VƏD EDİLƏN HƏQİQİ YURD: AXİRƏT

Kainatda olan heç bir cismin, meydana gələn heç bir hadisənin, qəbul olunan heç bir qanunun boş və məqsədsiz olmadığını ağıl və vicdan sahibi olan hər insan qavrayır. İçində yaşadığımız kainat əvvəlki bölmələrdə də bəhs edildiyi kimi, çox həssas tarazlıqlar üzərində qurulmuşdur. Bəs hər halı ilə yaradıl*dığı şübhə qəbuletməz bir həqiqət kimi sübut olunmuş kainatın məqsədsiz yaradılmış olması mümkündürmü?

Əlbəttə, xeyr!

Düşünün ki, milyardlarla qalaktika içində bir toz parçası qədər yeri olmayan dünyanın üzərində yaşayan insanların belə etdikləri hər işdə bir məqsəd axtararkən kainatın bütövlükdə məqsədsiz şəkildə var olduğunu iddia etmək nə dərəcədə məntiqlidir?

Necə ki, Allah insanlara yaradılışlarının boş bir məqsəd üçün olmadığını bildirmişdir: ''Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?'' (''Mu*mi*nun'', 23/113).

''Biq Banq''dan atomlara, atomlardan qalaktikalara və qalaktikalardan nəhayət, yer səthinə qədər uzanan möcüzəvi hadisələr sayəsində bu gün yer üzündə həyat vardır. Üstəlik, elə bir həyat ki, hər ehtiyacı incə planlanmış və ən məqsədəuyğun şəkildə var edilmişdir. Göy üzündə ehtiyac duyulan bütün enerjini verən Günəş, yer altında saxlanılmış ehtiyaclar, hər küncü milyonlarla növ bitki və heyvanla bəzədilmiş bir dünya...

Fəqət, bu ana qədər bildirdiyimiz bütün qeyri-adi hadisələrə baxmayaraq insanlar hələ də Yaradıcının varlığını inkar edə bilirlər. Tək bir spermadan insan halına gəlməyi qəbul edən bu insanlar Quranda bildirildiyi kimi, ölümdən sonra diriləcək*lərinə inanmamaqda və müxtəlif əsassız fikirlər söyləməkdədirlər. İnkar edənlərin əsassız məntiqlərini və onlara verilən cavabı Allah Quranda belə göstərmişdir: ''Öz yaradılışını unudub ''çürümüş sümükləri kim dirildə bilər?!'', -deyə hələ bizə bir məsəl də çəkdi. De ki ''Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!'''' (''Yasin'', 36/78-79).

Allah kainatda olan hər şeyi müəyyən bir məqsəd üçün yaratmış və ''hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan da Odur. O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır'' (''Mülk'', 67/2) söyləndiyi ayədə də insanın yaradılışındakı qayəni açıqlamışdır. Bu ayədən də başa düşüldüyü kimi, dünya bir sınaq yeridir və müvəqqətidir. Həm bütün insanlar, həm də dünya üçün zamanı Allah qatında müəyyən olunmuş bir son vardır. İnsanlar özlərinə verilən qısa ömrü Allahın müəyyən etdiyi və Quranda bildirilən sərhədlər çərçivəsində yaşamaq məcburiyətindədirlər. Buradakı əməllərinin qarşılığını isə axirətdə alacaqlar.

SONSUZ ƏZAB

Kitab boyu Allahın varlığının açıq dəlillərini, Allahı inkara əsaslanan sistemlərin kimlər tərəfindən yaradıldığını və bu insanların necə bir mühit əmələ gətirməyə çalışdıqlarını bildirdik. Bildirilənlərin hamısı ''dünya həyatı''na aid olan mövzulardır. Ancaq mövzunun bir də ölümdən sonrakı yaşamdan, yəni ''axirət''dən bəhs edən tərəfi üzərində dayanmaq lazımdır.

İnsanlar arasında Allahı inkara əsaslanan sistemləri yaymağa çalışanlar dallarınca apardıqları adamlara sıxıntılı bir həyat yaşadırlar. Və bu insanlar axirətdə də arxalarınca sürüklədikləri insanların əzablarına səbəb olacaqlar. Üstəlik, dünyada onları izləyən ağılsız insanlara göstərdikləri marağı, qay*ğı*nı orada heç bir şəkildə gəstərməyəcəklər. Əksinə, orada əzab*dan qurtula bilmək üçün hər şeylərindən keçməyə hazır olacaqlar.

''Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (əzabdan qurtulmaq üçün) fidyə verərdi'' (''Yunus'', 10/54) -bu ayədə bildirildiyi kimi, yalnız özlərini qurtarmağın dərdini çəkəcəklər. Dünyada inkara başçılıq edən insanların başlarına gələcəklər başqa ayələrlə də insanlara çatdırılmışdır: ''...Hər tayfa girdikcə dindaşına və ya tayfasına lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə cəhənnəmdə toplandıqları zaman sonra gələnlər əvvəl gələnlər barəsində deyəcəklər: ''Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver!''. Allah buyuracaq: ''Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!''. Əvvəl gələnlər isə sonrakılara ''Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Buna görə də qazandığınız günahların cəzası kimi dadın əzabı!'' de*yə*cək*lər''. (''Əraf'', 7/38-39).

Göründüyü kimi, insanların inkarda öndə gedənlərdən və ya geridə qalanlardan olmaları, etdikləri günahlar üzündən sonsuz əzaba düçar olacaqlar. Allah Quranda bu adamların, qiyamət gününü və cəhənnəmdə düşəcəkləri ruh halını, şəraiti və yaşayacaqları əzabı təfərüatlı şəkildə təsvir etmişdir.
(harun yahya Allah ağılla bilinir)