İNSANLARA VƏD

EDİLƏN ƏSL YURD: CƏNNƏT

''Etdikləri əməllərin mükafatı olaraq möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!'' (''Səcdə'', 32/17).

Allaha olan imanları və Ona göstərdikləri bağlılıq üzündən inananlara vəd edilən yer CƏNNƏTDİR.

Cənnət bir çox ayədə də bildirildiyi kimi, insanlar üçün cürbəcür nemətlərlə təchiz olunmuş, əbədi bir səadət yeridir. Allah dünyadakı əməllərinin qarşılığı olaraq iman edənləri cənnətlə mükafatlandırır.

Cənnət Allahın ''Rahim'' (Rəhməti yalnız nemətlərə şamil olan, artıqlaması ilə mərəhəmətedici, verdiyi nemətləri yerində istifadə edənləri daha üstün və əbədi nemətlərlə mükafatlandıran) sifətini göstərdiyi yerdir. Buna görə də cənnət insan ruhunun istədiyi hər şeyin olduğu, ayələrlə bildirildiyikimi çox gözəlliklər yurdudur.

Cənnət deyilincə çox adamın ağlına onunla əlaqəli məhdud düşüncələr gəlir və bu adamlar cənnətin yalnız təbiət gözəllikləri, yaşıllıqla bəzəkli bir məkan olduğunu düşünürlər. Lakin bu məhdud düşüncə ilə Quranda bildirilən cənnət arasında böyük bir fərq vardır. ''...Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!'' (''Zuxruf'', 43/71) buyrulan ayədə cənnətdə insanın arzu etdiyi hər şeyin olduğu bildirilir. Digər bir ayədə cənnətdə insanın dilədiyi hər şeyin daha artığının olduğu ''Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur'' (''Qaf'', 20/35) ifadəsilə açıqlanmışdır.

Qısaca, cənnətdə zənn edildiyinin əksinə, insanın həyatı boyu heç görmədiyi, xəyalına belə gətirə bilməyəcəyi məhdudiyyətsiz nemətlər vardır. Möminlər dünya həyatında Rəbblərinə təslim olmağın, Onun dilədiyi kimi yaşamağın əvəzini əbədi içində qalacaqları cənnətlə alacaqlar.

İnsanlara vəd edilən cənnətin təsviri müxtəlif ayələrlə verilmişdir: ''İman gətirən və yaşxı işlər görən şəxslərə müjdə ver: -onlar üçün altından çaylar axan cənnətlər vardır. O cənnətlərin meyvələrindən bir ruzi yedikləri zaman ''Bu bizim əvvəlcə yediyimiz ruzidir'' deyəcəklər. Əslində isə bu meyvələr dünya meyvələrinə yalnız zahirən bənzəyir. Onlardan örtü orada hər cəhətdən pak olan zövcələr də var. Onlar orada əbədi qalacaqlar'' (''Bəqərə'', 2/25). ''Allahdan qorxub, pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar. Ora sağ-salamat və əmin-amanlıqla daxil olun. Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər. Onlara cənnətdə heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər'' (''Hicr'', 15/45-48).

''Onları altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O nə gözəl mükafat, o cənnət necə də gözəl məkandır!'' (''Kəhf'', 18/31).

''Cənnət əhli bu gün keflə, əyləncə ilə məşğuldur. Onlar və zövcələri kölgəliklərdə taxtlara söykənmişlər. Orada onlar üçün meyvə və istədikləri hər şey vardır. Onlara rəhmli Allahdan ''salam'' deyiləcəkdir'' (''Yasin'', 36/55-58).

''Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə -bağçalarda və bulaqlar başında olacaqlar! Taftadan və atlasdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər. Belədir. Hələ onları iri gözlü hurilərlə evləndirəcəyik. Onlar orada arxayın olaraq hər meyvədən istəyəcəklər. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar! Allah onları cəhənnəm əzabından qorumuşdur -sənin Rəbbindən bir lütf olaraq'' (''Duxan'', 44/51-57).

''İman gətirib yaşxı işlər görənləri altından çaylar axan cənnət güşələrində sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. Yaxşı əməllər edənlərin mükafatı necə də gözəl*dir!'' (''Ənkəbut'', 29/58).

SONSUZ ƏZABDAN QURTULMAQ ÜÇÜN BİR XATIRLATMA

Əlbəttə, hər insan dünyada istədiyi şəkildə yaşamaqda, istədiyi yolu seçməkdə sərbəstdir. Heç bir insanın digəri üzərində hər hansı bir məcburiyyəti ola bilməz. Ancaq Allahın varlığına və sonsuz ədalətinə iman edən insanlar kimi hamımızın vəzifəsi inkar edən və içində olduqları vəziyyətin, gedişatın fərqində olmayan insanlara xəbərdarlıq edib qorxutmaqdır. Çünki Allah bu insanların içində olduqları vəziyyətin vahiməliliyini ayələrində belə bildirilmişdir: ''Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub, onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalim tayfasını doğru yola yönəltməz'' (''Tövbə'', 9/109).

Dünyada Allahın ayələrindən üz çevirən və şüursuzcasına Yaradanını inkar edən insanların axirətdə heç bir qurtuluşları olmayacaqdır. Əgər tövbə edib özlərini yaradan Allaha yönəltməsələr, ola biləcək ən böyük cəza ilə qarşılaşacaqlar. Onları gözləyən sonsuz əzab Quranda belə xəbər verilir: ''Ayələrimizi inkar edənlər isə əməl dəftərləri sol əllərinə verilənlərdir! Onları hər tərəfi qapalı cəhənnəm gözləyir!'' (''Bələd'', 90/19-20).

Sonsuz əzabdan qurtulmağın və əbədi cənnətə layiq olmağın isə yolu bəllidir: gec olmadan Allaha qəlbdən iman etmək, bütün həyatını Onu razı edəcək davranışlarla keçirmək...
(harun yahya Allah ağılla bilinir)