Şeytan Xeyiri Görməyə Maneə Törətmək İstər

Şeytanın son dərəcə nankor və üsyankar olduğu bizlərə Quranda xəbər verilmişdir. Onun, insanlara sağdan, soldan, öndən və arxadan yaxınlaşacağını, insanları doğru yoldan azdırma məqsədi uğruna hər yolu sınayacağını da ayələrdən öyrənməkdəyik. Şeytanın bu mənfi məqsədinə çatmaq üçün müraciət etdiyi ən əhəmiyyətli oyunlardan biri, insanın başına gələn hadisələrdəki xeyirləri görməsini maneə törətmək, beləcə Allaha qarşı nankor və üsyankar olmasına səbəb olmaqdır. Quran əxlaqının gözəlliklərini qavraya bilməyən, dindən uzaq yaşayan, axirəti unudaraq ömürlərini boş məqsədlərlə keçirən insanlar şeytanın bu tələsinə düşərlər.

Şeytan bu insanların xüsusilə həssas nöqtələrini taparaq o istiqamətlərdən ürəklərinə vəsvəsə verməyə çalışar; onları Allahı və Onun təyin etdiyi qədərə qarşı üsyan etməyə çağırar. Məsələn bir adam qonşusu yol qəzası keçirdiyində bu hadisənin qədərində olduğunu rahatlıqla onlara xatırlada bilər. Hətta “verilmiş sədəqəniz varmış, əhəmiyyətli olan xilas olmanız, Allah sizi qorudu” kimi sözlərlə qarşı tərəfi sakitləşdirməyə çalışa bilər. Amma özü və ailəsi bənzər bir hadisəyə məruz qaldığında eyni yetkin rəftarları göstərə bilməz. Şeytanın təhrik etdiyi nəfsinin oyununa gələrək üsyan etməyi daha asan görər. Çünki hadisələrin xeyirini görməyə çalışmaq, Allaha təslimiyyət göstərmək və təvəkkül etmək vicdan işidir. Əgər adam vicdanını kifayət qədər istifadə etməzsə belə hadisələrdə daim səhv rəftar göstərəcək.

Şeytanın xeyiri görməyi maneə törətməsi hər mövzuda özünü göstərə bilər. Vəsvəsə vermə xüsusiyyətini adamın etdiyi işlərdəki xeyirli istiqamətləri göstərməmək üçün də istifadə edər. Məsələn Allah rızası üçün xeyirli bir xərcləmədə olacaq bir möminə gələcək qorxusu verməyə, malının azalacağı, özünün açıqda qalacağı kimi hisslər verməyə çalışar. Şeytanın bu oyunu bir ayədə belə xəbər verilmişdir:

Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir. (Bəqərə Surəsi, 268)

Amma bunların hamısı boş quruntulardır. Şeytanın bütün bu hiyləgər planları saleh möminlərə əsla təsir etməz. Çünki möminin xeyirli xərcləməmlər etməsindəki hədəfi dünya həyatındakı rahatı və ya mənfəətləri deyil. Əsl məqsədi ehtiyac içində olanlara kömək edərək Allahın razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Bu səbəblə şeytan inananlar üzərində təsirli ola bilməyəcəyini Allah Quranda bildirmişdir:

Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!

Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar. (Əraf Surəsi, 200,201)

Bura qədər izah etdiklərimizdən də aydın olduğu kimi şeytan, xüsusilə, xeyiri maneə törətmə mövzusunda başlıca iki istiqamətdə insanlara yaxınlaşar. Birincisi; xeyirli, gözəl bir davranışı maneə törətmək üçün əlindən gələni edər və insanları yeganə məqsəd olaraq dünyanın bəzəyinə yönəltməyə çalışar. İkincisi isə; hadisələrdəki xeyirləri və hikməti görmələrini maneə törətməyə çalışar. Xüsusilə insanlara bir müsibət gəldiyində bu hadisələri “şər” kimi göstərərək insanları Allaha üsyana sürüməyə çalışar.

Halbuki Allah, insana sayaraq bitirə bilməyəcəyi qədər çox nemət təqdim etmişdir. Doğumundan ölümünə qədər hər anında verdiyi nemətlər ilə saysız lütf etmişdir. Buna görə Allahı dost və vəkil əldə edən möminlər qarşılaşdıqları bir hadisənin hikmətini o anda anlamamış olsalar belə Allaha güvənərlər və sonunda şübhəsiz bir xeyir olacağını düşünərək səbr edərlər. İçində olduqları vəziyyət nə olursa olsun əsla üsyankar davranmazlar və ya şikayətçi bir rəftar göstərməzlər. Bilərlər ki çox dəhşətli kimi görülən bir vəziyyətdə olsalar da, bu vəziyyət sonunda özlərinin lehinə dönəcək. Və Allahın icazəsiylə qarşılaşdıqları çətin hadisə, bəlkə də axirətlərinin xilas olmasını təmin edəcək çox əhəmiyyətli və həyati bir dönüş nöqtəsi olacaq.
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)