəlir və bir saniyədə insanlığın sivilizasiyanın başlanğıcından bəri sərf etdiyindən daha çox enerji verir. Biz isə bu enerjinin 2 milyardda birini sərf edirirk. Saniyələr, saatlar keçir, Günəş heç dayanmadan enerji verir. Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmadan əvvəl atmosfer və dünyanın maqnit sahəsi tərəfindən süzülür. Günəş bizim yaşamağımız üçün xüsusi olaraq yaradılmış bir işıq mənbəyidir. Allah Quranda bunun hikmətini belə açıqlamışdır: ''Göyləri və yeri yaradan, göydən yağış endirən, o yağışla sizin üçün ruzi olaraq cürbəcür meyvələr yetişdirən Allahdır...

Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur. Allah sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən insan çox zalım, həm də çox nankordur'' (''İbrahim'', 14/32-33).

Yuxarıda bildiklərimiz sadəcə olaraq, Allahın ən yaxınımızda olan Günəşdə meydana gətirdiyi hadisələrdən bir neçəsidir. Daha uzaqlarda olan, sadəcə olaraq gecələr göyü bəzəyən ulduzların bir çoxu Günəşdən qat-qat böyükdür. Biz gecələr göy üzündə yalnız estetik bir görünüş və sakitlik görürük. Lakin bir çoxunda meydana gələn proseslər nəticəsində çıxan enerji Günəşin enerjisi ilə müqayisə belə edilməyəcək qədər böyükdür.

Siz bu anda heç bir dağılma hiss etmirsiniz. Evinizdə, otağınızda, heç bir yerdə dağılma yoxdur. Amma dünyamız kosmosda böyük çəkidə saniyədə 30 kilometr sürətlə hərəkət edir. Allahın qurduğu sistem elə mükəmməldir ki, biz hələ də bu müdhiş sürəti hiss etmədən həyatımızı davam etdirə bilirik.

Bundan başqa Yerin Günəş ətrafında sürəti silahdan çıxan hər mərminin sürətindən təqribən 60 dfə çoxdur, yəni saatda 108000 kilometrdir. Belə böyük sürətlə hərəkət edə bilən bir nəqliyyat vasitəsini idarə etsəydik, yerin ətrafını 22 dəqiqədə dolanardıq. Yer Günəş ətrafında belə sürətlə fırlanarkən eyni zamanda Günəş də saniyədə 20 kilometr sürətlə Veqa ulduzuna doğru hərəkət edir. Qalaktikalarımız isə bütün günəşləri, planetləri, quyruqlu ulduzları və dünyaları ilə tam bir dövr hərəkətini tamamlamağa çalışır. Bu hərəkəti isə 200 milyon ildə tamamlaya bilir. Var olan hər şey kimi, göy cisimləri də Allaha boyun əymiş vəziyyətdədirlər və hər addımları Allahın nəzarətindədir, Quranda xəbər verdiyi kimi: ''...Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir'' (''Bəqərə'', 2/116).

Dünyamızın həyata keçirdiyi bu əhatəli səyahətdən bizim xəbərimiz belə olmur, bunu ancaq oxuduğumuz kitablardan öyrənirik. Bu səyahət bizim həyatımıza mənfi yöndə təsir etməz; belə bir sürətdə dünyanın üzərində heç bir canlı qalmaması labüdkən, Allahın yaratdığı cazibə qanunu və qurduğu bir çox quruluş nəticəsində dünyada olanlar bu səyahəti heç hiss etmirlər.

Yenə bu anda 8 milyard insanın qəlbi, beyni, mədəsi, qara ciyəri, sinir, tənəffüs və müdafiə sistemləri Allahın biliyi daxilində, Onun izni ilə işləyir.

Torpağın altında və üstündə yaşayan bütün canlılar bu anda Allahın izni ilə ruzusunu alır və hamısının ruzusunu Allah verir. Ovlanmalar, qidalanmalar, təhlükədən qorunma sistemləri bir-bir Allahın nəzarətində yaradılır. Quranda bu sirr bizə xəbər verilir: ''Yer üzərində yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzusunu verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Bunların hamısı açıq-aşkar kitabdadır'' (''Hud'', 11/6).

Dünyada olan 2 milyon heyvan növünün hər birinin bütün funksiyaları Allahın izni ilə işləyir. İndi kitabı əlinizdən yerə qoyub, pəncərədən bayıra baxsanız, bir çox canlı görə bilərsiniz. Bəlkə bu günə qədər bu şəkildə heç düşünməmisiniz, amma bunların yaradılması da, ölümləri də, siz pəncərədən baxdığınız anda etdikləri hərəkətlər də Allahın izni ilə həyata keçir.

Yenə də siz səhifəni oxuyarkən dünyanın müxtəlif yerlərində küləklər əsir və tonlarla ağırlığında buludları yerindən tərpədir. Bəlkə otağınızdan içəri günəşin istisi dolur, amma dünyanın bir yerində hər tərfəi buzlar örtmüş, başqa bir yerində yağışlar yağır. Allah Quranda bizə yağan hər yağışın öz qatından müəyyən bir miqdarda endiyini bildirir. Qar da onun qatında bəllidir, buzun qalınlığı da... Üstəlik, dünyanın hər yerində cücərən saysız toxumun biliyi də... Həqiqət budur, çünki ''...O bilmədən heç bir meyvə qabığından çıxmaz, heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz'' (''Fussilət'', 41/47).

