ALLAH İNANCI OLMAYAN CƏMİYYƏT MODELİNİN ZƏRƏRLƏRİ

Allah Quranda insanların bəlli bir fitrətlə (yaradılışla) yaradıldığını ''Batildən haqqa tapınaraq, üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut'' ayəsi ilə bildirmişdir. İnsanların bu yaradılışı Allaha qul olma və Allaha etimad üzərində qurulmuşdur. İnsan sərhədsiz istək və ehtiyaclarını öz-özünə qarşılamaq imkanına sahib olmadığı üçün təbii olaraq Allaha bağlanmaya, yönəlməyə möhtacdır.

Əgər insan bu yaradılışa uyğun olaraq yaşayarsa, həqiqi etimada, rahatlığa, xoşbəxtliyə və nicata nail olar. Bu yaradılışı rədd edib, Allahdan üz çevirərsə, sıxıntı, qorxu, narahatçılıq və əzab dolu bir həyat sürər.

İnsanlar üçün qəbul olunmuş bu qanun cəmiyyətlər üçün də uyğundur. Əgər bir cəmiyyət Allaha iman edən insanlardan əmələ gələrsə, adil, rahat, xoşbəxt və ağıllı bir cəmiyyət olar. Şübhəsiz ki, bunun tərsi də ola bilər. Əgər bir cəmiyyət Allahdan bixəbərdirsə, o cəmiyyətin quruluşu da təməldən dağılmış, çürük və ibtidaidir.

Allahdan üz çevirən cəmiyyətlər araşdırılarkən bu, asan*lıq*la görünür. Dinsiz düşüncənin doğurduğu ən mühüm nəticə*lərdən biri hər şeydən öncə əxlaq anlayışının yox edilməsi və tamamilə əslindən qopmuş cəmiyyətlərin meydana gəlməsidir. Dini və əxlaqi sərhədləri aşan və yalnız insan istəklərinin yerinə yetirilməsinə əsaslanan mədəniyyət əslində həqiqi mənada bir zülm sistemidir. Belə bir sistemdə cinsi azlıqdan narkotik maddəyə qədər hər cür əxlaq təşviq edilir. İnsan sevgisindən uzaq, eqoist, cahil, düşünməyən və ağlını istifadə etməyən cəmiyyətlər əmələ gəlir.

Yalnız öz istəklərini təmin etmək üçün yaşayan insanlardan əmələ gələn cəmiyyətdə rahatlıq, sevgi və sülhün bərqərar olması əlbəttə, mümkün deyildir. İnsan münasibətləri mənafelərə bağlıdır. Müdhiş bir etimadsızlıq şəraiti mövcuddur. İnsanın səmimi, dürüst, etibarlı, gözəl əxlaqlı olması üçün heç bir səbəb olmadığı kimi, saxtakarlıq etməməsi, yalan danışmaması, qeybət etməməsi üçün də bir maneə yoxdur. Çünki bu cəmiyyətlərin insanları Allahı ''unudulmuş bir şey'' (''Hud'', 11/92) olaraq qəbul etmişdilər, buna görə də Allah qorxusunu bilməyən insanlardırlar. Üstəlik, bu adamlar Allah gücünü qiymətləndir*mədikləri üçün qiyamətdən və hesab günündən də xəbərsizdirlər. Cəhənnəm isə onlar üçün sadəcə olaraq din kitablarında bildirilən anlayış olmaqdan başqa bir şey deyildir. Heç biri ölümdən sonra Allahın hüzuruna çıxıb dünya həyatında etdikləri hər günahın hesabını verəcəklərini düşünməzlər. Və ya düşünsələr belə ''Bu cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!'' dediklərinə görədir. ''Onları öz dinləri barəsində aldadıb yoldan çıxartmışdır'' (''Ali-İmran'', 3/24) deyilən ayədə bildirildiyi kimi, günahlarının cəzasını çəkib cənnətə girəcəklərini zənn edərlər. Bütün bunların bir nəticəsi kimi də dünyadakı həyatlarını mümkün olduqca istək və arzularını təmin etməyə çalı*şa*raq keçirərlər.

Vəziyyət belə olduqda, təbii olaraq bu gün bir çox cəmiyyətdə yaşanan əxlaqi pozulmalar və mənəvi çöküntü ortaya çıxar. Belələi öz məntiqlərinə görə belə düşünürlər: ''Madam ki, dünyaya bir kərə gəldim, 50-60 il yaşayıb ölüb gedəcəyəm, o halda həyatın ləzzətini çıxarım''. Bu çürük məntiq təməli üzərində qurulan düşüncə sistemində isə hər cür ədalətsizlik, oğurluq, cinayət, əxlaqsızlıq ortaya çıxa bilər. Çünki hər bir şəxs öz istək və arzularını təmin etməkdən başqa bir şey düşünməyəcəkdir. Hər kim olursa-olsun, ailəsi, dostları da daxil olmaqlı onun üçün ikinci dərəcədə əhəmiyyət daşıyacaqdır. Cəmiyyətin digər fərdlərinin isə heç bir əhəmiyyəti olmayacaqdır.

Necə ki, geniş ölçülü mənfəət və maraq üzərində qurulan cəmiyyət insanların bir-biriləri haqqında davamlı olaraq şübhəli, narahat və qərarsız bir ruh halı içində yaşamalarına səbəb olar.

