Qədər Həqiqətini Səhv Anlamaq

İnsanlar həyatları boyunca gələcəkləri üçün, sabahsı gün və ya bir saat sonrası üçün müxtəlif planlar edərlər. Bu planlar bəzən əvvəldən hazırlandığı kimi reallaşar, bəzən isə gözlənilməz inkişaflar səbəbindən axsayar. Dindən uzaq insanlar bu axsamaların təsadüfən meydana gəldiyini zənn edərlər. Həqiqətdə isə nə planlanan proqramlar işləməkdə, nə də ümid edilmədik axsamalar olmaqdadır. Bu plan istər reallaşsın, istər reallaşmasın bir insanın qarşısına çıxan hadisələrin bütünü, yalnız o adamın qədərində, Allahın əvvəldən təqdir etmiş olduğu hadisələrdən ibarətdir. Bir ayədə bildirildiyi kimi; O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr. (Səcdə Surəsi, 5) Və yenə bir başqa ayədə bildirildiyi kimi; Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. (Qamər Surəsi, 49)

Hər insan əslində öz planladıqlarını yaşadığını düşünsə də işin əslində Allahın özü üçün yaratdığı qədəri yaşayır. Bu səbəblə insan bir şeylər edib qədərini dəyişdirdiyini düşünsə də əslində yenə yalnız qədərində olduğu üçün bunu düşünür. Həyatının heç bir anı qədərinin xaricində deyil. Koma vəziyyətindəykən ölən insan qədərində olduğu üçün ölər, aylar sonra komadan çıxıb sağlamlığına qovuşan isə yenə qədrində olduğu üçün xilas olmuşdur.

Qədəri tam olaraq qavraya bilməmiş olan insan üçün isə bütün hadisələr təsadüfi meydana gələn inkişafların, təsadüflərin əsəri olaraq reallaşar. Bu insan, kainatdakı hər şeyin başıboş olaraq varlığını davam etdirdiyini zənn edər. Bundan ötəri də başına pis bir şey gəldiyi zaman bütün bunları “şansızlıq” olaraq adlandırar.

Halbuki insanın ağıl və mühakimə qabiliyyəti olduqca məhduddur; üstəlik insan zaman və məkanla məhdud bir varlıqdır. İnsanın başına gələn istisnasız bütün hadisələri isə zaman və məkandan müstəqil, “sonsuz bir ağıl” sahibi olan Allah planlamaqdadır. Bu həqiqət Quranda belə xəbər verilməkdədir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! (Hədid Surəsi, 22)

Bu böyük həqiqətin bir nəticəsi olaraq insanın etməsi lazım olan tək şey, hər hadisənin xeyir olaraq yaradıldığını bilərək, Allahın özü üçün təyin etmiş olduğu qədərə təslim olmaqdır. Necə ki həqiqətən iman etmiş olan insanlar, həyatlarındakı hər şeyin Allahın özləri üçün təyin etmiş olduğu qədərə tabe olduğunu, bir hikmət üzərinə yaradıldığını bilərək yaşayarlar. Bunun nəticəsində də mütləq xeyirə qovuşarlar. İnananların göstərdikləri bu gözəl əxlaq və sarsılmaz təslimiyyət Quranda belə izah edilməkdədir:

De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)

Nəticədə insan xeyir olaraq da qiymətləndirsə, şər olaraq da qiymətləndirsə olacaq olanı maneə törətməyə gücü çatmaz. Xeyirlə qiymətləndirməklə qazanar; şər olaraq görsə yalnız özünə zərər verməkdən başqa bir şey əldə edə bilməz. İnsanın peşimanlıq dolu sözləri istifadə etməsi və ya üsyankar bir rəftar göstərməsi qədərindəki bir saniyəni belə dəyişdirməz. Bu səbəbdən ötəri də qula düşən tək məsuliyyət Allahın sonsuz ədalətinə və özü üçün təyin etdiyi qədərə təslim olub bütün hadisələrə xeyir gözüylə baxmaq, ürəkdən mutmain olmuş bir “qədər tamaşaçısı” olmaqdır.
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)