Kimsəyə Qaldıra Biləcəyindən Çox Yük Yüklədilməz

Allah hər insanı dəyişik hadisələr və bəzilərini vəsilə edərək fərqli fərqli sınaqlara tabe tutmaqdadır. Amma bu nöqtədə bunu ifadə etmək lazımdır ki, Allah sonsuz ədalət sahibidir və qullarına qarşı Halim (çox yumuşaq olan)dır; insana gücünü aşan bir yükümlülük verməz. Bu, Allahın bir vədidir:

Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz. (Möminin Surəsi, 62)

İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! (Araf Surəsi, 42)

İnsanın dünya həyatında qarşılaşa biləcəyi hər cür ağır imtahan, xəstəliklər, qəzalar, maddi və mənəvi çətinliklər və digərləri onun qaldıra biləcəyi sərhədlərin içində iştirak edən sınaqlardır. Lakin adam, gözəl əxlaqı və səbri deyil də şeytanın özəlliyi olan üsyanı və nankorluğu seçsə o zaman bu öz seçimidir və bu rəftarlarından məsul tutulacaq.

Zaman zaman meydana gələn hadisələrdə insan artıq bir çıxış yolunun qalmadığını, hər şeyin bitdiyini, bunun aşa bilməyəcəyi bir çətinlik olduğunu düşünəbilər. O hadisədə bir xeyir ola biləcəyini unudaraq üsyankar bir tutum sərgiləyə bilər. Amma bunlar əslində yalnız şeytanın verdiyi boş vədlərdir. Səmimi bir mömin bu həqiqəti bilməlidir ki, qarşılaşdığı hadisə hər nə olursa olsun, mütləq gözəl əxlaq göstərəbiləcəyi və səbr edə biləcəyi bir vəziyyət ilə qarşı-qarşıyadır. Ümidsizliyə qapılmaq isə şeytandan gələn bir vəsvəsədir. Allah qullarına Öz rəhmətindən ümid kəsməməyi belə əmr etmişdir:

Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!

(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!

(Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! (Zumər Surəsi, 52-54)

Allahın yuxarıdakı ayələrlə bildirdiyi əmrinə uyğun gələn və xeyir düşünən insan yenə ayələrdə bildirdiyi kimi, xeyirlə qarşılaşar: ümid kəsən isə tək və köməkçisiz qalar. Allah, Öz Rəhmətindən ümid kəsənlərin inkarcılar olduğunu belə bildirmişdir:

Allahın ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir. (Ənkəbut Surəsi, 23)

Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusif Surəsi, 87)

Mömin Allahın əmri gərəyi əsla ümidsizliyə qapılmamalı və qarşılaşdığı hadisələri daha dərininə təfəkkür etməlidir. Bir çətinliklə qarşılaşdığında bunları düşünməlidir: Bu sınaq əsnasında öz cəsarətini, səbrini, şəfqətini, vəfasını, sədaqətini, sevgisini, fədakarlığını bu dünyada seyr edərək əslində özünə şahidlik etməkdədir. Yaddaşında qalan məlumat ilə axirətə getdiyində, bu gözəl xasiyyətlərinə və rəftarlarına qarşılıq cənnətin verildiyini anlaması ona ayrı bir həzz və zövq səbəbi olacaq. Çətinlikləri görən nəfs onların yerinə cənnətdə verilən asanlıqları və nemətləri şüurlu, bilincli, dərin bir qəbul ilə hiss edəcək və dolayisiylə böyük bir zövq alacaq. Unutulmamalıdır ki, çətini bilməyən, asanlığın nə olduğunu anlaya bilməz; anlasa da çətini bilən insanın şüuru və dərinliyi ilə hiss edə bilməz. Bu üzdən möminin dünyada yaşadığı hər çətinlik, axirətdə özü üçün böyük bir zövq qaynağı olacaq.

Ayrıca dünyada səbirli, ağıllı, asanlaşdırıcı, məqbul, bağışlayıcı, şəfqətli, sevgi dolu, gözəl əxlaqlı olmanın ayrı, dərin bir imani zövqü vardır. Bir mömin bu gözəl özəllikləri özündə gördüyündə böyük bir zövq alar; başqa möminlərin özündən götürdüyü imani zövqü hissetdiyində mömin isə bunlardan da ayrı bir zövq alar. Bu zövq, məmnuniyyət və gözəllik Allahın icazəsiylə cənnətdə sonsuza qədər davam edər.
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)