ALLAHIN YARATMA SƏNƏTİ

''Yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu zikr edib, şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir'' (''Həşr'', 59/24).

Kainatın hər nöqtəsi Allahın böyüklüyünü əks etdirir. Amma Allahın sonsuz gücünü və elmini bildirməyə əsla kifayət etməz. Allah bütün üstün sifətlərin və bütün gözəl adların tək sahibidir. Bu kitabda bildirilən isə Allahın gözəl adlarının kainatda görünə bilən bir neçə nümunəsidir. Allahın elmi, ağlı, qüdrəti, rəhməti, mərhəməti, əcri, ehsanı sonsuzdur. Hər insan isə ağlı və vicdanı çərçivəsində Allahın böyüklüyünü dərk edə bilmək üçün səy göstərməlidir.

''Sonsuz'' kəlməsi Allahın böyüklüyünü dərk edə bilmək üçün üzərində düşünülməsi lazım olan bir anlayışdır. Məsələn, məhdud edilmiş ömürlərini tamamladıqdan sonra Allah insanları yeni bir yaradılışla yaradacaq və bundan sonra dünyada etdiklərinin qarşılığı olaraq cənnət və ya cəhənnəmdə davam edəcək sonsuz ömürləri başlayacaqdır. Burada yüz, min, yüz min və ya milyard il deyil, trilyon ya da kartrilyon il deyil, sonsuz həyatın davam edəcəyi bir ömürdən bəhs edilir. Belə bir örnəklə sonsuz hüyatın nə dərəcədə qeyri-adi olduğunu vurğulaya bilərik. Yüz trilyon insan olsa, gecə-gündüz heç dayanmadan yüz trilyonu yüz trilyona vursalar və yüz trilyon il ömürləri olsa, həmçinin ömürləri boyunca bu işlə məşğul olsalar, yenə də sonsuz həyatı hesablaya bilməyəcəklər...

Lakin Allah elə böyük bir elmə sahibdir ki, insanın düşüncəsinə görə ''sonsuz'' olan Allahın qatında bitmiş vəziyyətdədir. Zamanın ilk yaradıldığı andan sonsuzluq anına qədər hər hadisə, hər düşüncə, vaxtları və şəkilləri ilə Allahın elmilə müəyyən olunmuş və bitmişdir. Bu həqiqət Quranda belə bildirilir: ''Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq. Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! And olsun ki, Biz sizin kimləri məhv etmişik. Amma heç ibrət alan varmı?! Onların etdiyi hər şey dəftərdədir!'' (''Qəmər'', 54/49-52).

İnsan Allahın elminin böyüklüyünü gücü yetdiyindən artıqlaması ilə dərk edə bilmək üçün ciddi səy göstərməli və düşünməlidir.

İnsanlıq tarixindən bu günə qədər milyonlarla insan yaşamışdır. Yəni Allah milyardlarla cüt göz, milyardlarla dəyişik barmaq izi, milyardlarla fərqli göz toxuması, milyardlarla müxtəlif insan tipi yaratmışdır və əgər istəsə, sonsuz sayda yenə yarada bilər. Çünki ayədə də deyildiyi kimi, ''Allah məxluqatda istədiyini artırar. Həqiqətən Allah hər şeyə qadirdir''. (''Fatir'', 35/1).

Allah, insanın heç bilmədiyi və sahib olduğu məhdud ağılla dərk etəməkdə çətinlək çəkəcəyi daha bir çox şey yaratmağa qadirdir. Dünyada biz qullarına verdiyi ucu-bucağı bəlli olmayan hər şeyin xəzinəsi Allahın qatındadır. Bizə sadəcə olaraq istədiyi qədərini endirmişdir: ''Elə bir şey yoxdur ki, onun xəzinələri bizdə olmasın. Lakin biz ondan ancaq müəyyən qədər endirdik'' (''Hicr'', 15/21).

Allahın üstün yaratmasındakı bu həqiqət bizim bildiyimiz və bilmədiyimiz bütün anlayışlar üçün uyğundur. Necə ki ''...Allah hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır'', -deyilən ayədə də Allahın bilmədiyimiz neçə şeylər yaratdığına diqqət edilmişdir (''Nəhl'', 16/8).

Allah bizim bilmədiyimiz, görmədiyimiz bir çox aləmi və varlığı da yaratmışdır. Digər aləmlərin varlığını daha yaxşı başa düşmək üçün belə düşünə bilərik: necə ki, bir rəsmə baxarkən yalnız en və uzun olmaqla iki ölçü görürüksə, içində yaşadığımız dünyaya baxarkən də en, uzun və dərinlik olmaqla 3 ölçü görürük. Bundan artığını isə qavraya bilmərik. Lakin Allah qatında bizim bildiklərimizdən başqa ölçülər də yaradılmışdır. Yuxarıda bəhs etdiyimiz mələklər bu fərqli ölçülərdən birində yaşayan varlıqlardır. Mələklər də olduqları ölçü və məkandan bizləri görür və duyurlar. Hətta iki tərəfimizdəki yazan mələklər hər anımızda bizimlədilər. Hər danışdığımızı, hər etdiyimizi yazırlar. Ancaq biz onları görə bilmirik. Allahın Quranda varlıqlarını bildirdiyi cinlər də ayrı bir ölçüyə aid varlıqlardır. Onlar da eynilə insanlar kimi həyatları boyunca sınağa çəkilirlər və cavabdeh olduqları kitab Qurandır. Ancaq malik olduqları xüsusiyyətləri insanlardan çox fərqlidir. İnsanların bağlı olduqları səbəb-nəticə əlaqələrindən fərqli səbəblərdən asılı yaradılmışlar.

Bunlar Allahın yaratmasındakı bənzərsizliyin dərk olunması səbəbindən üzərində düşünülməsi lazım olan həqiqətlərdir. Allah sonsuz sayda kainat, sonsuz sayda varlıq, sonsuz sayda məkan yaratmağa qadirdir. Bununla bərabər, hər birini çox fərqli xüsusiyyətlərlə yarada bilər. Necə ki, Allah axirətdə cənnəti və cəhənnəmi yaradacaqdır. Cənnət və cəhənnəm bizim dünyada adət etdiyimizdən çox fərqli quruluşda olacaqdır. Məsələn, dünyada daima pozulma, yaşlanma, çürümə, tükənmə vardır. Lakin cənnətdə sonsuza qədər davam edəcək zaman içərisində heç bir şey pozulmayacaqdır. Allahın Quranda bəhs etdiyi dadı dəyişməyən süd çayları cənnətin diqqət çəkən xüsusiyyətlərinə bir nümunədir. Cənnətdə insan bədəni yuyulmayacaq, yaşlanma əsla olmayacaqdır. Allah Quranda cənnətdə hər kəsin həmyaşıd olduğunu bildirir və cənnət insanlarını sonsuza qədər ən gözəl halları ilə heç yaşlandırmadan, bir-birilə yaşıd olaraq yaşadacaqdır. Allah Quranda cənnətdə tükənməyən qaynaqlardan içkilər olduğunu bildirir.

Cəhənnəmdəki yaradılış da tamamilə başqadır. Heç bir insan yaşamadan orada olan əzabın necəliyini bilməz
(harun yahya Allah ağılla bilinir)