XEYIRLƏRİ GÖRƏ BİLMƏNİN YOLLARI

Hər Hadisəni, Hər Detalı Yaradanın Allah olduğunu Bilmək…

İnsanların bir çoxu müsbət olaraq qiymətləndirdikləri hadisələrlə xoşbəxt olarkən, mənfi ya da tərs gedir kimi görünən hadisələrlə birlikdə də hüzünə qapılarlar. Halbuki iman edən insanlar üçün belə bir çətinliyə düşmək son dərəcə yersizdir. Allah, Quranda hər hadisəni saleh qullarının xeyirinə yaratdığnı müjdələmiş, onlar üçün heçbir zaman hüzün və çətinlik ola bilməyəcəyini xəbər vermişdir.

Quranda izah edilən bu həqiqəti ürəyinə yerləşdirən bir insan, dünya həyatında hər nə hadisəylə qarşılaşırsa qarşılaşsın, vəziyyətindən məmnun olmağı və bu hadisənin ardında gizlənən gözəllikləri və hikmətləri görəbilməni bacarar.

Bəzi insanlar isə, illər içərisində yaşadıqları bu dünyanın niyə və necə var olduğunu heç düşünmədən həyatlarını yaşamalarına davam edərlər. Əlbəttə ki vicdani olaraq qarşılarına çıxan möcüzələrin və mükəmməl kainatın bir Yaradıcısı olduğunun fərqindədirlər. Ancaq dünya həyatına olan sevgilərindən ya da qarşı-qarşıya gələcəkləri həqiqətləri qəbul etmək istəməmələrindən ötəri Allahın varlığını düşünməkdən qaçarlar. Günlük həyatda qarşılaşdıqları hadisələrin hamısı Allahın bir plan və bir hikmət istiqamətində yaratdığını görməzlikdən gəlir, bunları şans ya da təsadüf kimi xəyali anlayışlarla açıqlamağa çalışarlar. Bu da onların hadisələrə xeyir gözüylə baxmalarını, yaşadıqlarından hikmətli sonlar çıxarabilmələrinə mane olar. Kimiləri də Allahın varlığını bilər, bütün kainatı və insanı yaradanın Allah olduğunu idrak edərlər. Yağışı yağdıranın, şimşəyi çaxtıranın ya da günəşi doğduranın Allah olduğunu bilərlər. Əksinə bir düşüncəyə əsla ehtimal verməzlər. Ancaq günlük həyatda qarşılarına çıxan hadisələrin ya da kiçik kimi görünən detalların Allahdan müstəqil olaraq inkişaf etdiyini sanarlar. Halbuki evlərinə girən bir oğrunu, ayaqlarına ilişən bir daşı, yağan bir yağışı, məhsul verən ya da çətinləşən bir ərazini, xeyirə gedən ya da zərərə düşən bir işi, unudulub yanan bir yeməyi də yaradan həmişə Allahdır. Bu mövzuda insanın düşüncə üfüqünü ala bildiyincə genişlədərək düşünməsi lazımdır. Çünki hər hadisə, hər detal Allahın məlumatı daxilində var olar. Hər hadisə çox incə bir plan üzərinə Allahın sonsuz ağıl və hikməti ilə yaradılmışdır. İnsanın ayağına sıçrayan bir palçıq damlasından tut, partlayan bir şindən, dəridə yaranan bir parazitdən, bir xəstəlikdən, yazılan bir yazıdan söylənən ən kiçik bir sözə qədər hər şeyi özəl bir plan üzərinə Allah insanın qarşısına çıxarmaqdadır.

İnsanın gözlərini dünyaya açdığı andan etibarən qarşılaşdığı yaxşı ya da pis kimi görünən hər hadisəni Allah yaratmaqdadır. Həyata bir bütün olaraq kainatın tək hakimi olan Allah nəzarət etməkdədir. Allah qüsursuz, mükəmməl, hikmətli və ən gözəl şəkildə yaradandır. Bu, Uca Allahın yaratmış olduğu qədərdir; Allahın yaratdığı qədərdəki hadisələr arasından bir qismini ayırıb bir kənara atmaq və bunlara yaxşı digərlərinə isə pis kimi bir yaraşdırma etmək mümkün deyil. Elə isə insana düşən bu mükəmməlliyi görüb təqdir etmək və Allahın ağlının ola biləcək ən qüsursuz sonları yaradacağını bilərək hər hadisəni xeyirə yozmaqdır. Çünki Allaha iman edən və imanı ilə hər hadisəni xeyir gözüylə qiymətləndirib, xeyirə şərh edən bir insan dünyada da axirətdə də həmişə xeyir və gözəlliklərlə qarşılaşacaq.

Yuxarıda söz etdiyimiz bu böyük həqiqətə, Quranda çox ayələ diqqət çəkilmişdir. Bu üzdən qədər həqiqətini unutmaq böyük bir səhv olar. Allahın yaratdığı qədər təkdir və eynisi ilə yaşanar. Bəzi kəslərin ağlına qədər deyildiyində sanki “fəlakətə təsəlli” kimi səhv bir anlayış gəlir. İman edənlər isə qədəri ən doğru şəkildə qavrayar və qədərinin özləri üçün ən xeyirlisi olduğunu bilərlər.

Qədər Müsəlman üçün başdan sona qüsursuz hazırlanmış, hikmət və xeyirlərlə dolu bir cənnət hazırlığıdır. Möminin bu dünyada qarşılaşdığı hər çətinlik cənnətdə sonsuza qədər götürəcəyi zövqlərin, sevincin və dincliyin qaynağıdır. “…Çətinliklə birlikdə bir asanlıq vardır” (İnşirah Surəsi, 5) ayəsi də bir yönü ilə bu həqiqətə işarə etməkdədir. Möminin göstərdiyi səbir və cəsarət, çox gözəl nemətlərlə sonsuza qədər mükafatlandırılmış halda qədərdə yazılıdır.

Bir möminin gün içərisində bəzi hadisələrə üzüləbilər, narahatlıq hiss edə bilər. Bu üzüntü və narahatlığın səbəbi o an üçün, qarşısına çıxan hadisələrin qədərdə olduğunu, hər şeyi Allahın yaratdığını unutmuş olmasıdır. Ona, “bu hadisəni Allah xeyirlə yaratdı” deyilsə əgər o anda qafil deyilsə dərhal həqiqətləri görər və rahatlayar. Bu üzdən müsəlman an an hər hadisənin qədərdə olduğunu daim xatırlamalı və xatırlatmalıdır.

Allahın əzəldə xeyir və hikmətlə hazırladığı hadisələrə təvəkkül etməli, gözəlliklərini görməyə, hikmətlərini anlamağa çalışmalıdır. Hər insan Allahın diləməsi ilə bu həqiqətləri anlaya bilər. Bəlkə hadisələrdəki saysız xeyir və hikmətin hamısı ilk anda olmaya bilər; amma əgər bir hadisə gerçəkləşmişsə bilinməlidir ki o onsuz da Müsəlman üçün Allahın yaratdığı xeyir və hikmətlə birlikdə reallaşmışdır.
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)