HƏR ŞEYDƏ XEYİR GÖRMƏK



GİRİŞ

Belə keçmişə doğru bir baxıb bugünə qədər yaşadıqlarınızı qısaca gözdən keçirəcək olsanız, on illərə sığan hadisələrin əslində dəqiqələri aşmadığını görərsiniz. Bir zamanlar çox önəmli olduğunu düşündüyünüz, bəzən həyacanla bəzən narahatlıqla bəzən də maraqla gözlədiyiniz bütün hadisələr sizin üçün artıq bir xatirə olmuşdur. Bütün bunlardan dünyavi mənada geriyə qalana yalnız yaddaşınızdakı məlumatlardan ibarətdir. Ancaq bütün bu zaman hissəsi içərisində sərf etmiş olduğunuz hər söz, göstərmiş olduğunuz hər rəftar, ağlınızdan keçirdiyiniz hər düşüncə, Allah qatında saxlanmış vəziyyətdədir.

Hər insanın mütləq olaraq qarşılaşacağı ölüm həqiqətiylə birlikdə bu məlumatlar qarşınıza töküləcəkdir. Sizin yaddaşınızda artıq dəqiqələrlə ifadə etdiyiniz ömrünüz Allah Qatında sizə an an, dəqiqə dəqiqə, tək bir saniyəsi belə əksik olmadan təqdim olunacaq.

Əgər ömrünüzü, Allahın həyatınız üzərindəki mütləq hakimiyyətini və hikmətli yaradışını fərq edərək keçirmisinizsə, qarşınıza çıxan bütün hadisələri xeyirə yozub, Allahın qədərinizi ən xeyirli şəkildə yaratdığının şüuruna varmısınızsa, bilin ki son sizi nüçün yenə xeyir olacaqdır.

Çünki ölüm ilə birlikdə insanın qarşı-qarşıya qala biləcəyi yalnız iki ehtimal vardır; əgər insan ömrünü Allahın razı olduğu əxlaqı yaşayaraq keçirmişsə, sonsuz bir qurtuluşla, əksinə isə sonsuz bir əzabla qaşılıq tapacaq. Allahın məmnun olacağını bildirdiyi əxlaq isə, insanın, hər şeyin Ondan gəldiyini bilərək, hər an hər şərt və vəziyyətdə Ona şükretməsi, bütün həyatını hər hadisədə bir xeyir olduğuna iman edərək yaşamasıdır.

İnsanın yaşadığı bütün hadisələrdən məmnun ola bilməsi, hər hadisədə bir xeyir olduğuna iman etməsi və hər an Allaha qarşı şükredici bir rəftar göstərəbilməsi isə, son dərəcə asandır. Bu, Allahın böyüklüyünü və üstünlüyünü qavramanın insanı çatdırdığı qəti bir həqiqətdir. Bunun üçün insanın yaşadığı dünyanı və bu dünyada qarşılaşdığı hər bir şeyi yaradan Rəbbimizi tanıması Onu gərəyi kimi təqdir edə bilməsi kifayətdir. İnsanın gözlərini dünyaya açdığı andan etibarən qaşılaşdığı hər hadisəni, eşitdiyi hər sözü, həmsöhbət olduğu hər bir şeyi yaradan Uca Allahdır. Allah sonsuz qüvvət, sonsuz ağıl, sonsuz ədalət və sonsuz hikmət sahibidir.

Quranda, “Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq” (Qəmər Surəsi, 49) ayəsiylə də bildirildiyi kimi Allah hər şeyi müəyyən bir plan və hikmət istiqamətində yaratmaqdadır. Allahın bu sonsuz güc və üstünlüyünə qarşılıq insan isə son dərəcə məhdud və aciz bir varlıqdır.

Həyatda qala bilmək üçün Allahın özünə imkan tanımasına və nemət verməsinə möhtacdır. Ağılı və anlayışı, ancaq Allahın özünə öyrətdiyi qədərini qavramağa kifayətdir. Bu vəziyyətdə Allahın sonsuz ağılına və sonsuz hikmətlərlə dolu yaradışına təslim olmaq insan üçün böyük bir ehtiyacdır. Hər yaşadığı hadisədə Allahın bütün kainatın və bütün varlıqların hakimi olduğunu biləcək, özünün görmədiyi, bilmədiyi hadisələri Allahın görüb bildiyini, özünün eşidə bilmədiyi səsələri Onun eşitdiyini, yenə özünün xəbərsiz olduğu keçmişdəki və gələcəkdəki bütün inkişafları Rəbbimizin bildiyini düşünəcək və beləcə də Allahın hər hadisəni ola biləcək ən hikmətli və ən xeyirli şəkildə yaratdığını biləcəkdir. Bu həqiqətə iman etmək də ona, həyatın hər anına şükredəbilməyi bilən üstün bir əxlaq qazandıracaq. Bir başqa şəkildə ifadə edəcək olsaq, insan yaşadığı bu iman ilə eşitdiyi hər səsə, gördüyü hər görüntüyə, yaşadığı hər hadisəyə, qısacası həyatın hər anına “xeyir gözüylə baxacaq” və beləcə həyatı ən həqiqi və ən doğru şəkliylə şərh edə bilmiş olacaq.

Və ayədə, “Biz ona yolu göstərdik; (artıq o,) ya şükredici olar ya da nankor” (İnsan Surəsi, 3) hökmüylə xəbər verilən seçənəklər arasından ən doğrusunu seçərək, həyatın ən xeyirli nəticəsini götürəcək və Allahın icazəsiylə ən xeyirli həyat olan sonsuz cənnət həyatına qovuşmağı ümid edəcək.

Bu kitabın məqsədi ilə insanlara həyatı, yaşanan hər anı, hər hadisəni xeyirə yozaraq yaşamanın gözəlliyini göstərəbilmək, qədərin hər saniyəsinə xeyir gözüylə baxmanın insana dünyada və axirətdə gətirəcəyi nemətləri xatırlada bilməkdir. Yenə eyni şəkildə insanın xeyirləri görəbilməsini maneə törədən pərdələri ortadan qaldıraraq, əksinə bir həyat şəklindən xilas ola bilməsini təmin edə bilməkdir.

İnsanın qədərinin hər anına yalnız diliylə deyil, ürəyiylə də “vardır bir xeyir” deyə biləcəyi, yaşadığı çətinliklərə şübhə ilə deyil ürəkdən gələn gözəl təslimiyyətlə və məmnuniyyətlə səbir göstərəbiləcəyi bir əxlaqa təşviq etməkdir. Qədərin qüsursuz yaradıldığını xatırladaraq bütün inananları Allahın sonsuz ağlına təslim olmanın sevincini yaşamağa çağırmaqdır.
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)