Belə bir cəmiyyətdə kimin nə zaman və hansı şəkildə saxtakarlıq edəcəyi bəlli olmadığına görə, şəxslər ruhən böyük bir qorxu və narahatlıq içərisindədirlər. Qarşılıqlı yaşanan etibarsızlıq və şübhə onların həyatlarını böyük bir bədbəxtlik içində davam etdirmələrinə səbəb olmaqdadır. Hər cür əxlaqsızlığa laqeyd münasibət bəslənildiyi bu cəmiyyətdə Allah qorxusu olmadığından insanların ailə, namus və şərəf kimi anlayışlara münasibəti də son dərəcə ürküdücü görünüşdədir.

Bundan başqa, bu cür cəmiyyətlərdə insanlar arasında hörmət və sevgiyə əsaslanan bir həyat da mövcud deyildir. Cəmiyyət fərdlərinin bir-birilərinə hörmət göstərmələrinin heç bir əhəmiyyəti yoxdur. Qarşılarındakı insana qiymət verən addım atmaları üçün ancaq bir mənafelərinin olması lazım gəlir. Üstəlik, belə bir hərəkət etmək üçün öz cahil məntiqlərinə görə haqlıdırlar da. Çünki həyatları boyu heyvandan təkmilləşərək var olduqları, ruhlarının ölümlə birlikdə yox olacağı kimi təlqinlər eşidirlər. Meymun nəslindən gəlmə, torpağın altında çürüyüb gedəcək və bəlkə də bir daha görməyəcəkləri bir bədənə isə təbii olaraq hörmət etməyi mənasız görürlər. Öz xarab məntiqlərinə görə, ''necə olsa, qarşılarındakı insan da, özləri də ölüb torpağın altına girəcək, çürüyüb gedəcək və ruh olaraq da tamamilə yox olacaqdır, o halda nə üçün digər insanlara yaxşılıq etmək, fədakar olmaq kimi zəhmətlərə qatlansınlar ki..''.

Bəli, həqiqətən də Allah və axirət inancı olmayan hər insanın ağlında bu fikirlər yatır. Bu səbəblərə görə də Allah etiqadı olmayan cəmiyyətlərdə əsla rahatlıq, xoşbəxtlik, etibar mühiti əmələ gəlməz.

Bütün bu bildirdiklərimizin məqsədi ''Allah inancı olma*yan cəmiyyələrdə tənəzzül olar, o halda Allah inancı olmalıdır'' ki*m*i bir məntiq qurmaq deyildir. Allah vardır və Onu inkar edən Ona qarşı böyük bir günah etmiş olur. Allah inancının olmadığı halda cəmiyyətlərin çürüdüyünə işarə etməkdəki məntiqimiz isə bu cəmiyyətlərin təməldən səhv bir fikrə sahib olduqlarını vurğulamaqdır. Səhv fikirlər pis nəticələr doğurur. Allahı inkar etmək kimi ən böyük xəta edən bir cəmiyyət də ən pis nəticələrlə qarşılaşır.

Bu cür cəmiyyətlərin ortaq xüsusiyyəti kütləvi bir Aldan*ma içində olmalarıdır. ''Əgər sən yer üzündə olanların əksəriy*yətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar'' (''Ənam'', 6/116) deyildiyi ayədən də aydın olduğu kimi, bu düşüncədə olmaq bir növ ''kütlə'' psixologiyası yaradır və onsuz da var olan inkarı daha da qüvvətləndirir. Allahdan və axirətdən xəbərsiz olan bu cür cəmiyyətləri Allah Quranda ''cahiliyyə'' cəmiyyəti adlandırır. Çünki cəmiyyətin üzvləri hər nə qədər fizika, tarix, biologiya, ya da oxşar bir elmlə maraqlansalar da, Allahın gücünü və böyüklü*yünü tanıya biləcək ağıl və vicdana sahib deyildirlər. Və bu məna*da cahildirlər.

Cahiliyyə cəmiyyətinin üzvləri Allaha bağlı olmadıqlarına görə Onun yolundan fərqli yollara düşürlər. Eynilə özləri kimi aciz qul olan insanların düşüncələrini mütləq doğru olaraq qəbul edirlər. Və nəticədə cahiliyyə topluluğu onu ağıl və vicdandan qoparan qapalı bir sistem əmələ gətirir. Yuxarıda da bildirdiyimiz kimi, bu sistemin ən nəzərəçarpan xüsusiyyəti bu insanların dinsizlik təlqinləri istiqamətində hərəkət etmələridir.

Allah Quranda belə həyatın boş və çürük təmələ əsaslandığını bildirir: ''Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşısıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalim tayfasını doğru yola yönəltməz!'' (''Tövbə'', 9/109).

Ancaq burada unudulmaması lazım olan bir nöqtə vardır: hər cəmiyyət, hər insan cahiliyyə sisteminin bu təlqinlərindən, həyat tərzindən və fəlsəfəsindən qurtulma fürsətinə sahibdir. Çünki Allah belələri üçün onlara xəbərdarlıq edən, Allahın və axirətin varlığını, həyatlarının həqiqi mənasını bildirən elçilər və elçiləri ilə bərabər, insanların vicdanı ilə soruşduqları hər suala cavab verən haqq kitabları göndərir. Bu Allahın əzəldən bəri davam edən qanunudur. Necə ki, zamanımızda da doğru yol göstərən, qaranlıqdan aydınlığa çıxaran haqq kitabı olan Quran bütün insanların rəhbəridir. Ancaq bundan sonra insanlar seçimlərinə (doğru və səhv yol) görə qarşılıq görəcəklər. Necə ki, o kitabı insanlara gətirən elçi bu çağrışı etmişdir: ''De ki, ''Bu mənim yolumdur. Mən və mənə tabe olan açıq-açşkar bir dillə insanları Allaha çağırırıq. Allah pak və müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!'' (''Yusif'', 12/108).
(harun yahya Allah ağılla bilinir)