Yuxarıdakı ayədə də bildirildiyi kimi, bu anda dünyanın hər yerində dünyaya insan gəlir. Eyni zamanda bir çox da ölüm hadisəsi olur. İnsanlar harada doğulacaqlarını, necə bir həyat yaşayacaqlarını və yenə harada, nə zaman öləcəklərini özləri bilmirlər, amma bu biliklərin hamısı Allahın qatında qəti olaraq bəllidir. Bu həqiqətə Quranda belə diqqət çəkilir: ''...Heç kəs sabah nə edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə şübhəsiz ki, biləndir və xəbərdardır'' (''Loğman'', 31/34).

İndi daha yaxın bir yerə, evinizə gələk. Bu anda bədəninizdə olan sistemlərin hər birinin dayanmadan işlədiyini onsuz da bilirsiniz. Bəs otaqda tək olmadığınızı, Allahın sizdən başqa bir çox canlı da yaratdığını, içində olduğunuz o kiçik məkanda yüzminlərlə fəaliyyətin davam etdiyini bilirsinizmi? Məsələn, dərinizin üstündə olduqca sıx bir hərəkət vardır. Dərinizdə olan ''axar''lar bir yandan həyatlarını davam etdirərkən bir yandan da dəri üstündə toplanan ölü hüceyrələri təmizləyərək siz fərqində belə olmadan sizi qoruyurlar. Dərinizin üstündə milyonlarla faydalı və zərərli bakteriya dayanmadan mübarizə aparır və hamısının qidalanmasından mikroskopik bədənlərində olan həzm sistemlərinə qədər bildiyiniz və ya bilmədiyiniz bütün hərəkətlər Allahın nəzarəti ilə baş verir.

Nəfəs aldığınız havada milyonlarla mikroorqanizm var ki, hər biri Allahın izni və qüdrəti ilə vəzifələrini yerinə yetirir. Gözlə görünməyən bu aləmin üzvləri hazırdı böyük ehtimalla bostanınızda da mövcuddur. Bəlkə sabah bostanınızın qapısını açarkən bir portağalın kifləndiyini görəcəksiniz. Bu hadisəni indi sizin xəbəriniz belə olmadan orada olan bakteriyalar qida ehtiyaclarını təmin etmələri üçün törədiblər.

Evinizin bir yerində fotosintez kimi olduqca mürəkkəb prosesi həyata keçirən gülünüz isə evinizdəki digər canlıdır.

Gördüyünüz və ya görmədiyiniz quruluşlar hər an Allahın izni ilə işləyir. Sizi də, elədiklərinizi də, canlı-cansız -bütün varlıqları da Allah yaradır və nəzarətində saxlayır. Dünyada atmosferdən litosferə, hidrosferdən biosferə qədər olan həssas ölçülü və tarazlı həyat, Günəş sistemində olan doqquz planetin hər an getdiyi yol, o planetlərdə meydana gələn bütün hadisələr də Allahın nəzarətindədir. Allah sonsuz elmi ilə bunları yaradır və tənzimləyir. Sonsuz gücü və qüdrəti ilə hər şeyi qoruyur və fəaliyyətlərini davam etdirmələrinə izn verir.

Tanınmış alim Con Quitson bu məsələni belə açıqlayır: ''Kainat qurulmuş bir maddənin, sonra həyatın ən sonda da zəkanın ortaya çıxmasına nail olmaq üçün dəqiqliklə tənzimlənmiş kimi görünür. Universal dəyişməzlərdən biri-məsələn, cazibə qüvvəsi, işıq sürəti, ya da Plank sabiti başlanğıcda ən asan bir dəyişməyə uğrasaydı, kainatın canlı və şüurlu varlıqlarının yaşamaları üçün heç bir şans qalmaz, hətta bəlkə də kainatın özü də meydana gəlməzdi. Bu təəccübləndirici incəlikdəki tənzimlənmə təkcə təsadüfdürmü, yoxsa, qurucu bir zəkadanmı doğmuşdur?.. Təbiətin əsas dəyişməzləri və həyatın ortaya çıxmasına səbəb olan ilk şərtlər heyrətləndirici bir dəqiqliklə TƏNZİMLƏNMİŞDİR''[53].
(harun yahya Allah ağılla bilinir)

49 Bilim ve Teknik Dergisi, Temmuz 1993
50. Cavit Yalc?n, Dusunen Insanlar Icin, Vural Yay?nc?l?k, 1997, sf.173
51. Task?n Tuna , Uzay?n Otesi , Bogazicin Yay?nlar?: 1995, Sf.91
52. Yalc?n Inan, Kosmostan Kuantuma 2, Emek Ofset Ltd. Sti. Ankara: 1996, sf.85
53. Jean Guitton, Tanr? ve Bilim, Simavi Yay?nlar?, 1993, s.47-55