CƏHƏNNƏM

İnsanın onu yaradan, ona can verən Allaha üsyan etməsi ən böyük günahdır. Allaha qul olmaq üçün yaradılmış insan yaradılış məqsədinə uymaması vəziyyətində etdiyi günahın böyüklüyünə uyğun bir cəzaya təbii olaraq layiq olar. Bu cəzanın veriləcəyi yer isə CƏHƏNNƏMDİR.

İnsanların çoxu bir sərxoşluq içində belə böyük cəzanı heç düşünmədən yaşayarlar. Bu sərxoşluğun altında yatan səbəblərin ən mühümü Allahın sonsuz gücünə qiymət verməmələridir. Çünki bir çox insan Allahı sadəcə mərhəmət, şəfqət sahibi, bağışlayan kimi qəbul edər, amma Ona qarşı duyulması lazım olan dərin və həssas qorxunu hiss etməz. Bu da bəhs edilən insanların Allahın əmr və tövsiyyələrinə qarşı biganə olmalarına səbəb olur. Allah Quranda insanlara bu təhlükə ilə bağlı belə xəbərdarlıq edir: ''Ey insanlar, Rəbbinizdən qorxun! Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi gündən həzər edin. Allahın vədi şübhəsiz ki, haqdır. Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib tovlamasın!'' (''Loğman'', 31/33).

Bəli, ən gözəl ad və sifətlərin sahibi olan Allah şəfqətlidir, mərhəmətlidir, bağışlayandır. Amma yaddan çıxarmaq olmaz ki, Allah eyni zamanda sonsuz ədalət sahibidir. Qahhardır (məhv edici), Cabbardır (istədiyini zorla da olsa etdirir), Allah möminlərə yaxındır, amma müşriklərdən uzaqdır, müntakımdır (intiqam alan) və cəhənnəm Onun bu sifətlərinin bizim bildiyimiz mənada ən dəqiq göründüyü yer olacaqdır. Allahın ayələrində bizə bildirildiyi kimi, cəhənnəm həyatı da, cənnət həyatı da sonsuza qədər davam edəcək və içərisindən Allahın istəməsi xaricində çıxılmayacaqdır: ''Onlar ''Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz'' deyərlər. Onlara söylə ki ''Siz Allahdan belə bir vəd almısınızmı? Allah heç vaxt öz əhdindən dönməz. Yoxsa Allaha qarşı gəlib, bilmədiyinizi söyləyirsiniz?''.

Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar'' (''Bəqərə'', 2/80-82).

''İnsanlar orada atəş, istilik, qaranlıq, sıxlıq, aclıq-susuzluq, tikan, irin, qaynar su, zəkkum kimi dünyada əsla xoşlamadıqları şeylərlə qarşılaşırlar. Bundan başqa, fiziki olaraq əziyyət verən əzabların yanında, qəlblərə dağ çəkən böyük bir mənəvi əzabla da qarşılıq görəcəkdirlər'' (''Huməzə'', 104/5-9).

Allahın varlığını qulaq ardına vuran insanların cəhənnəmdə yaşayacaqları qorxunc hadisələr ayələrdə dəqiqləş*dirilmişdir.

Ayələr mövzunun insana görə nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Çünki cəhənnəm əzabı elə əzabdır ki, dünyadakı heç bir sıxıntı ilə müqayisə edilə bilməz. Allah Quranda inkar edənləri gözləyən bu qorxunc sonu belə bildirir: ''Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Bilirsənmi Hütəmə nədir? O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb yaxar. O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara bağlanmış olacaqlar'' (''Huməzə'', 104/4-9).

''Bir çox üzlər zəlil görkəm alacaq. Zəhmət çəkib yorulacaq. Yanar oda girəcəkdir. Və onlara qaynar bulaqdan içirdiləcəkdir. Onların yeməyi zəridən başqa bir şey olmayacaqdır. O yemək nə qüvvət verər, nə də aclıqdan qurtarar'' (''Ğaşiyə'', 88/2-7).

''Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu atəş hazırlamışıq'' (''İnsan'', 76/4).

''Bu, günahlıların yalan hesab etdikləri Cəhənnəmdir! Onlar cəhənnəm odu ilə qaynar su arasında dolanıb duracaqlar''. (''Rəhman'', 55/43-44).

''Kafir olanları cəhənnəm odu gözləyir. Nə onların ölümünə hökm olunar ki ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq! Onlar orada fəryad edib deyəcəklər: ''Pərvərdigara! Bizi burdan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, edirdik''. Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı? Hələ sizi qorxudan peyğəmbərlər də gəlmişdi. Dadın. Zalimlərin imdadına çatan olmaz!'' (''Fatir'', 35/36-37).

''O atəşi uzaqdan görüncə, onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onların əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdə dar bir yerə atıldıqları zaman ölüm diləyərlər. Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!'''' (''Furqan'', 25/12-14).
(harun yahya Allah ağılla bilinir)